Bir neçə gün öncə Tapdıq Abdullayev adlı gənc sosial mediada Hövsanda General Soltan Qılmanov küçəsində yerləşən və yerli əhəmiyyətli arxeoloji abidə kimi dövlət tərəfindən “qorunan”qəbiristanlıqdan fotolar paylaşmışdı. ARB TV kanalı dünən mənə zəng elədi,mən TV kanallara çıxmıram, imtina edirəm.
Amma mövzu tarixi abidə olduğu üçün razılaşdım ( amma kaş getməyədim,TV kanalın mənə hörmətsizliyini görəndən sonra peşiman oldum). Getdim ora. Müsahibəni verdim, hər məzarın haqqında, baş daşlarında yazılar, işarələr, simvollar barədə danışdım. Bilirəm TV kanal az verəcək deyə, geniş status yazmağa qərar verdim.
Konkret ilk gəldiyim qənaət budur. Azərbaycanda Mədəniyyət nazirliyi, mədəni irsin bərpası ilə məşğul olan qurum, Dini Komitə və Qafqaz müsəlmanları idarəsi xalqımızın ən qədim məzarlıq yerlərində biri olan, birbaşa tarixin özü olan Hövsandakı bu yeri görməzdən GƏLİRLƏR! İllərdir orda dəfn olunan insanların nəinki ruhlarına, qəbrlərinə belə hörmətsizlik, diqqətsizlik ilk baxışda görünür. İslam adət ənənəsini qoyaq kənara İNSANLIQ orda yox edilib. Qədim qəbrlərin daşları, baş daşları dağılıb, qəbrlərin yeri qazılıb, it sümükləri insan sümüklərinə qarışıb, zibbilik olub, ayaq altı yol olub ora. Orda dəfn edilən insanların sümükləri üzə çıxıb, itlər o sümükləri aparıb. Üstündə Quran ayələri olan baş daşları, qəbr daşlarının üstünən sanki tank keçib. Bir neçə məzar çıxmaqla qalanları təmiz yox olmaq üzrədir. Amma Azərbaycanda yaşı 750-yə çatan bu məzarlıqda türk və islam adətlərinin əks olunduğu qəbr daşları, memarlığına görə XVI əsrə aid olan daşlar, sərdabə, sandıq məzar, kurqanlar görünməz əllər tərəfindən yox edilir. Özü də harda. Yaşı yüzə çatan Məscidin yanında. Nə məscidi idarə edən insanlar, nə də ora gələn dindarların biri babalarımızın dəfn olunduğu məzarlığın bu gündə olmasını görməzdən gəlirlər. Məscidin yanında bu baş verirsə və orda ibadət edən dindarların oranı qorumaq üçün heç bir iş görmədyini aşkar görmək olar. Məscidə ayrılan maliyyənin az hissəsi o məzarlğının hasarlanmasına ayrılsa idi orda dəfn edilən insanların ruhu şad olar, it sümükləri, heyvan sümükləri insan sümüklərinə qarışmazdı. Axı Məscid Allahın evidir, məzarlıq da insanın son mənzilidir. Allahın evində olanlar oranı belə vəziyyətdə olmasını görürlərsə, onlar o dünyada o ruhlara nə cavab verəcəklər?
Bu məzarlığın tarixi 16-cı əsrə aiddir. Amma orda oxuduğum bəzi baş daşlarındakı işarələr oranın ən azı 750 yaşı olduğunu deyir. Salamat qalan məzar daşlarının üstündə Qurani Kərimdən ayələr və mərhumun adı yazılsa da, orda Türk şamanizm elemenləri də var. Bəzi qəbrlərdə Günəş, Ay, Ulduzla yanaşı digər naxışlar var. Bazubənd elementindən digər elemenlərə qədər var. Burda tikili formasında bir neçə ümumi məzar var. Onları o zaman mərhumun yaxınları Hövsanlılar demişkən “amana” qoyulub ki, sonradan onların sümükləri Kərbala, Məşhəd, Məkkə, Nəcəf kimi yerlərə aparılıb dəfn edilsin. Lakin sonradan sümükləri apara bilməyənlər, bəzi baş daşlarını aparıblar müqəddəs yerlərə.
Məlumdur ki, Hövsan qədimdə liman yeri kimi əhəmiyyət daşıyıb. Suraxanıya gələn hindilər və digər atəşpərəslər Hövsan limanında düşüb, dizin dizin sürünüb Atəşgaha gedirdilər. O zaman bunun qarşısını almaq üçün məhz atəşpərəstlərin getdiyi yolda bu məzarlıq salınıb.
Burda rast gəldiyim ağır fakt, bəzi qəbrlərin baş hissəsinin qazılması idi. Öyrəndim ki, o zamanlar qızıl axtaranlar bu qəbrləri qazıb qızıl dişləri oğurlayıb aparıbıar.
Məzarlar üç cürədir burda
1) Üç mərtəbəli məzarlar- Bir ailə üst üstə dəfn edilib
2) Sandıq formasında məzarlar-orda yalnız bir adam dəfn edilib və heç kim orda başqa adamı dəfn edə bilməz
3) Varlı-Kasıb məzarları. Baş daşı iri və kiçik olan məzarlar.
İnventar nömrəsi: 5740 olan və üstünə Nazirlik tərəfindən qorunur yazısından başqa burda heç nə qorunmur. Bir Allah bəndəsi gəlib burda bir daşı belə qaldırmayıb. Hasara alınmayıb məzarlıq. Yeni qəbrlər köhnə qəbrlərə qarışıb. Daşlar tamam oxunmaz hala gəlib, hətta qəbrin bəzi baş daşları qiblə tərəfə deyil, başqa səmtə yönəldilib. Represiyya dövründə kənd sakinləri qədim dini kitabları,əşyaları gətirib bu qəbrləri qazıb içlərində gizlədiblər. Qəbirlərin üzərində Quran ayələri həkk olunur. Eyni zamanda Türk inanc sisteminə aid simvollikalar da əks edilib.
Nə etmək lazımdır. Əlbətddə orda məzarlarda kimlərin dəfn olunduğunu bilmək çətindir. Baş daşlarında yazılar və naxışlar pozulub. Amma oranı hasara alıb ayaq altı olmaqdan xilas etmək olar, heyvan sümüklərindən təmizlməmək, sümükləri üzə çıxan qəbrləri yenidən dəfn etmək, məzar daşlarına uyğun qəbrləri müəyyən edib daşlar ətrafını hörmək və sairə.
Amma kim edəcək? Mədəniyyət Nazirliyi? İcra hakmiyyəti? Mədəni irsin bərpası idarəsi? Dini Komitə? Yerli sakinlər yoxsa Qafqaz Müsəlmanları idarəsi? KİM DƏ KİM!????
Sorğu
Yeni dizaynımız necədir?