Gundemxeber.az » GündəmXəbər » BNA şefi YOL ÜSTÜNDƏ... - İLGİNC İDDİA
Paytaxt meriyasının tabeliyində olan Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimlinin vəzifəsi ilə vidalaşacağı gözlənilir.
GUNDEMXEBER.AZ bildiirr ki, bu haqda Tribunainfo.az-a verilən məlumatda deyilir ki, sözügedən qurumun idarə heyətinin sədri Vüsal Kərimli etimadı doğrulda bilməyib. İdarə heyətinin toplaşaraq onu sədlikdən uzaqlaşdıracağı ehtimalı səslənməkdədir. Bu qərarın Bakının icra hakimi Eldar Əzizovu da qane etdiyi iddia olunur. Məlumata görə, BŞİH rəhbəri V.Kərimlinin yerinə öz kadrını yerləşdirməyi planlaşdırır. V.Kərimlinin adı bir çox tender əməliyyatlarında hallanıb ki, son vaxtlar bu məsələlər də ölkə rəhbərliyinə təqdim olunmaqdadır. Üstəlik, BNA bir struktur olaraq özünü təsdiqləyə bilməyib. Detalları dəqiqləşdiririk, qurumun mövqeyini dərc etməyə hazırıq.
GUNDEMXEBER.AZ
8-09-2020, 15:01
20-08-2020, 13:57
9-09-2020, 12:57
6-07-2020, 14:22
6-02-2023, 14:56
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?