Gundemxeber.az » GündəmXəbər » Kardiologiya İnstitutu infarkt vəziyyətində: Direktor tanınmış həkimləri qovur - NƏ BAŞ VERİR?
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova təcrübəli həkimləri işdən uzaqlaşdırır, bəzilərini isə müxtəlif bəhanələrlə aşağı vəzifələrə təyin edir.
Gundemxeber.az bildirir ki, bu barədə Bakupost.az -a institutun bir qrup işçisi bildirib.
Onların dediyinə görə, Gülnaz Dadaşova direktor təyin olunduqdan institutdakı işgüzar mühit tamamilə dəyişib:
"Gülnaz Dadaşova işçilərlə çox kobud rəftar edir. O, uzun illər institutda çalışan tanınmış həkimləri müxtəlif bəhanələrlə buradan didərgin salıb və ya “zərərsizləşdirib. İstəyir ki, hamı ona baş əysin, biət etsin. Özündən yaşca və təcrübəcə böyük olan alimləri, professorları saatlarla qapısının ağzında gözlətdirir, onlarla kobud rəftar edir, lazımsız tələblər irəli sürür, yersiz izahatlar yazdırır. İstəyir ki, hamı bezib öz ərizəsi ilə işdən çıxsın. Onun bu hərəkətlərinə qarşı çıxanları isə şər-böhtan atmaqla işdən uzaqlaşdırır”.
Saytımıza daxil olan məlumatda o da bildirilir ki, Gülnaz Dadaşova institutda VİP otaqlar hazırlatdırıb və həmin otaqlar imkanlı xəstələrə pulla verilir.
"Direktor eyni zamanda institutda aparılmayan bəzi müayinələr, xüsusilə koronar angioqrafiya (anju) üçün 2-3 özəl klinika ilə (xüsusiilə "Kəpəz" klinikası) “otkat” qarşılığında işləyir, həmin tibb mərkəzlərindən aylıq haqq alır. Paytaxtın əsas ürək mərkəzində nə rentgen cihazı var, nə angioqrafiya. Direktor institutun olan-qalan imkanlarını da aradan qaldırıb. O da maraqlıdır ki, 44 yaşında ölkənin əsas elmi insitutlardan birinə direktor təyin olunan 48 yaşlı Dadaşova həm də 45 yaşdan professor elmi dərəcəsi ala bilib".
Son vaxtlar Elmi-Tədqiqat Kardiologiya institutundan uzaqlaşdırılan həkimlərin siyahısını təqdim edirik:
1. Elman Ələkbərov (Tibb elmləri doktoru)
2. Rufanə Allahverdiyeva
3. Afaq Qəhrəmanova
4. Afət Quliyeva
Qeyd olunan ittihamlarla bağlı Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova ilə əlaqə saxladıq. İnstitutdan Bakupost.az -a bildirdilər ki, Gülnaz xanımın qəbul otağının telefonu işləmir.
Mövzuya qayıdacağıq.
P.S.Maraqlıdır, Gülnaz xanımla təcili əlaqə saxlamaq istəyən həmkarları buna necə nail olurlar? Olmaya, yaxın 5 nömrəli xəstəxanadan kömək istəyirlər?
GUNDEMXEBER.AZ
19-02-2021, 13:37
17-02-2022, 14:56
28-11-2019, 15:57
29-03-2021, 15:56
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?