GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Yasamalda ölkə rəhbərinin imzaladığı Sərəncama, verdiyi tapşırıqlara məhəl qoyulmur- SƏBƏB? (FOTO/VİDEO)

Yasamalda ölkə rəhbərinin imzaladığı Sərəncama, verdiyi tapşırıqlara məhəl qoyulmur- SƏBƏB? (FOTO/VİDEO)

Tarix: 18-05-2023, 13:51 Bölmə :GündəmXəbər / Manşet Baxış: 525

Bir-iki gün bundan öncə əməkdaşlarımız bir daha qeyd olunan əraziyə baxış keçirmiş, qanunsuz tikinti işlərinin davam etdirilməsinin canlı şahidi olmuşlar


Məlumdur ki, 09 oktyabr 2018-ci il tarixdə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilir və iclasda Prezident İlham Əliyev paytaxt Bakıda və digər şəhər və rayonlarda həyata keçirilən qanunsuz tikinti işləri ilə bağlı iclasda iştirak edənlərə ciddi tapşırıqlarını verir. Qeyd edək ki, ölkə rəhbəri tikinti işləri ilə bağlı Sərəncam imzaladığını bir daha iclas iştirakçılarının diqqətinə çatdırır və onu vurğulayır ki, “Tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan həyata keçirilə bilməz. Əgər kimsə verilmiş qaydaları pozarsa, o halda qaydanı pozanlar həm cinayət məsuliyyətinə cəlb olunacaqlar, həm də qanunsuz inşa olunan tikililər dərhal söküləcək”. Cənab Prezidentin tikinti işləri ilə bağlı imzaladığı Sərəncamdan, həmçinin  Nazirlər Kabinetində keçirilən iclasda verdiyi tapşırıqlardan sonra hər kəs düşünürdü ki, ölkənin tikinti sahəsində baş alıb gedən qanunsuzluqlara son qoyulacaq, eyni zamanda ictimai nəzarət də artırlacaq.

Bundan əlavə, 11 mart 2022-ci il tarixdə isə Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) geniş müşavirə keçirilir və  qanunsuz tikililərlə bağlı icra başçılarına ciddi xəbərdarlıqlar da olunur.  Yəni, Bakı şəhəri ərazisində qanunsuz tikintilərlə bağlı vəziyyət və bu kimi halların qarşısının alınması məsələləri icra hakimiyyəti başçılarının, müvafiq təsərrüfat strukturları rəhbərlərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə geniş müzakirə olunur. Müşavirədə BŞİH-nin başçısı Eldar Əzizov, Prezident İlham Əliyevin Bakı şəhərində qanunsuz tikintilərlə bağlı bildirdiyi iradlar, həmçinin digər neqativ halların qarşısının alınması yöndə verdiyi tapşırıqlar barədə müşavirə iştirakçılarını ətraflı məlumatlandırır.

 Müşavirədə qeyd olunur ki, son illər qanunsuz tikililərlə bağlı RİH-nin başçılarına mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə tapşırıqlar verilsə də, icra başçıları, onların aparatının məsul əməkdaşları bu məsələni diqqətdə saxlamayıblar və qanunsuz tikintilərin geniş vüsət almasına şərait yaradıblar. Müşavirədə daha çox qanunsuzluqlara yol verilmiş İcra Hakimiyyəti başçılarına ciddi xəbərdarlıqlar olunur və qanunsuz tikinti işlərinin qarşısının alınması ilə bağlı lazımi tədbirlərin görülməsi yöndə ciddi tapşırıqlar da verilir.



 Bütün bunlara baxmayaraq, hal-hazırda Bakı şəhərinin Yasamal rayonu ərzisində tikinti işləri ilə bağlı qol qoyulan qanunsuzluqların əhatə dairəsini müəyyən etmək olduqca çətindir. Məsələn, adicə bir faktı qeyd edək ki, bir neçə gün bundan öncə sosial mediada yayılan və qısa müddət ərzində silinən xəbərlərə görə, Yasamal rayonu, Yeni Yasamal - 2, Məhəmməd Xiyabani küçəsi, müəllimlər binasının qarşısında qeyri-qanuni inşaası həyata keçirilən tikiliyə, bu gün də RİH tərəfindən göz yumulur. O halda ortaya belə bir sual çıxır ki, Prezident İlham Əliyevin Bakı şəhəri ərazisində həyata keçirilən qanunsuz tikililərlə bağlı imzaladığı Sərəncamdan, bildirdiyi iradlardan  irəli gələn tələblərə, görəsən Yasamal RİH niyə əhəmiyyət vermir? Və həmin tikili ilə bağlı icazənin verilməsində maraq nədir? Gundemxebr.az saytının redaksiyasına daxil olan məlumatlara görə, rayon ərazisində heç bir rəsmi sənədi olmayan tikinti işlərini həyata keçirən, əslən Laçın rayonundan olan məcburi köçkün Famil adlı şəxsdir. Qeyd edək ki, bu şəxs geniş imkana malik olduğundan ərazidə çoxsaylı fərdi yaşayış evləri tikdirib. Hal-hazırda da həmin ərazidə qanunsuz tikinti işlərinin həyata keçirməkdədir. Maraqlı və düşündürücü hal odur ki, inşaası qanunsuz həyata keçirilən tikililərə cavabdehlik daşıyan Yasamal RİH-nin səlahiyyətli şəxsləri, hələ də bununla bağlı ictimaiyyətə heç bir açıqlama verməyiblər. 

Bir-iki gün bundan öncə əməkdaşlarımız bir daha qeyd olunan əraziyə baxış keçirmiş, qanunsuz tikinti işlərinin davam etdirilməsinin canlı şahidi olmuşlar. Onu da bildirək ki, xeyli müddət bundan öncə bu rayonun “Qanlı göl” adlanan ərazisinin yaxınlığında lazımi sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla qanunsuz tikinti işlərinin aparılması faktı aşkar olunmuşdur.


  Bütün bunlar onu söyləməyə əsas verir ki, Elşad Həsənovun icra başçısı olduğu Yasamal rayonu ərazisində qanunsuz tikinti işlərinin davam etdirilməsində şəxsi maraqların təmin olunması, hal-hazırda RİH Aparatının əməkdaşları üçün daha əhəmiyyətli addım hesab olunur. Əgər bu belə olmasaydı, o halda ölkə rəhbərinin Bakı şəhəri ərazisində qanunsuz tikinti işlərinin qarşısının alınması ilə bağlı imzaladığı Sərəncamdan irəli gələn tələblərə əməl olunardı. Deməli,  ....

Mövzunu diqqətdə saxlayacağıq.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Razim Məmmədov xilas ola biləcəkmi? - Xətaidə daha kimlərin həbsi gözlənilir?

    Razim Məmmədov xilas ola biləcəkmi? - Xətaidə ...

    10-10-2018, 15:03

  • 
  • Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

    Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər ...

    11-01-2019, 13:06

  • 
  • İlham Əliyev nazirləri topladı - İclas

    İlham Əliyev nazirləri topladı - İclas ...

    10-01-2018, 13:09

  • 
  • Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

    Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər ...

    10-07-2016, 14:41

  • 
  • İlham Əliyev nazirləri topladı

    İlham Əliyev nazirləri topladı ...

    9-04-2018, 13:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu