GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Abşeron-Xızı Regional Təhsil İdarəsində təhsil adına RƏZALƏT: Tayfabazlıq, korrupsiya və daha nələr...-DE-FAKTO

Abşeron-Xızı Regional Təhsil İdarəsində təhsil adına RƏZALƏT: Tayfabazlıq, korrupsiya və daha nələr...-DE-FAKTO

Tarix: 18-05-2023, 14:18 Bölmə :GündəmXəbər / Manşet Baxış: 734

ABŞERON-XIZI REGİONAL TƏHSİL İDARƏSİNDƏ TÖRƏDİLƏN QANUNSUZLUQLAR – VƏ YA MİLLİ TƏHSİL SİSTEMİNDƏ APARILAN İSLAHATLAR İLHAMƏ ABDULLAYEVA TƏRƏFİNDƏN NECƏ SABOTAJ EDİLİR?!


Redaksiyamıza Sumqayıt şəhər sakini, Silahlı Qüvvələrin istefada olan zabiti Rzayev Vidadi Əsədulla oğlunun Abşeron-Xızı Regional Təhsil İdarəsinin tayfabazlıq prinsipi ilə idarə olunmasından, ciddi korrupsiya faktlarından və s. bəhs olununan yazısı daxil olub. Yazıda yer alan iddialarla bağlı qarşı tərəfi dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu.

Aktuallığını nəzərə alıb, yazını olduğu kimi dərc edirik: 

Milli Təhsil Sistemində aparılan islahatların Dövlət Rəhbərliyinin təhsilin keyfiyyətini daha da artırmaqla, Milli Dövlətçiliyimizin tərəqqisinə və daha da qüdrətlənməsinə hesablanmış bir addım olduğunu düşünmək istərdik. Amma təəssüflər olsun ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin (AXRTİ) yarandığı gündən indiyə qədərki fəaliyyətini araşdırsaq, bu idarənin misalında, Şəhər Təhsil Şöbələrinin, Regional Təhsil İdarələrinə çevrilməsi ilə heç bir keyfiyyət dəyişikliyi baş vermədiyinin, əksinə, vəziyyətin daha da pisləşərək, acınacaqlı bir hal aldığının şahidi olarıq. Məsələn, öncə yalnız Sumqayıt şəhərinin işlərini aparan və öncəki rəhbərliklərin dövründə işə qəbul edilən bir neçə işçi, indi gecə-gündüz demədən bütün regionun işlərini aparmağa məcbur və məhkumdur, katorqa əməyi qədər ağır işdən, üzr istəyirəm, normal insan aurasını itirib, zombiyə çevrilməkdə olan bu biçarələrin qazancları isə əvvəlki maaşlarından əlavə, İlhamə xanımın onlara həmkarların büdcəsindən “lütf etdiyi” bayram hədiyyə və qonaqlıqları, bir də istirahətsiz və fasiləsiz ağır oturaq işdən bel və boyun fəqərələrində yaranıb, həyatlarını cəhənnəmə çevirən disk yırtıqlarıdır. Yeni işə götürülən işçilərin nə etdiklərini isə özlərindən və İlhamə xanımdan soruşmaq lazımdır, çünki onlar, eşitdiyim qədərilə, ümumiyyətlə təhsil sahəsinə aidiyyəti olmayan və bu sahədə nə isə etməyə kompetensiyaları yetməyən kimsələrdir.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa görə, Dövlət Qulluqçusu statusu almaq üçün, müvafiq imtahanlar verib, sertifikasiya olunmaq şərtdir. Lakin nədənsə Abşeron-Xızı Regional Təhsil idarəsində bu qanuna əməl olunmur. İdarə yarandığı gündən indiyə qədər işə qəbul edilmiş heç bir şəxs bu prosesdən keçməmişdir. Belə ki, İdarə üzrə ən azı 30 vakant yer olsa da, bu yerlərə şəffaf və açıq şəkildə qəbul elan olunmaq əvəzinə, öz tanış -bilişlərini bir illik müqavilə ilə işə götürürlər. 
Sual olunur: niyə vakant vəzifələr haqqında elan verilərək, sertifikasiyadan keçmiş ölkə vətəndaşlarının şəffaf şəkildə müvafiq Dövlət Qulluğu vəzifələrinə qəbulu həyata keçirilmir, faktiki olaraq bu vakansiyalar gizlədilir, əcəba Azərbaycanda kadr qıtlığı yaşanır, yoxsa ölkə universitetlərinin müvafiq ixtisaslar üzrə hazırladığı gənc və istedadlı mütəxəssislər daha yaxşı vəzifələrə təyinat aldıqları üçün AXRTİ-nə rədd cavabı verirlər?! Bunun belə olmadığını indi Azərbaycanda hamı bilir. Tam tərsi, öz ixtisası üzrə layiqli iş tapa bilmədiyi üçün hər il ən istedadlı gənclərimiz dünyanın müxtəlif ölkələrinə üz tutur, ölkədən ciddi və gələcək üçün ağır fəsadları olacaq beyin axını baş verir.


Abşeron-Xızı Regional Təhsil idarəsin müdiri İlhamə Abdullayeva, Bakı şəhərindəki məktəblərdə direktor vəzifəsində çalışan yaxın qohumları Arifə Balakişiyevanı Xırdalan şəhəri 1 saylı orta məktəbə, Gülnaz Kərimovanı Xırdalan şəhəri 2 saylı orta məktəbə direktor vəzifəsinə yerdsəyişmə edib. Sevinc Allahverdiyevanı (Arifə Balakişiyevanın doğma bacısı) da Sumqayıt şəhəri 36 saylı orta məktəbə direktor əvəzi təyin edib. 

Qeyd etməliyəm ki, Sevinc xanımın Nicat adlı oğlunu da İlhamə xanım “öz idarəsində” təsərrüfat müdiri, yəni Abşeron rayonu üzrə TİQ-in rəisi vəzifəsinə təyin etmişdir. Sual olunur, bütün bu təyinatlar verilərkən, Korrupsiya haqqında Qanunvericiliyin, Maraqların toqquşması haqqında Prinsiplərin Tələbləri kobud şəkildə pozulmayıbmı? Üstəlik, bu, həmin Sevinc xanımdır ki, 2021-ci ildə barəsində dələduzluq maddəsilə cinayət işi açılmış Mehdiabad qəsəbəsi 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərovanın müavini (və deyilənlərə görə “sağ əli”, yəni cinayət ortağı) olub və onu da, yoxlama zamanı, Samirə xanım tərəfindən direktor müavini vəzifəsinə qanunsuz gətirildiyi aşkar olunduğu üçün, Təhsil Nazirliyinin göstərişi ilə, həmin vəzifədən kənarlaşdırıblar, amma görünür humanizm prinsipləri ilə, cəmi 6 saat dərs verilməklə, müəllim kimi məktəbdə saxlayıblar. Və İlhamə xanımda hünərə, cəsarətə baxın ki, qeyri-qanuni şəkildə işə götürüldüyü rəsmən təsdiqlənmiş, heç bir müvafiq imtahandan, yoxlamadan keçməmiş bu xanımı, kənardan gətirib, 36 saylı məktəbə direktor əvəzi təyin edir; məgər o məktəbin özündə direktor müavini yox idi, yaxud bu işə Sumqayıtda daha layiqli olan bir müəllim tapılmırdı?! )
Ümumiyyətlə, niyə İlhamə xanım bu vəzifələrə məhz özünün yaxın qohumlarını gətirməlidir, bu, idarəçilikdə tayfabazlığın bəsit bir təzahürü deyilmi və geniş bir korrupsiya şəbəkəsi qurmağa yol açmırmı? 
İ. Abdullayevanın büdcə vəsaitlərini israf etməsi, Həmkarlar birliyinin vəsaitlərini isə az qala şəxsi vəsaiti kimi, təyinatından kənar nəsnələrə sərf etməsi, onun bu əməllərindən əziyyət çəkən müəllim-işçi heyətinin də ciddi narazılığına səbəb olur. Aşağıdakıları misal gətirə bilərəm:
     – Sumqayıt şəhərində təmirə ciddi ehtiyacı olan (14, 10, 15, 16, 26, 27, 33, 34, 37, 38, 39 saylı), hətta qəzalı vəziyyətdə (TTEL, 36 saylı məktəb, sonuncu qəzalı vəziyyətdə olduğu üçün üç ildir ki, bağlanıb, şagirdlərə müvəqqəti “İstək” liseyində dərs keçilir) məktəblər var ikən, 2018-ci ildə əsaslı təmir olunmuş Regional İdarənin inzibati binasının yenidən əsaslı təmirə bağlatdırmasi (arqumentləri belədir ki, əvvəl Təhsil Şöbəsi idi, indi Regional İdarə olub. Axı TŞ-nin binası Regional İdarəyə çevrilərkən, onun binası 3 rayona görə böyüdülüb 3-4 mərtəbə olmayıb ki, elə 2 mərtəbə də qalıb, sadəcə birisi orada özü üçün komfort şərait yaradır); 
    – 8 Mart bayramında Regional İdarənin hər bir qadın işçisinə Həmkarların büdcəsindən parfumeriya dükanının 50 manatlıq kartını hədiyyə etməsi (Bu, belə baş verib: Həmkarların xətti ilə Parfumeriya mağazasına vəsait köçürülüb, onlar da hədiyyə qutusuna 50 manatlıq kart qoyublar, paylayıblar işçilərə. Həmin kartı mağazaya təqdim edən şəxs 50 manat civarında nə istəsə götürsün deyə);
    – İdarənin  90% yeni işçilərdən təşkil olunmuş heyətinə Həmkarların xətti ilə, Xəlil adlı dayısına  məxsus “Qərb” şadlıq sarayında, dəbdəbəli bir Novruz şənliyi təşkil etməsu (tanınmış müğənnilər, bolluca yeyib içmək və s. Restorana  ödəniş də, "təbii ki", Həmkarların büdcəsindən edilib);
Sual olunur: Hansı xidmətlərinə görə?! Axı illərdir işləyib sağlamlığını təhsilə qoyan müəllimlərin boğazindan kəsib həmkarlara ödədiyi puldan ozləri istifadə edə bilmirlər, yardım üçün müraciət etdikdə çox vaxt rədd cavabı, yaxud qəpik-quruş alırlar, amma yeni yaranan idarənin işçiləri o pulun hesabına yeyir, içir, şənlənirlər.


Belə bir paralel aparaq: Sumqayıt Şəhəri İcra Hakimiyyəti Başçısı da vaxtaşırı bənzər tədbirlər keçirib. Amma cənab Zakir Fərəcov hər il müəllimləri, təkrar edirəm, aparat işçilərini deyil, məhz müəllimləri yığıb, hansısa şadlıq sarayında möhtəşəm və səviyyəli tədbirlər keçirirdi və o tədbirlərdə əyyaşlıq faktları qeydə alınmırdı. İlhamə xanım müəllimlərin pulu ilə  müəllim olmayan region işçilərinə eyş-işrət məclisi keçirir və... 
Üstəlik cənab Zakir Fərəcov bu il heç bir tədbir keçirmədi. Bilirsiniz, niyə? Ölkədəki mövcud vəziyyətə görə. Cəbhədə baş verənlərə görə, ŞƏHİDlərimizə görə! Nə müəllim günü, nə də 8 mart tədbirləri! Çox yığcam, musiqisiz tədbirlər kecirib təbrik etdi!
Məktəblərin nəzdindəki BUFETLƏRİN işlədilməsi ilə bağlı da qaranlıq məqamlar yetərincədir.
Deyilənlərə gorə, Abşeronun 41, Sumqayıtin 46, Xızının 17 məktəbinin BUFETLƏRİ hansısa MƏCHUL bir ŞİRKƏT tərəfindən MÜQAVİLƏSİZ işlədilir, dövlət büdcəsinə də pul KÖÇÜRÜLMÜR.
İşçilərlə ƏMƏK MÜQAVİLƏSİ bağlanmadığını, pulların isə ƏLDƏN-ƏLƏ ötürülduyunu söyləyənlər də var!
Bu deyilənlər həqiqətdirsə, onda cənab Emin Əmrullayevin QƏFLƏTİNƏ və xanım İlhamə Abdullayevanın CƏSARƏTİNƏ ancaq HEYRƏT edə bilərik!
İlhamə xanım yol verdiyi qanunsuzluqları rəhbərlikdən gizlətmək üçün də vaxtaşırı “qabaqlayıcı tədbirlər” görür. Belə ki, 2023-cü il yanvarin 27-si Sumqayıt şəhərində Elm və Təhsil naziri Emin Əmrullayevin qəbulu keçirildi. Əslində isə bu, qəbul adına tam bir Rəzalət idi! Şikayətçiləri 1-ci mərtəbədəki akt zalına toplayıb, "filtrasiya"ya başladılar. Öz adamlarını qəbula buraxıb, qalanlarını gözlətdilər. Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları və Nazirliyin bəzi əməkdaşları xüsusi canfəşanlıq göstərməklə, müxtəlif bəhanələr uydurmaqla, İlhamə Abdullayeva xanıma "təhlükə" kimi gordukləri əsas şikayətçiləri, o cümlədən məni və həyat yoldaşımi - Qazi Zabitin ailəsini - qəbula buraxmadilar. Saat 15:00 radələrində isə eşitdik ki, cənab Nazir çıxıb gedib. Mahiyyətcə isə heç kimə fərq qoymadan, hamını barmaqlarına dolayıb, ələ saldılar. Bəlkə də cənab Naziri, "Qəbulda daha adam qalmadı", deyə aldadaraq, yola saldılar, amma bunu biz bilməyəcəyik. Bir sözlə, bu, Abşeron-Xızı Regional Təhsil İdarəsi rəhbərliyinin ciddi surətdə düşünülmüş, hazırlanmış, planlaşdırılmış və "peşəkarcasına" həyata keçirilmiş tam bir "tədbirlər kompleksi" idi,  "müqəddəs" Vəzifə Kürsülərini müdafiə adına. Mənə görə isə Böyük Rəzalətdən başqa bir şey deyildi...
Sonda onu qeyd etmək istəyirəm ki, bütün bu yazdıqlarım aysberqin sadəcə görünən hissəsidir, İ. Abdullayevanın iş prosesində yol verdiyi qanunsuzluqları tamamilə üzə çıxarıb, Milli Təhsil Sistemimizə vurduğu bütün maddi və mənəvi zərərləri hesablamaq üçün səlahiyyətli bir komissiyanın yaradılıb, bir an öncə işə başlamasına böyük zərurət çoxdan yaranmışdır./Yenixeber.org/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rayon Təhsil Şöbələri ləğv edildi

    Rayon Təhsil Şöbələri ləğv edildi ...

    26-07-2014, 12:54

  • 
  • Məktəb direktorları yeni qayda ilə təyin olunacaq

    Məktəb direktorları yeni qayda ilə təyin olunacaq ...

    5-01-2016, 13:40

  • 
  • Korrupsiya yuvasına çevrilən Təhsil Şöbəsi

    Korrupsiya yuvasına çevrilən Təhsil Şöbəsi ...

    6-04-2016, 21:27

  • 
  • Azərbaycanın ali təhsil sistemində radikal addımlar atılacaq

    Azərbaycanın ali təhsil sistemində radikal ...

    17-05-2013, 16:00

  • 
  • Bakı Təhsil İdarəsində iki sektor müdiri işdən çıxarıldı

    Bakı Təhsil İdarəsində iki sektor müdiri işdən ...

    25-11-2013, 12:12


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu