Gundemxeber.az » GündəmXəbər » “Azərbaycan Dəmir Yolları” QSC Prezident İlham Əliyevin siyasətinə balta çalır – FAKT
Müharibənin ən çətin, amansız vaxtında döyüşlərə könüllü qatılan, Şəhid Zaur Qurbanovu ehtiram və qürur hissi ilə yad edirik!
Həqiqətən, belə oğullar var və yaşayır, bu gündə onlar yaşayır. Amma onun adına olan “mədəniyyət evi” isə, 30 ilə yaxın müddətdir ki, xarabalığı xatırladır. Aidiyyəti qurum isə, qəsəbə sakinlərinin nə səsinə bir səs vermir, nə də ki, harayına çatmır.
“Azərbaycan Dəmir Yolları” QSC-nin hələ də sözügedən “mədəniyyət evi” ni abad etməməsi ilk öncə şəhidin adına böyük hörmətsizlik və böyük rəzalətdir. Görəsən, həqiqətən, sözügedən qurum bu vəziyyəti görmür? Əgər görürsə nə üçün şəhid adına belə böyük hörmətsizlik edir?
Təklif olunur ki, ölkə üzrə əsasən də Ələt qəsəbəsində “Azərbaycan Dəmir Yolları”na məxsus nə qədər idarələr varsa, onların hər birində ciddi şəkildə yoxlamalar aparılmalı və müvafiq tədbirlər görülməlidir.
Sözügedən qurum şəhid adına olan “mədəniyyət evi” ni bərpa etməməklə birbaşa olaraq ölkə başçısı, Cənab İlham Əliyevin siyasətinə konkret olaraq balta çalır, ya da ki, ölkə başçısını, ölkənin qanunlarını saymır. 20-30 il müddət ərzində, görəsən, aidiyyəti qurumun doğurdan da imkanı yoxdurmu sözügedən ərazini abad etməyə? Bu suala “Azərbaycan Dəmir Yolları” QSC-dən dəqiq və tutarlı cavab gözləyirik.
“Heç olmasa Şəhid adından utanın, Şəhid ruhuna hörmətlə yanaşın, ayıbdır vallah…”
Qarşı tərəfin mövqeyini dərhal dərc etməyə hazırıq.
Gundemxeber.az
21-11-2020, 19:22
30-04-2021, 21:49
29-10-2014, 10:54
11-08-2021, 11:24
16-04-2019, 16:35
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?