GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » AMEA hüquq müdiri Kamal Əliyevin yataqxana komendantı Azər Quliyevlə “şifahi bazarlığı”

AMEA hüquq müdiri Kamal Əliyevin yataqxana komendantı Azər Quliyevlə “şifahi bazarlığı”

Tarix: 23-06-2023, 09:21 Bölmə :GündəmXəbər / Manşet Baxış: 561


Dünən AMEA-ya gələnlər 45 ilin AMEA işçilərinin yataqxanada yaşamadıqlarına “kağız” yazıblar”


Ortalıq 45 ildir həyat yoldaşımla birlikdə AMEA-da çalışırıq. Torpağımıza düşmən saldırısı başlayan ilk gündən aspiranturada təhsilimi, elmi işimi atıb, iki körpə uşaqlı ailəmi Allahın ümidinə qoyub, Qarabağ uğrunda savaşa getmişəm, AMEA üzrə yeganə 1-ci dərəcəli Qarabağ əliliyəm, Səhiyyə Nazirliyinin rəyi ilə respublikadan kənarda müalicəyə ehtiyacım var. Ağdərədə döyüşlərdə olanda kimya doktoru həyat yoldaşım televiziya ilə verilən  şəhid olmağım xəbərindən stress keçirib, 2-ci dərəcəli əlildir. Qarabağda başım döyüşlərə qatılanda AMEA İşlər İdarəsi iki körpə uşaqlı ailəmi 1979-cu ildən yaşadığımız Şərifzadə küçəsindəki yataqxanadan çıxzrı, yataqxananı AMEA-ya aidliyi olmayan şəxslərə satıblar. Həmin binanın yerində tikilın evdən isə mənzil almağımıza da AMEA İşlər İdarəsi qadağa qoyub.

Mənzil problemimizin çözülməsindən yana AMEA-nın bütün prezidentləri , görkəmli elm xadimləri , millət vəkilləri əllərindən gələni ediblər. Akademik- prezident- deputat Fəraməz Maqsudov, akademik-deputat  Cəlal Əliyev millət vəkili kimi bir neçə dəfə deputat sorğusu ilə BŞİH-ə, ƏƏSMN-ə müraciət etsələr də, sonuc belə olub ki, BŞİH işlədiyim Neft Kimya Prosesləri İnstitutunun ( NKPİ ) tikdiyi evdən mənə nəzərdə tutulan ikiotaqlı mənzili öz balansına keçirib.(?) Bu barədə AMEA prezidenti, akademik Mahmud Kərimovun müraciətinə cavab olaraq 24.10.2002 tarixli məktubla NKPİ-nin direktoru , akademik Musa Rüstəmov məlumat verib. Özbaşınalığa baxın, hər tikilən binadan 10-15 mənzil müharibə əlillərinə, şəhid ailələrinə ayrılmalı olduğu halda, hər hansı qurumun tikdiyi evdən ilk növbədə həmin qurumun müharibə adamları mənzillə təmin olunmaları qanun olduğu halda, 1-ci dərəcəli Qarabağ əlili ailəsinə ayrılan mənzili BŞİH ələ keçirib.(?) “BŞİH-də fərasətə bax!”

Vurğuladığım elm adamlarının hamısı dünyasını dəyişib, amma sağları da var! Şair demiş, ölən ölüb, qalan sağlar bizimdir! Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev üç dəfə AMEA prezidenti, akademik Akif Əlizadəyə müraciət edib. Birinci iki dəfə - 2013-cü ilin fevralında  vitse-prezident, hazırkı AMEA prezidenti İsa Həbibbəyli müraciəti İşlər İdarəsinə ünvanlayıb və orada it-bata salıblar. Yenidən müraciətimə cavab olaraq akademik Arif Paşayevin 20.05.2015 tarixli, 280 saylı məktubunun surəti özümə də verilib.

2015-ci ilin sentyabrında AMEA prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə Rəyasət Heyətinin video-çəkilişlə iclası keçirilib və prezident bildirib ki, Şərifzadə küçəsində tikilən evdən 1-ci dərəcəli Qarabağ əlilinin alim ailəsinə mənzil ayrılacaq. 2017-ci ildə mənzil bölgüsü olub və işlər müdiri Fətəli Abdullayevin,  müavini Sərdar Əliyevin, prezidentin , vitse-prezidentlərin yataqxana sakinləri üçün nəzərdə tutulan mənzilləri özlərinə, sürücülərinə, katibələrinə götürmələri məlum olub. Bu sətirlərin yazarının qəbul hüququna da , məhkəmə müdafiəsi hüququna da işlər müdiri və müavini qadağa qoyduğundan , özbaşınalıqdan müdafiə hüququ pozulub. 1-ci vitse- prezidentin məktubuna cavab olaraq işlər müdirinin müavini AMEA-da yaradılan mənzil komissiyasının hər həftə toplaşdığını 2019-cu ilə kimi bildirib. 2019-cu prezident postuna akademik Ramiz Mehdiyevin gəlməsi ilə işlər idarəsinin işləklərinə və işlərinə son qoyulub. Yeni rəhbərlik problemin çözülməsinə çalışsa da, bu yol “covid-19 “asqırıb”. İsa Həbibbəyli prezident olandan Şərifzadədəki mənzil özbaşınalığını tarixə atmaq çabaları başlayıb.

 Çıxış yolu kimi hüquq yoluna üz tutanda isə hüquq müdiri Kamal Əliyevin yataqxana komendantı Azər Qiliyevlə “şifahi bazarlığı” üzə çıxıb. Səbail məhkəməsinin hakimi İlkin Rüstəmli iddiaçı Qarabağ əlilinin 40-a yaxın sənədini, vəsatətini, ərizəsini bir yana atıb, cavabdehin nümayəndəsinin saxta məlumatını əsas tutub. 21.06.2023 tarixli qətnamə hələ verilməyib, amma cavabdehin işdə yeganə “sübutu” kimi Kamal Əliyevin şifahi sorğusuna yataqxana üzrə baş mütəxəssis Azər Quliyevin 07.06.2013 tarixli əllə yazılan mənim heç vaxt yataqxanada qeydiyyatda olmamağım və yaşamamağım haqqında saxta cavabının portalda yerləşdirilməsi hər şeyi ortaya qoyur. Özbaşınalığa baxın, 45 ilin AMEA işçilərinin hüquqlarına  dünənin AMEA yataqxana hüquq mütəxəssisləri kağız parçası ilə qadağa qoyurlar. Lap heç yaşamamışam, savaşdan başım açılmayıb, bəyəm mənzillər yalnız prezidentlərə, vitse-prezidentlərə , işlər idarəsinin sürücülərinə, katibələrə verilməlidir?

Belə görünür, yenə də son söz Avropa İnsan Hüquqları Məhkəməsinin olacaq...


Məğrur Bədəlsoy



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fətəli Abdullayev və   Sərdar Əliyev Qarabağ qazisinin mənzilini ələ keçirib

    Fətəli Abdullayev və Sərdar Əliyev Qarabağ ...

    25-11-2021, 10:50

  • 
  • Deputata vəzifə verildi

    Deputata vəzifə verildi ...

    5-11-2014, 19:04

  • 
  • AMEA-da kadr dəyişikliyi: direktor işdən çıxarıldı

    AMEA-da kadr dəyişikliyi: direktor işdən çıxarıldı ...

    15-01-2014, 16:27

  • 
  • Ramiz Mehdiyev AMEA-da əməlli-başlı ORDU SAXLAYIR... - 11 köməkçisi var

    Ramiz Mehdiyev AMEA-da əməlli-başlı ORDU ...

    25-03-2021, 13:00

  • 
  • AMEA-ya yeni təyinat

    AMEA-ya yeni təyinat ...

    19-06-2013, 15:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu