GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Biləcəri bazarının tikintisi niyə yarımçıq qalıb: Mərhum bələdiyyə sədri pulları kiminlə mənimsəyib?

Biləcəri bazarının tikintisi niyə yarımçıq qalıb: Mərhum bələdiyyə sədri pulları kiminlə mənimsəyib?

Tarix: 30-06-2023, 23:35 Bölmə :GündəmXəbər / Manşet Baxış: 839

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində bazar və iaşə kompleksinin tikintisi üçün dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham olunan vəzifəli şəxsə hökm oxunub. 

Gundemxeber.az-ın qaynarinfo-ya istinadla məlumatına görə, cinayət işi 27 avqust 1956-cı ildə Masallı rayonu, Köçəkli kəndində anadan olmuş, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Biləcəri Lokomotiv deposunda mühəndis vəzifəsində işləmiş Ağabalaya və 2020-ci ilin 2 dekabrında koronavirusdan vəfat Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilova açılıb. Sabiq bələdiyyə sədri vəfat etdiyi üçün təqsirləndirilən şəxs qismində onun yaxın dostu Ağabala cəlb edilib. 
Aparılan araşdırma zamanı bəlli olub ki, Ağabala müəhiddis vəzifəsində işləyə-işləyə bizneslə məşğul olmağa da imkan tapıb. Belə ki, o, arvadının, oğlunun və yaxın qohumlarının adına açdığı 9 şirkət - "Korpus” MMC, "Kontora-60” MMC,  "Soltan 96” MMC, "Kontora-60” MMC, "Nur-FD” MMC və digər MMC-lər vasitəsi ilə dövlət büdcəsindən Biləcəri bələdiyyəsinə ayrılan 171.649,89 manat vəsaiti mənimsəməkdə ittiham edilərək saxlanılıb və cinayət işi açılıb. 
Cinayət işi Binəqədi rayonu Biləcəri bələdiyyəsinin sifarişi əsasında bələdiyyə bazarı və iaşə kompleksinin tikintisi məqsədi ilə 2020-ci ildə dövlət büdcəsindən ayrılmış 250 min manat məbləğində subvensiyanın xərclənməsi ilə əlaqədar aparılmış araşdırmanın nəticələrinə əsasən açılıb. 
Belə ki, Ağabala İlham Xəlilovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə səlahiyyətlərindən sui-istifadə edib, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxs kimi rəsmi sənədlərin məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək, vəzifə saxtakarlığı törədiblər.


Mərhum bələdiyyə sədri İlham Xəlilov

Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Ağabala ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək deyib ki, bir neçə şirkət təsis edib və əsas fəaliyyəti mal-materialların alqı-satqısı ilə məşğul olmaq olub: "Biləcəri bələdiyyəsinin keçmiş sədri İlhamla 40 il müddətində tanışlıq münasibətlərimiz olub. 2020-ci ildə İlham mənə müraciət edərək, bələdiyyəyə məxsus bazarın tikintisinə başlanılması ilə əlaqədar ucuz qiymətə tikinti materiallarının lazım olduğunu bildirdi. Bu məqsədlə müqavilə bağladıq və həmin müqavilə ilə tikinti üçün lazım olan materialların onlara satış qiymətini müəyyənləşdirdik. Müqaviləyə uyğun olaraq onları tikinti materialları ilə təmin etməli idik".
Aparılan araşdırma zamanı o da məlum olub ki, dövlət büdcəsindən ayrılan külli miqdarda vəsait hesabına Biləcəri bazarının yalnız divarı tikilib. 
Məhkəmənin qərarı ilə Ağabala Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsə də, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona qeyd olunan maddə ilə cəza təyin edilməyib.
Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Ağabalaya təyin edilmiş azadlıqdan məhrum edilmə cəzasının 2 il sınaq müddəti ilə şərti hesab edilməsinə, sınaq müddətinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmasına qərar verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb. Onun yaxın qohumlarının adına açdığı 9 ayrı-ayrı MMC isə ləğv edilib. 
Xatırladaq ki, "Əlincə A" MMC-yə məxsus köhnə Biləcəri bazarı dəmir yol stansiyasının ərazisində yerləşdiyindən fəaliyyəti hələ də sual altındadır. Biləcərindəki keçmiş bazarın sahibinin "Hafka" ləqəbli iş adamı Hafiz Məmmədov olduğu deyilir. Sözügedən bazara onun qardaşı rəhbərlik edib.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Biləcəri deposunda faciə

    Biləcəri deposunda faciə ...

    14-08-2019, 10:48

  • 
  • Biləcəri bələdiyyəsinin sədri otağında döyüldü - QALMAQAL

    Biləcəri bələdiyyəsinin sədri otağında döyüldü - ...

    30-05-2018, 19:10

  • 
  • Akif Çovdarovun "qurbanı"na YENİ VƏZİFƏ - yenidən bələdiyyə sədri seçilib

    Akif Çovdarovun "qurbanı"na YENİ VƏZİFƏ ...

    12-12-2018, 11:55

  • 
  • Biləcəri Dəmir Yolu Stansiyasında yanğın olub: 2 nəfər zəhərlənib

    Biləcəri Dəmir Yolu Stansiyasında yanğın olub: 2 ...

    18-12-2014, 22:36

  • 
  • Sabiq bələdiyyə sədri barəsində cinayət işi başlandı

    Sabiq bələdiyyə sədri barəsində cinayət işi ...

    9-09-2020, 12:02


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu