GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İctimai Səhiyyə və İslahatlar Mərkəzində satınalma qanunları belə pozulur - BU DA FAKT!!!

İctimai Səhiyyə və İslahatlar Mərkəzində satınalma qanunları belə pozulur - BU DA FAKT!!!

Tarix: 17-07-2023, 11:36 Bölmə :GündəmXəbər / Manşet Baxış: 231

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Publik hüquqi şəxsi şübhəli satınalmalar keçirməkdə davam edir. Belə ki, “İSİM tərəfindən xəstəliklərin profilaktikası, sağlam həyat tərzinin təbliği istiqamətində əhali arasında müxtəlif məkanlarda maarifləndirmə tədbir və aksiyaların keçirilməsi” üzrə 11.04.2023-cü ildə başladığı açıq tenderə yekun vurması və 03.07.2023-cü il tarixdə “Duyğu” Sosial Reabilitasiya İctimai Birliyi ilə 82.000 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə ötən yazıda məlumat vermişdik. Mərkəzin qalib elan etdiyi “Duyğu” İctimai Birliyinin qanuni təmsilçisinin elə İslahatlar Mərkəzinin Səhiyyə iqtisadiyyatı və tibbi sığorta şöbəsinin həkim-metodisti Rüfət Cahid oğlu Rəhimov olduğunu açıqlamışdıq. Bu qurumun son günlər keçirdiyi birinci şübhəli tender deyilmiş.

Sözügedən Mərkəz dəftərxana və təsərrüfat malları üzrə 21.04.2023-cü ildə başladığı kotirovka sorğusuna yekun vurub və “EDERTONMER LL” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 49.839,3 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə dövlət satınalmalarının vahid internet portalına 13.07.2023-cü il tarixdə məlumat yerləşdirib.

Keçirilmiş kotirovka sorğusu ətrafında apardığımız araşdırmalarda İslahatlar Mərkəzinin qanun pozuntusuna yol verildiyi məlum oldu. Belə ki, Mərkəzin Tender Komissiyası kotirovka sorğusunda iştirak etmək üçün müsabiqənin başlanma tarixini 21.04.2023-cü ilə, sənədlərin son qəbul tarixini 23.05.2023-cü il tarixə müəyyən etdiyi göstərilir.

İslahatlar Mərkəzinin qalib elan etdiyi “EDERTONMER LL” MMC bəs nə vaxt dövlət qeydiyyatına alınıb?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EDERTONMER LL” Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 28.04.2023-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, YAŞAYIŞ SAHƏSİ D (YENİ GÜNƏŞLİ QƏS.), ev 10, m. 29,qanuni təmsilçisinin isə Quliyev Ramil Zahid oğlu olduğu göstərilir.

Apardığımız ətraflı araşdırmalardan da görsəndiyi kimi İslahatlar Mərkəzinin Tender Komissiyası ciddi qanun pozuntusuna yol verib. Belə ki, Mərkəzin satınalma müqaviləsi bağladığı “ “EDERTONMER LL” MMC kotirovka sorğusunun başlanması barədə müəyyən olunan vaxtdan, yəni 21.04.2023-cü il tarixdən 7 gün sonra, 28.04.2023-cü il tarixdə dövlət qeydiyyatına alınıb.
Satınalma prosedurunun başlanmasından 7 gün sonra dövlət qeydiyyatına alınmış, maddi texniki bazasının və ixtisas göstəricilərini qeyri müəyyən olduğu bu şirkətlə dövlət sifarişini həvalə etmək nə dərəcədə qanunauyğundur. Yuxarıda qeyd etdiklərimizdən də görsəndiyi kimi Mərkəz tərəfindən keçirilmiş kotirovka sorğularında “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuş, müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması nəzərə alınmamışdır.

Qeyd edək ki, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin satınalmalarda yol verdiyi qanunsuzluqlar bunlarla bitmir. Qurumun CDC dəstəyi ilə CoVIP Sub-Award FY23 layihəsi çərcivəsində tibb işçiləri arasında COVID 19-a qarşı immunitetin qiymətləndirilməsi və vaksinin effektivliyinin dəyərləndirilməsi üçün lazım olan tibbi material və ləvazimatların satınalması üzrə “SAPFIRON TRADE” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 14.594 manat məbləğində satınalma müqaviləsində də analoji qanunsuzluqlar təkrar olunub. Yanvar ayında dövlət qeydiyyatına alınmış MMC ilə may ayında satınalma müqaviləsi bağlanılıb.

Bunlar azmış kimi İslahatlar Mərkəzinin Tender Komissiyası İSİM-in balansında olan avtomobillərin cari təmiri üçün ehtiyyat hissələri və yağ məhsullarının satınalması üzrə keçirdiyi kotirovka sorğusunun qalibi “QAFRAN QRUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi “SAPFIRON TRADE” MMC-nin də qanuni təmsilçisidir. Eyni ünvanda və eyni gündə dövlət qeydiyyatına alınmış MMC-lərin qanuni təmsilçisi Almasov Rəşad Fazil oğludur.

Göründüyü kimi satınalmalarda “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuş, demək olar ki, müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması nəzərə alınmamışdır. Odur ki, burada Mərkəzin direktoru ilə MMC rəhbərliyi arasında gizli bir bağlantı olması şübhəsizdir.

Qeyd edək ki, “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” publik hüquqi şəxsin baş direktoru Qəhrəman Haqverdiyevdir. O, bu vəzifədə 2018-ci ilin iyun ayından çalışır. Daha əvvəllər isə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində 2012-ci ildə fəaliyyətə başlamış, monitorinq və təhlil üzrə ekspert (2011-2014), Monitorinq və təhlil şöbəsinin müdiri (2014-2018) olmuşdur. Elektron media resusrslarında İctimai Səhiyyə və İslahatlar Mərkəzində çox ciddi yeyinti hallarının baş verməsi, dövlət satınalmalarından tutmuş digər nəsələlərə – tədbirlərin keçirilməsi, konfransların, seminarlarların təşkilində qanunsuzluqların hökm sürməsi, xaricdə keçirilən konfranslara, seminarlara direktor Qəhrəman Haqverdiyevə yaxın olan şəxslər getməsi, maddi mükafatların da direktorun çevrəsində olan insanlara verilməsi barədə məlumatlar var./Aktualinfo.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səhiyyə Nazirliyinin TENDER DƏLƏDUZLUĞU... - Əgər araşdırılarsa...

    Səhiyyə Nazirliyinin TENDER DƏLƏDUZLUĞU... - Əgər ...

    7-10-2022, 13:43

  • 
  • “İctimai Səhiyyə və İslahatlar Mərkəzi”nin MÜƏMMALI TENDERİ - BU NƏDİ BELƏ?

    “İctimai Səhiyyə və İslahatlar Mərkəzi”nin ...

    20-07-2022, 15:26

  • 
  • Səhiyyə Nazirliyindən şübhəli tender: 3 aylıq şirkətdən 113 min manatıq su alınacaq

    Səhiyyə Nazirliyindən şübhəli tender: 3 aylıq ...

    3-05-2021, 11:46

  • 
  • Təhsil Nazirliyinin tender müəmması – 10 manatlıq yeni yaradılan şirkətlə şübhəli müqavilə

    Təhsil Nazirliyinin tender müəmması – 10 manatlıq ...

    1-03-2021, 11:45

  • 
  • Azərbaycanda qadınların 28%-i ərin arvadını döyməsini düzgün hesab edir

    Azərbaycanda qadınların 28%-i ərin arvadını ...

    2-10-2017, 22:39


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu