GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ali Attestasiya Komissiyasında diplom alveri -ŞOK FAKTLAR

Ali Attestasiya Komissiyasında diplom alveri -ŞOK FAKTLAR

Tarix: 19-07-2023, 13:18 Bölmə :GündəmXəbər / Manşet Baxış: 5 633

Bu gün ölkəmizin elmlə məşğul olan gənclərinin böyük əksəriyyəti Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında qanunsuzluqların, rüşvət, korrupsiya hallarının baş alıb getdiyini, gənclərin elmə gedən yollarının  qarşısında süni maneələrin yaradıldığını bildirir. Milli Elmlər Akademiyasının, nəhəng ali məktəblərin elmi seminarlarının, elmi və problem şuralarının görkəmli alimləri qarşısında imtahanlarından uğurla keçən gənclərin böyük əksəriyyəti Ali Attestasiya Komissiyasının müəyyən etdiyi “şərtləri” yerinə yetirə bilmədiklərindən elmi ad və elmi dərəcə ala bilmirlər. Təbii ki, kimin yaxşı əlaqələri, maddi imkanı var, onlar bu problemlə qarşılaşmır, əsasən elmi-tədqiqat institutlarında və tədris müəssisələrində cüzi əmək haqqı ilə çalışan, gecə-gündüz yatmadan tədqiqat aparan imkansız gənclər yaşayır bu problemi. Bu günlərdə redaksiyamıza gələn və artıq ikinci ildir AAK-dan diplomunu ala bilməyən bir qrup gənc Ali Attestasiya Komissiyası qarşısında piket keçirmək istədiklərini və AAK-ın sədri, əslində iqtisadçı, 90-cı illərdə isə çoxları kimi BDU-da hüquqşünas diplomu alan Famil Front oğlu Mustafayevə, onun əlaltılarına istefa tələb etmək istədiklərini bildirdilər. Həmin gənclərin şikayətlərini araşdırdığımız vaxt ölkə mətbuatında Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin açıqlaması yayıldı ki, Ali Attestasiya Komissiyasının iqtisadiyyat üzrə Ekspert Şurasının üzvü və katibi Şəfa Əliyev rüşvət alarkən yaxalanıb. Bunun ardınca isə eşitdik ki, xaricdə istirahətdə olan Famil Front oğlu Mustafayev təcili şəkildə ölkəyə qaytarılıb. İnformasiyada o da bildirilirdi ki,  Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat-axtarış işlərini davam etdirir və AAK-da yeni ciddi yoxlamalar aparmaq fikrindədir. Həqiqətən, bu gün AAK-da Baş Prokurorluğun əməliyyat-axtarış işləri davam etməkdədir.  

Amma həmin informasiyadan dərhal sonra Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası açıqlama verərək  məsuliyyətə cəlb edilən mütəxəssis-ekspert Şəfa Əliyevin komissiyanın əməkdaşı olmadığını bildirərək günahı öz üzərindən götürməyə cəhd etdi. Fəqət iki səbəbə görə, biz AAK-ın bəyanatını sadəcə özünüsığortalama, yaxud faktı ört-basdır etmə addımı hesab edirik. Birincisi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bəyan edir ki, "hazırda iş üzrə qanunazidd hərəkətlərə yol vermiş digər şəxslərin müəyyən edilməsi istiqamətində də əməliyyat-istintaq tədbirləri davam etdirilir". Bu isə, o deməkdir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində AAK-da rüşvət halları ilə  bağlı digər faktların ehtimalı da var. İkincisi, cəmiyyətdə AAK-ın elmi adları və dərəcələri müxtəlif qiymətlərə satması barədə ç0xdan və kifayət qədər geniş informasiyalar dolaşmaqdadır. Bəziləri adi fəlsəfə doktoru adı üçün qiymətin son dövrlərdə 10 min manatdan-40 min manata qədər  qaldırıldığını bildirir. Həm də bu rəqəmləri adi insanlar deyil, Milli Məclisin deputatları, ölkənin tanınmış təhsil ekspertləri, görkəmli alimlər dilə gətirirlər. 

Ali Attestasiya Komissiyası açıqlamasında Şəfa Əliyevin onların əməkdaşı olmadığını, sadəcə olaraq seçimlərində yanıldıqlarını vurğulamaqla bunun təsadüfi fakt olmasını qabartmağa çalışır. Doğrudanmı bu təsadüfi faktdır? Cəmiyyətin elmlə maraqlanan böyük bir hissəsi bunu AAK üçün təsadüfi fakt hesab etmir.  Çünki hələ bu ilin mart-aprel aylarında və ondan da xeyli öncələr ölkə mətbuatı həyacan təbili çalaraq AAK-da rüşvətin meydan suladığını, elmi ad və dərəcələrə görə böyük məbləğdə rüşvət tələb edildiyini yazırdı. Özü də təkcə iqtisadiyyat üzrə deyil, filologiya, tarix, hüquq və s. sahələrdə də vəziyyətin bu şəkildə olduğu bildirilir. Gəlin bəzi faktlara müraciət edək!    

Tribuna.az saytının hələ 15 mart 2023-cü ildə “Təhsil eksperti Ali Attestasiya Komisiyyasındakı korrupsiyadan danışdı” adlı məqaləsində  deyilirdi: “AAK-da elmi adların verilməsində alimlərin qarşısına minimum 20 min manat tələb qoyulub”.  Tanınmış alim, professor İdris Abbasov AAK-da rüşvətlə bağlı konkret rəqəmləri dilə gətirərək yazırdı: “20 min manatlıq elmi ad, 30 min manatlıq elmi dərəcə”. Sözçü.az adlı başqa bir saytda gedən “Attestasiya komissiyasında rüşvətxorluq, qohumbazlıqdır” adlı yazıda isə tanınmış təhsil eksperti Kamran Əsədov Azərbaycanda elmi adların daha çox məmurlara verildiyini bildirirdi. O, yazırdı:  “Buna da səbəb AAK-dakı özbaşınalıq, rüşvət, qohumbazlıqdı. Məsələn, dəfələrlə şahidi olmuşuq ki, icra hakimiyyətində və yaxud dövlət strukturlarında çalışan şəxslər, deputatlar, dövlət qulluqçusu olan şəxslər elmi adları daha rahatlıqla ala bilirlər. Amma həqiqətən tədqiqatla məşğul olan, elmi işlə məşğul olanlar bu prosesdən kənarda qalıb”. Ekspert daha sonra AAK-ın lazımsız bir qurum kimi ləğv olunmasının zəruriliyini də bildirirdi.  

Ümumiyyətlə, AAK-da şəffaflıq olmaması, xüsusi “qara oppanentlərin” əli ilə qəsdən mənfi rəylərin yazdırılması, qurumun “gestapo” kimi qapılarını vətəndaşların üzünə bağlaması, şəffaflıqdan uzaq fəaliyyəti ilə bağlı alimlər çoxdan həyəcan təbili çalır və qurumun fəaliyyətində qaranlıq və şübhəli məqamlar olduğunu açıq-aşkar  şəkildə bildirilirdi. Bunun əvəzində isə AAK qapıları daha kip bağlayır, polis rejimini gücləndirir, AAK-ın qapısında içəri yalnız yüksək ranqlı məmurların girişinə icazə verirdi. Son aylar hətta qurumda telefonlara da cavab verilmir. AAK-la əlaqə saxlamaq çox ciddi problemə çevrilmişdi. Sual doğur: Əgər sənin fəaliyyətin şəffafdılrsa, onda niyə qapılarını vətəndaşların, alimlərin üzünə bağlayırsan?   

Deputat Etibar Əliyev haqlı olaraq Milli Məclisin tribunasından rüşvət, korrupsiyadan başqa bir fəaliyyəti olmayan, elmə yalnız əngəl olan AAK-ı lazımsız qurum adlandıraraq onun ləğv olunmasını təklif etmişdi. Bütün bunlar bir daha göstərir ki,  professor Şəfa Əliyevin AAK-ın Ekspert Şurasının üzvü və katibi kimi rüşvət üstündə yaxalanması heç də təsadüfi hadisə deyil. Əgər bu ilin mart ayında, aprel ayındaŞ iyun ayında mətbuatda AAK-da rüşvətlə bağlı materiallar gedibsə və iyul ayında AAK-ın katibi yaxalanıbsa, deməli bu, təsadüf yox, ardıcıl görülən işin nəticəsidir. AAK-ın isə günahı tələm-tələsik öz üzərindən atması, “o, bizim əməkdaş deyil, Sumqayıt Dövlət Universitetinin professorudur deməsi” özü də bu şübhələri qüvvətləndirir. AAK-ın açıqlamasında professor Şəfa Əliyevin Sumqayıt Dövlət Universitetində çalışdığı xüsusi vurğulanır, əslində isə, SDU-nun bura heç bir aidiyyatı yoxdur, çünki professor Şəfa Əliyev universitetdəki vəzifəsinə görə deyil, məhz AAK-dakı vəzifəsinə görə rüşvət alıb. Bu quruma isə, birbaşa  Famil Front oğlu Mustafayev cavabdehdir. 

Keçək başqa bir fakta.  Gəncə Dövlət Universitetinin dosenti, fəxri professor Cəfər İbrahimovun Asiya.az-a ünvanladığı məktuba nəzər yetirək: “Ali Attestasiya Komissiyasında dissertasiyanı pulu ilə yazdırıb, içindən xəbəri olmayan adamı Ekspert komissiyasından müsbət rəylə keçirib diplom verirlər. Dissertasiyasındakı uzun sözləri, çoxhecalı sözləri belə tələffüz edə bilməyən, pedaqogikanı bilməyən adam pulunu verib alim adı alır”. Yazı konkret fakta söykənir. “Qasımova Həmidə İsgəndər qızı 27.05.2022-ci ildə 5804.01 – “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” şifri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Yuxarı sinif şagirdlərində təşkilatçılıq qabiliyyətlərinin formalaşdırılması üzrə işin sistemi” mövzusunda dissertasiya işi müdafiə edib. Bu dissertasiya işini rüşvət müqabilində onun elmi rəhbəri, pedaqoji elmlər doktoru, professor Akif Abbasov yazıb”. Kimdir bu Həmidə Abbasova? Professor yazır: “AAK sədri F.Mustafayevin təməlini qoyduğu rüşvət və fırıldaq yollarla alim adı alan Həmidə Qasımova Gəncə Dövlət Universitetinin rekroru Yusif Yusibovun keçmiş katibəsidi”. 

Famil Mustafayevin rəhbərliyi altında fəaliyyət göstərən AAK, yuxarıda qeyd etdiyimiz kimi, daha çox məmurlara, onların qohum-əqrəbasına və katibələrinə xidmət edir. Sözü düz tələffüz edə bilməyənə diplom verilir, ciddi tədqiqat işləri isə illərlə rəflərdə saxlanır. 

GundemXeber.Az-ın apardığı araşdırmalardan məlum olur ki, AAK-da son dövrlərdə rüşvət və korrupsiyanın meydanı daha da genişlənmişdir. Bəzi faktlara müraciət edək, AAK eyni ali təhsil müəssisindən gəlmiş iddiaçılardan birinin sənədini qəbul edir, ona elmi dərəcə və diplomunu verir, digərinə isə, həmin ali məktəbin DİM-dən kənar qəbul apardığını bəhanə edərək imtina göndərir. Mən hazırda fəaliyyətinə xitam verilmiş İslam Universiteti ilə bağlı onlarla belə fakt göstərə bilərəm. Vaxtilə həmin universiteti “hansı yollasa bitirmiş” şəxslərin bəzilərinə elmi dərəcələr və adlar verilmiş, həmin universiteti bitirmiş və həqiqi tədqiqatla məşğul olan bir çox istedadlı gəncin işi isə “məhz həmin universitetdə təhsil aldığına görə” geri qaytarılmışdır. Ortada rüşvət faktı yoxdursa onda bu, nədir? İnanırıq ki, prokurorluq bu məsələlərə də aydınlıq gətirəcək. 

AAK son illərdə tərtib etdiyi sənədlərdə, tələbnamələrində qəsdən elə dolaşıqlığa yol verib ki, həmin baryerləri rüşvətsiz keçmək, demək olar ki, mümkünsüzdür. Və AAK həmin sənədlərdən çıxış edərək neçə-neçə istedadlı, ancaq imkansız,  gəncə “sizin baza təhsiliniz, magistratura təhsiliniz müdafiənizə uyğun deyil” deyib  imtina göndərdiyi halda, keçmiş dövlət məmuru Həsən Həsənovun diş texniki olan oğlu Zaur Həsənova tarix üzrə elmlər doktoru adı almaq üçün müdafiəyə icazə verir. Bu, necə olur? 

(Davamı var)


Güney Nəsirov

GundemXeber.Az

AAK qanununu necə geriyə şamil edir?

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazpərinin elmi adı saxta çıxdı - Rəsmi AÇIQLAMA

    Nazpərinin elmi adı saxta çıxdı - Rəsmi AÇIQLAMA ...

    19-07-2018, 16:18

  • 
  • Korrupsiya Ali Attestasiya Komissiyasını da “yeyir” – FAMİL MUSTAFAYEV PROFESSORA 20 MANAT QONARAR YAZIB

    Korrupsiya Ali Attestasiya Komissiyasını da ...

    19-06-2020, 13:07

  • 
  • Ali Attestasiya Komissiyası rəsmən bazara çevrilib... - Plagiat alimlərimiz ucbatından...

    Ali Attestasiya Komissiyası rəsmən bazara ...

    10-12-2018, 12:53

  • 
  • AAK-dan narazılıq pik həddə çatıb... - iki ilə yaxındır elmi işlərin müdafiəsi təşkil olunmur

    AAK-dan narazılıq pik həddə çatıb... - iki ilə ...

    27-11-2020, 10:11

  • 
  • Baş nazirdən xarici ölkələrdə verilmiş elmi adlarla bağlı - QƏRAR

    Baş nazirdən xarici ölkələrdə verilmiş elmi ...

    7-11-2019, 10:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu