Məlumdur ki, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəbəri vəzifəsində işlədiyi vaxtlarda çox insanların haqqına girib. Təbii ki, "nə tökərsən aşına, o da çıxar qaşığına" prinsipi ilə yanaşsaq, Mehdiyevin vaxtında etdikləri indi öz qarşısına çıxır. Amma məsələyə başqa kontekstdən baxdıqda məlum olur ki, burada çox böyük qanun pozuntusuna yol verilib. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən Ramiz Mehdiyev Milli Elmlər Akademiyasının prezidenti seçildi və təyin olundu. Bu şəxs təqaüdə çıxdıqdan sonra, məhz onun adı AMEA-nın sabiq prezidentləri sırasında yer almalıdır. Yəni, qanun bunu tələb edir. Bu gün isə Ramiz Mehdiyevin adının sabiqlər siyahısından çıxarılması həm yolverilməzdir, həm də Prezidentin imzasına hörmətsizlikdir. GundemXeber.Az bildirir ki, bu məsələ ilə bağlı AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev “Unikal”a açıqlamasında deyib ki, “Mənim adımın Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidentləri siyahısından çıxarılması düzgün deyil. Hesab edirəm ki, bu, özbaşınalıqdır”. Əlavə olaraq o, onu da qeyd edib ki, “Onların bunu etməyə ixtiyarları yoxdur. Bu, qanun pozuntusudur”.
Qeyd edək ki, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin adı akademiyanın saytında sabiq prezidentlərin siyahısından çıxarılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?