GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “AZAL” və “Buta” niyə birləşir? – Hava nəqliyyatındakı böyük siyasətin pərdəarxası

“AZAL” və “Buta” niyə birləşir? – Hava nəqliyyatındakı böyük siyasətin pərdəarxası

Tarix: 7-08-2023, 21:45 Bölmə :GündəmXəbər / Manşet Baxış: 345

Artıq ictimaiyyətdə belə məlumat yayılmağa başlayıb ki, “AZAL” və “Buta Airways” birləşir. Bundan yaranan narahatçılıqlar isə ondan ibarətdir ki, qiymətlər artacaq, xidmətlərin keyfiyyəti aşağı düşəcək və bütün həlledici söz sahibi yenə “AZAL” olacaq və s. 


Doğrudur, bu qərar 2023-cü ilin oktyabr ayında qüvvəyə minəcək. Amma yenə də yaxın ayların doğra biləcəyi narahatlıqları öncədən  anlamaq faydalıdır. Lakin “AZAL” bu addımı mobil tətbiqi vasitəsilə bron etmək və ödənişi həyata keçirmək mümkün olacağı ilə əsaslandırıb. Bu əsaslandırmada qeyd olunur: “Brendləşmə hər iki aviaşirkətin ən yaxşı keyfiyyətlərini özündə ehtiva etməklə, sərnişinlər üçün sərfəli tariflərlə səyahət etmək imkanlarını daha da genişləndirəcək, eləcə də müştərilərimizin səyahətlərini rahat planlamasını və onlara göstərilən xidmət səviyyəsində artımı təmin edəcək. vahid AZAL brendi altında təklif olunacaq. İl ərzində müxtəlif güzəşt kampaniyaları da davam etdiriləcək.”

Bu zaman sual yaranır, hansı birləşmə və bazarda hökmran mövqeyə malik şirkətlər vicdanlarının hökmü ilə keyfiyyətli xidmət təklif edir ki? AZAL bazarda hökmran mövqeyə və yüksək bazar payına malikdirsə, nədən o “avtopilotda” yox, rəqabətə meydan açan qiymət siyasəti həyata keçirməlidir? Bu sualın cavabı dəqiqdir: keyfiyyətli xidmət istehlakçıları məmnun etmək və onları qazanmaq məqsədilə daxili tələbatdan yaranmır, bazarın tələbindən doğur.

Əvvəla qeyd etmək lazımdır ki, ölkə ictimaiyyətində yanlış təəssürat bundan ibarətdir ki, “Buta Airways”ı ayrıca özəl bir aviaşirkət olaraq tanıyırlar. Əslində isə “Buta Airways” şirkəti özəl bir aviaşirkət deyil. O, AZAL-ın (Qapalı Səhmdar Cəmiyyəti) struktur vahididir, törəmə şirkətidir. Lakin AZAL “Buta Airways”dən daha baha tariflərə malikdir. AZAL özünün qiymət fərqini daha çeşidli xidmətləri ilə əlaqələndirir. AZAL-ın özünün qiymət artımını əsaslandırarkən sərnişinlərə edilən əlavə xidmət çeşidinə (baqaj, yemək və s.) görə bu fərqin meydana gəlməsini əsaslandırır. Lakin bu qiymət artımlarının fərqinə baxmayaraq AZAL bazarda daha üstün sərnişin daşıma payına malikdir.

Bakının hava limanının beynəlxalq uçuşlarda sərnişinlərinin say etibarı ilə götürsək, AZAL-ın payı “Buta Airways”i təxminən 3 dəfə üstələyir. Ümumilikdə iki milli avia şirkətin payı bazar da 45-50% təşkil edir. Yerdə qalan sərnişin daşımalarının isə xüsusi çəkisi xarici aviaşirkətlərin payına düşüb. Belə ki, 31 sərnişin aviaşirkəti H.Əliyev adına beynəlxalq aeroportuna birbaşa aviareys yerinə yetirir. Belə tanınmış aviaşirkətlərin beşliyində AZAL və “Buta Airways” ilə yanaşı “Turkish Airlines”, “Aeroflot” və “FlyDubai” daxildir.

Biz istəyiriksə ki, vətəndaşlarımız məsələn İstanbula Gürcüstanın Tbilisi şəhərinə gedib, oradan uçmasın, o zaman aviaşirkətlərin sayını artırmaq və bazara yeni oyunçuların daxil olmasına şərait yaratmalıyıq. Bu təkcə Gürcüstanda bir aviaşirkətin gəlir əldə edilməsi deyil, eyni zamanda həmin ölkəyə uçuş edən çoxsaylı vətəndaşlarımızın digər ölkənin mal və xidmət bazarına əlavə töhfə verməsi, onu qidalandırması deməkdir.
Əsl gerçəklik nədən ibarətdir?

Cari ilin oktyabr ayından “Azərbaycan Hava Yolları” və “Buta Airways” vahid AZAL brendi altında birləşəcək. Özlüyündə maraqlı tendensiyadır. Bunun arxa səhnədəki sirr pərdəsi nədən ibarətdir və bundan sonra hava nəqliyyatında hansı mənzərəni görəcəyik sualı çoxumuzu düşündürür.
Bu suala cavab tapmamız üçün AZAL-ın hazırda malik olduğu avtomatik üstünlükləri nəzərdən keçirməliyik. AZAL davranışlarında açıq-aydın olaraq ikili funksiya həyata keçirir. Həm təyyarələrin uçuşu üçün ona yaradılmış infrastruktura malikdir və bu məqsədlə dövlət büdcəsində illik olaraq böyük məbləğdə subsidiyalar alır.

Digər tərəfdən digər bu üstün şərtlər altında digər aviaşirkətlərlə rəqabət aparır. Hava limanına malik şirkətin digər aviaşirkətlərin ölkəmizə daxil olub-olmaması ilə bağlı təzyiq imkanına malik olur. AZAL bir tərəfdən həmin şirkətlərlə guya rəqabət aparır, digər tərəfdən isə təyyarə uçuşlarını təmin edən təyyarə limanı üzərində sərəncamvermə hüququna malikdir. Bu açıq-aydın maraqlar konflikti halıdır. Belə bir maraqlar konfliktinə səbəb yaradan AZAL adı 2 şirkətin brendləşməsi onun bazardakı xüsusi çəkisini heç şübhəsiz ki, artıracaq.

Qeyd etdiyimiz kimi “Buta Airways” şirkəti AZAL-ın törəmə şirkətidir. Onun AZAL-la birləşməsi 2 fərqli nizamnamə fondu, kapitalizasiyası olan ayrıa-yrı şirkətlərin birləşməsi demək deyil.

Bu qərarın hansı şərtlər altında verildiyinə diqqət edin... Ölkənin quru sərhədləri bağlıdır və xarici ölkələrə yeganə çıxış vasitəsi hava nəqliyyatıdır. Bu sferada isə nəinki sərt rəqabət, hətta aşağı səviyyəli rəqabət elementləri belə yoxdur. AZAL-a yeganə alternativ “Buta” şirkəti də “udulur” və AZAL adı altında brendləşdirilir. Deməli bundan sonra “Buta Airways” kimi ticarət nişanı görməyəcəyik. Bütün xidmət təklifləri AZAL adı altına gedəcək. Brendləşmə “AZAL”ın bir şirkət olaraq qiymət tariflərinin artması ilə müşahidə olunacaq. /Turan.az/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "BUTA AIRWAYS" aviaşirkətinin livreyası və loqotipi təsdiq olundu

    "BUTA AIRWAYS" aviaşirkətinin livreyası ...

    2-06-2017, 15:34

  • 
  • AZAL aşağı büdcəli brend yaradıb

    AZAL aşağı büdcəli brend yaradıb ...

    19-02-2016, 16:04

  • 
  • “Buta Airways” AZAL-ın sərnişinlərindən əlavə pul aldı — RƏZİLLİK

    “Buta Airways” AZAL-ın sərnişinlərindən əlavə pul ...

    23-11-2017, 14:11

  • 
  • AZAL qiymətləri kəskin azaltdı - Bakı-İstanbul 90 manat

    AZAL qiymətləri kəskin azaltdı - Bakı-İstanbul 90 ...

    15-07-2015, 15:03

  • 
  • Cahangir Əsgərov AZAL-da kimə daha çox pul verir?

    Cahangir Əsgərov AZAL-da kimə daha çox pul verir? ...

    12-11-2013, 15:01


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu