GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bakı təhsilində vətəndaş "məmnunluğu", yoxsa süründərməçilik? -DE-FAKTO

Bakı təhsilində vətəndaş "məmnunluğu", yoxsa süründərməçilik? -DE-FAKTO

Tarix: 28-08-2023, 15:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 364


Bakı Şəhəri üzrə Təhsil İdarəsi hansı məzhəbə qulluq edir?


Dəyərli oxucularımıza məlumdur ki, bir müddət öncə Bakı şəhərindəki 164 nömrəli tam orta məktəbdəki neqativ hallar barədə yazı dərc etmişdik. Yazının dərcindən sonra redaksiyamıza çoxsaylı müraciətlər olundu. Həm 164 nömrəli məktəbdən, həm də digər məktəblərlə bağlı şikayətlərin çoxluğunu nəzərə alaraq ETN-ə və BŞTİ-yə sorğu göndərdik. Sorğuda 164 nömrəli məktəbin rus bölməsinin I sinfinə 2022-2023-cü dərs ilində şagird qəbulu,cari dərs ilində həmin sinfə nəzərdə tutulan yer sayı haqqında məlumat verilməsi xahiş olunurdu. Qeyd edək ki, həmin məktəbin Azərbaycan bölməsində 3, rus bölməsində də 3 sinif proqnozlaşdırılıb. Biz də həmin siniflərdə olan yer sayı haqqında məlumat verilməsini istəmişdik. Lakin BŞTİ-dən sorğumuza verilən qaneedici olmadı. Həmişə konkret fakt tələb edən, şikayətləri “anonimdir” deyib cavablandırmaqdan imtina edən BŞTİ rəhbərliyi, onun müdiri Mehriban Vəliyeva nədənsə konkret rəqəmlər verməkdən yayınmağı üstün tutdu. Çünki konkret rəqəmlərin dalında duran qaranlıq məqamlar aydın ola bilərdi. Həm də 164 nömrəli məktəbin direktoru Kəmalə Qədirovanın xətrinə dəyər. BŞTİ rəhbərliyi onu yəqin ki, həyat yoldaşı Fərzəli Qədirova görə hələ də əzizləməkdə davam edir. Çünki Fərzəli Qədirov ETN Aparat rəhbərinin müavinidir.
BŞTİ-nin sorğumuza verdiyi cavabda konkretlik olmaması ilə yanaşı, vətəndaşların müraciəti ilə uyğunsuzluğu görüb məsələ ilə yerində tanış olmaq qərarına gəldik və BŞTİ-yə yollandıq. Öncə BŞTİ-nin sorğumuza verdiyi cavabda göstərilən “Uşaqların I sinfə qeydiyyatı elektron sistem vasitəsilə aparılır. Elektron sistem vasitəsilə qəbul məktəblər və müəllimlər üçün sağlam rəqabət mühiti yaratmaqla yanaşı, həm də şəfafflığın təmin olunmasına, vətəndaş məmnuniyyətinə zəmin yaradır, sosial ədalət prinsipinə əsaslanır, məktəbləri və valideynləri elektron xidmətlərin fəal iştirakçısına çevirir.”
Gəlin görək bizim görüb eşitdiklərimizlə BŞTİ-nin cavabında uyğunluq hansı dərəcədədir?
Saat 10-dur. BŞTİ-nin qəbul otağının qarşısında adamların böyük bir növbəsi var. Qəbul otağı da təbiidir ki, ağzına kimi doludur. Çöldə, avqustun bu isti havasında bişənlər içəridəkilərə həsəd aparırlar ki, orada heç olmasa kondisioner var, içəridən çıxanlar isə narazı halda deyinə-deyinə, bəzən qışqıra-qışqıra ərazini tərk edirlər. Müşahidələrimizdən belə məlum oldu ki, şikayətçilər əsasən I və X siniflərə qəbuldan narazılıq edirlər. Valideynlər uşaqlarının təhsil alması üçün məktəb tapmırlar. “Məmnuniyyət” o qədər çoxdur ki, durub bu yay günündə BŞTi-yə gəliblər.
Şəkildə gördüyünüz uşaqlar valideynləri ilə birlikdə Lökbatandan gəliblər. Saat 8-dən gəlmələrinə baxmayaraq hələ də qəbula düşə bilməyiblər. Valideyn Nizamova Sevinc bildirir ki, övladı bu il dərsə gedə bilməyəcək. Çünki uşağın məktəbə qəbulunu məktəb BŞTİ-nin, BŞTİ isə məktəbin boynuna atmaqla yaxlarını məsuliyyətdən kənara çəkirlər.

Mehriban xanım, bu uşaqların günahı nədir?[i]

Lökbatandan gələn digər valideyn isə bildirir ki, övladı 166 nömrəli məktəb-liseytin 9-cu sinfini bitirib. Lakin məktəbin direktoru Zeynəb Vəliyeva deyir ki, 10-cu sinifdə yalnız mən dediyim uşaqlar oxuya bilər. Onun dediyi uşaq olmaq üçün də valideyni zəhmətə qatlaşmalıdır. Zeynəb Vəliyevanın kriteriyalarını da bilmirik ki, ona uyğunlaşaq. Bu idarəyə də zəng etmək mümkün deyildir. 599-12-22 nömrəli telefon daim “məşğul” göstərir, yaxud da daxili nömrə istəyir. Biz də onu bilmirik. Odur ki durub gəlmişik bura. Görək burda nə deyəcəklər? Belə olduğu halda Zeynəb Vəliyeva “Təhsil Qanunu”nun “5.2. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa ümumi təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir” tələblərini pozmaq cəsarətini haradan və kimdən alır?

Bu körpə bala haradan bilsin ki, vətəndaş məmnunluğu belə olurmuş...

Digər şikayətçi Xətayi rayonundakı məktəblərdən birində 38 ildən artıq işləyən Gülnarə Abbasova məktəb rəhbərliyinin qərəzli münasibətindən gileylənir. Bildirir ki, bu il 4-cü siniflərə dərs deyəcək. Ümumi qaydaya görə cari dərs ilində 4-cü sinfə dərs deyən müəllim, eyni zamanda hazırlıq sinfinə də dərs deməlidir. Lakin ona münasibətdə bu qayda pozulub. Səbəbi isə naməlum olaraq qalır.
15 nəfər valideynin şikayəti isə bizə çox qəribə gəldi. Bu qəribə və əndrabadi məsələ ilə siz də tanış olun. Validetynlər bildirir ki, onların övladları Binəqədi rayonundakı 335 nömrəli məktəbdə oxuyurlar. 2 il bundan əvvəl açılışında cənab Prezident İlham Əliyevin iştirak etdiyi bu məktəb sözün əsil mənasında yiyəsizdir. Belə ki, açılışından bu yana məktəbin nə direktoru, nə də direktor müavini yoxdur.Necə deyərlər, məktəb Allah ümidinə idarə olunur. Daha doğrusu idarə olunmur. Valideynlər deyir ki, 335 nömrəli məktəbi yaxınlıqda yerləşən 205 nömrəli məktəbin direktoru “idarə edir”. Ona görə də 500 nəfərdən çox şagirdi olan bu məktəbi hamı “205nömrəli məktəbin filialı” adlandırır. Əsas şikayətləri isə odur ki, biz övladlarımıza ETN-nin müəyyən etdiyi məktəbli forması almışıq. Lakin bu günlərdə 205 nömrəli məktəbin direktoru Xoşqədəm Bağırova valideynlərə səs ataraq onun müəyyən etdiyi məktəbli formasını almağı tələb edir, əks təqdirdə övladlarının məktəbə buraxılmayacağını bildirir. 3 məktəbli övladının olduğunu bilidirən ana da soruşur ki, bu necə idarəçilikdir? Bizə vaxtında deyilsəydi təbii ki həmin formanı almazdıq. İndi maddi vəziyyətimizin bu halında yenidən məktəbli formasını necə alaq? Onlara qaneedici cavab verən olmadığından əlləri ətəklərindən uzun, qanları qara və BŞTİ-nin sorğumuzda qeyd etdiyi kimi hədsiz dərəcədə “məmnun” geri-evlərinə qayıtdılar.
İndi isə gəlin bu “vətəndaş məmnunluğu”, “sosial ədalət”, “şəffaflıq” anlayışlarının həqiqi mənzərəsinə nəzər salaq. Təxminən 7-8 il bundan əvvələ qədər valideyn məktəbə müraciət edir, bir arayış alıb digər məktəbə verməklə övladının oxuduğu məktəbi dəyişdirirdi. Bu zaman o, məktəbə 2 dəfə gəlmək məcbiriyyətində idi. İndi, elektron sistem vasitəsilə yerdəyişmə etmək üçün valuiideyn azı 5 dəfə hər iki məktəbə, ən azından iki-üç dəfə də BŞTİ-yə gedib-gəlmək məcburiyyətindədir. Yenə də həmin arayış, yenə də həmin kağızlar. Üstəlik, vətəndaşın “Ümumi təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nda nəzərdə tutulan “22.2.2. təhsil müəssisəsini, tədris dilini, xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdənkənar məşğələləri (fakültativ kursları) sərbəst seçmək” hüququ kobud şəkildə pozulur. Sizcə bunun harası məmnunluqdur? Məktəbyaşlı uşaqları çöllərə salıb yayın istisində, qışın şaxtasında növbələrdə gözlədənlər hansı sosial ədalətdən, vətəndaş məmnunluğundan danışırlar? Əgər elektron sistem ədalətli və şəffaf idarə edilsə təbii ki bu problemlər meydana çıxmaz. O da ki, yoxdur. Buradan da belə nəticə çıxır ki, elektron sistemin tətbiqi vətəndaşdan çox, onu yaradan və idarə edənlərin məmnuniyyətinə xidmət edir. Belə olmasaydı BŞTİ-də rus böləmsəinə şagird qəbuluinda yol verilmiş ciddi nöqsanlar haqqında son günlərdə dolaşan söz-söhbət də olmazdı.
Hər halda bu mövzuda kifayət qədər mübahisə doğuracaq məqamlar vardır. Növbəti yazılarımızda həmin məsələlərə diqqət ayıracağıq.

P.S. Höprmətli oxucular! Təhsil sahəısində baş verən neqativ halları araşdırmaq üçün yeni-“Təhsildə Bermud üçbucağı” adlı rubrikamız fəaliyyətə başlayır. Bu mövzuda analitik təhlilləri və yazıları həftədə bir dəfə AİA.az-dan oxuya bilərsiniz. Xatırladırıq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, ETN Aparatının müdir müavini Fərzəli Qədirov, 164 nömrəli məktəbin direktoru Kəmalə Qədirovadır./aia.az/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yeni dərs ilində Bakı məktəblərində 414 844 şagird təhsil alacaq

    Yeni dərs ilində Bakı məktəblərində 414 844 ...

    5-09-2019, 11:39

  • 
  • Bakıda məktəb bağlandı

    Bakıda məktəb bağlandı ...

    16-05-2014, 10:56

  • 
  • Birinci sinfə qəbul üzrə on beş mindən çox sorğu

    Birinci sinfə qəbul üzrə on beş mindən çox sorğu ...

    18-03-2017, 21:57

  • 
  • Müəllimlərdən 200 manat pul yığan direktor işindən oldu

    Müəllimlərdən 200 manat pul yığan direktor ...

    24-01-2020, 13:40

  • 
  • I sinifə qəbul üzrə müsabiqə iyunun 30-da yekunlaşır

    I sinifə qəbul üzrə müsabiqə iyunun 30-da ...

    19-06-2017, 13:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu