GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Barat Yusubov NİYƏ CƏZALANMIR? - AXI NİYƏ?!

Barat Yusubov NİYƏ CƏZALANMIR? - AXI NİYƏ?!

Tarix: 29-08-2023, 17:56 Bölmə :GündəmXəbər / Manşet Baxış: 521



Ehtiyatda olan polkovnik-leytenant Coşqun Məmmədov gördüyü hörmətsizliyə görə işini itirdiyini deyir.

“27 il Silahlı Qüvvələrdə xidmət etmişəm. Ehtiyatda olan polkovnik-leytenantam. Bir il “Yeni Klinika”da çalışdım, amma əvvəlki rəhbərliyin dövründə heç vaxt belə münasibətlə qarşılaşmamışam. Buna görə də öz ərizəmlə işdən çıxmağa məcbur oldum”, – Coşqun Məmmədov deyir.

O, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının azad edilməsində iştirak edib. Deyir ki, 2022-ci ilin fevral ayında xəstəliyi ilə əlaqədar ehtiyata buraxılıb.

“2022-ci ilin avqustun 22-dən “Yeni Klinika”da təhlükəsizlik xidməti şöbəsinin müdiri kimi işə başladım. Klinikanın yeni rəhbəri Barat Yusubov TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun xidməti maşınının qapısını açmağımı təkidlər tələb etdi. Onun bu istəyi ilə razılaşmadığımdan aramızda narazılıq yarandı. Buna Vüqar Qurbanov da şahiddir”,- şikayətçi deyib.

C.Məmmədov bildirib ki, daha əvvəl də Qurbanov klinikaya tədbirlərə gəlib, lakin heç vaxt ona icraçı direktorun avtomobildən düşməsi üçün qapının açılmasını əmr etməyib. Çünki qapı açmaq təhlükəsilik xidmətinin vəzifə səlahiyyətlərinə aid deyil.

Məmmədov deyir ki, “Vətənə xidmətə görə” 3-cü dərəcəli orden, “Füzulinin azad edilməsi”, “Cəbrayılın azad edilməsi”, “Xocavəndin azad edilməsi”, “Vətən müharibəsi iştirakçısı”, “Silahlı Qüvvələr veteran”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, “Silahlı Qüvvələrin yaranmasının 90 illiyi”, “Silahlı Qüvvələrin yaranmasının 95 illiyi”, “Silahlı Qüvvələrin yaranmasının 100 illiyi” medalları ilə təltif edilib.

“Ehtiyatda olan hərbiçi kimi təqaüd alıram. Öz ərizəmlə işdən çıxmağa məcbur qaldım. Maddi və ən əsası mənəvi zərərlə üzləşmişəm”,-C.Məmmədov qeyd edib.

C.Məmmədov söyləyib ki, qısa müddət ərzində mühafizə xidmətinin 10 əməkdaşı öz ərizəsi ilə işdən kənarlaşdırılıb:

“Mənə ağrılıdır ki, TƏBİB bununla bağlı heç bir açıqlama vermədi, hətta maraqlanmadı. Halbuki hansısa bir tanınmışın qəzası ilə bağlı 4 dəfə açıqlama verirlər. Yalnız mənə zəng vurub narazılığımın icraçı direktor, yaxud Barat Yusubovla bağlı olduğunu dəqiqləşdirdilər. Heç vəziyyətimlə də maraqlanmadılar”.

Yeni Klinikadan suallara cavab vermək istəməyiblər. Klinikadan bildiriblər ki, sualları TƏBİB cavablandıra bilər: “Bizim mətbuatın suallarını cavablandırmaq kimi səlahiyyətimiz yoxdur”.

Şikayətlə bağlı TƏBİB-ə sorğu ünvanlandırılıb, hələ cavab yoxdur. //meydanTV//


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Çovdarovun cəlladları: polkovnik Muxtarov və polkovnik-leytenant Məmmədov

    Çovdarovun cəlladları: polkovnik Muxtarov və ...

    17-11-2015, 13:50

  • 
  • Nazir Qaraşovun rəhbəri olduğu idarəni iki hissəyə böldü - Əvvəlki rəisə də vəzifə verdi

    Nazir Qaraşovun rəhbəri olduğu idarəni iki ...

    29-08-2023, 17:03

  • 
  • Ağciyər Xəstəlikləri İnstitutunun direktoru işdən çıxarılıb - ƏMR

    Ağciyər Xəstəlikləri İnstitutunun direktoru işdən ...

    27-04-2022, 13:49

  • 
  • "Yeni Klinika"ya o rəhbər gətirilir - İDDİA

    "Yeni Klinika"ya o rəhbər gətirilir - ...

    5-05-2021, 13:00

  • 
  • Zakir Həsənovun “minalanmış” ətrafı: Azad Salamov getdi , bəs Fuad Məmmədov?

    Zakir Həsənovun “minalanmış” ətrafı: Azad Salamov ...

    13-05-2020, 13:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu