Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəis müavini podpolkovnik Riyad Fikrət oğlu Əhmədov 1992-ci ildə Daşaltı əməliyyatında şəhid olmuşdur. Ölümündən sonra, Riyad Əhmədova Milli Qəhrəman adı verilmişdir. GundemXeber.Az bildirir ki, podpolkovnikin dəstəsi 26 yanvar 1992-ci il tarixində növbəti tapşırıq alır - Daşaltı kəndinin düşməndən təmizlənməsində iştirak edir. Həmin əməliyyatın gedişi zamanı Riyad Əhmədov itkin düşür. 1992-ci ilin 7 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 833 saylı fərmanı ilə podpolkovnik şəhidimizə Milli Qəhrəman adı verilir.
Nəhayət uzun axtarışdan sonra, 2023-cü ilin sentyabr ayında Azərbaycan Dövlət orqanlarının məlumatına əsasən Milli Qəhrəmanın nəşi tanınmış və Bakıya gətirilmişdir. Bu gün Şəhriyar adına klubda onunla vida mərasimi keçirildi və mərhumun nəşi 2-ci fəxri xiyabanda torpağa tapşırıldı. Allah Şəhid podpolkovnik Riyad Əhmədova rəhmət eləsin!
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?