Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Xidmətinin 15 saylı Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Əkrəm Babayev daha əvvəl Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinə rəhbərlik edib. Bu şəxs daşıdığı vəzifələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək əvəzinə meşə talanlarına nəyinsə müqabilində göz yumub.
Bu günlərdə Regional Mərkəzin tabeliyində olan Oğuz meşəbəyliyinin rayonun Xalxal kəndi ərazisinə düşən 8-ci dolayında ağacların kütləvi şəkildə kəsilməsi təbiətsevərlər tərəfindən video-qeydə alınıb. Həvəskarın redaksiyamıza göndərdiyi video materialda nəm halında doğranan ağacların görüntüsünü ağackəsən motorlu mişarların səsi müşayiət edir. Materialı təqdim edən mənbə bildirir ki, kütləvi şəkil almış “yaşıl soyqırım” sahə rəisi Vüqar Şəfiyevin və meşə gözətçisi Mahal Qasımovun əli ilə, baş meşəbəyi Valeh Məmmədovun təşkilatçılığı ilə həyata keçirilir. Məlumata görə, Valeh Məmmədov birbaşa Əkrəm Babayevin instruktajı ilə hərəkət edir, əlbirdirlər. O da vurğulanır ki, Valeh Məmmədov xidməti ərazisi Balakən, Qax, Şəki, Zaqatala, Oğuz inzibati rayonlarını əhatə edən və inzibati binası Şəkidə yerləşən 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Akif Məmmədova arxalanaraq Oğuzun mərkəzində taxta bazarı açıb.
Xatırladaq ki, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əvvəlki direktorları İlqar Qəribov və Alim Əlizadə Mərkəzin nəzarət etməli olduğu Oğuz və Qəbələ meşələrinin talanına şərait yaratmalarına, rüşvətxorluqlarına görə cinayət məsuliyyətinə cəlb olunaraq həbs ediliblər. Görünür, Əkrəm Babayev onların aqibətindən nəticə çıxarmayıb.
Məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!/nyus.az/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?