GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ombudsman (Aparatı) niyə dövlət orqanlarına “əmioğluluq” edir?

Ombudsman (Aparatı) niyə dövlət orqanlarına “əmioğluluq” edir?

Tarix: 26-10-2023, 14:22 Bölmə :GündəmXəbər / Manşet Baxış: 629


Bakı İnzibati Məhkəməsi Ombudsman Aparatını necə və neçəyə aldadır 


Yəqin meşəyə odun qırmağa gedən şəxsə əmisi oğlunun ayı ilə qarşılaşacağı halda nə edəcəyi barədə gülməcədən bilgilisiniz. Ayını daşla, bıçaqla, tüfənglə vuracağını deyən şəxsin əmisi oğlu “birdən daş olmadı, bıçaq işə yaramadı, tüfəng açılmadı” deyəndə, “sən kimin əmioğlususan, mənim, yoxsa ayının?” suallı cavabı məsələ dönüb. Lətifəsi  Ombudsman Aparatından uzaq, bu gün yox, illərdir vətəndaş məhkəməyə gedəndə, elə bil,  döyüşə gedir. Düzdür,  məhkəmə işi elə dava-döyüş sayılır, amma bu davada məhkəmənin özü tərəf tutmur, arbitr, obyektiv hakim rolunu oynayır. Bizdə isə, özəlliklə, inzibati məhkəmə davasının iştirakçısı üç “cəbhə” ilə üz-üzədir: qarşı inzibati orqan, Vəkillər Kollegiyası (VK) və ... hakimin özü!(?) İndi, gəl, bu davanı ud görüm, necə udursan! Elə məhkəmə savaşında “əmioğlunun” məhkəməyə, məhkəmənin inzibati-dövlət orqanlarına, vəkillərin məhkəməyə və dövlət orqanlarına “əmioğluluq” etməsi üzə çıxır. İnsan hüquqları üzrə müvəkkilə- ombudsmana müraciət edəndə bəlli olur ki, məhkəməyə, inzibati-dövlət  orqanlarına, VK-ya “əmioğluluq edənin” yekəsi elə Ombudsman, Aparatı imiş!



1-ci dərəcəli Qarabağ əlilinin xəstəxanada  sistem altında yatanda, qabaqcadan 2 ərizəsinə baxmadan, vəkil ayırmadan, hüquqi yardım göstərmədən Bakı İnzibati Məhkəməsində (h.Bəhlul Cəlalov) iddianın mümkün sayılmaması haqqında 13.09.2023 tarixli birtərəfli qərardad qəbul edilməsindən şikayətini Ombudsman Aparatı , barəsində şikayət edilən məhkəmənin və hakimin özünə göndərib və  bütün suçun məhkəməyə müraciət edən əlildə olması cavabını alıb. Bəs məhkəmənin  heç bir suçu yoxdur? Belədə deyiblər, ay Ombudsman ( Aparatı) “əmioğlu” , kimin müvəkkili- “əmisi oğlusan”, xəstəxanada ölümlə çarpışan əlilin, yoxsa məhkəmənin, hakimin?

23.10.2023-cü il tarixli məktubla Ombudsman Aparatının (OA) rəhbəri Aydın Səfixanlı bildirib ki, 13.09.2023 tarixli qərardadla vəkillə dövlət hesabına təmin olunma barədə ərizə rədd edilib və qərardad şəxsi kabinetdə yerləşdirildiyindən prosessual qanunvericiliyin tələbinə uyğun olaraq rəsmi qaydada verilmiş sayılır. Buradaca yekə bir “stop” qoyub, soruşaq, hörmətli OA rəhbəri, siz kimin əmioğlususunuz, xəstəxanada sistem altında yatan əlilin, yoxsa elektron məhkəmə sisteminin adından dələduzluq edən məhkəmənin? 13.09.2023-cü ildə iddiaçı əlil xəstəxanada olanda iclas keçirilməsi, özü də bu barədə “elektron məhkəmə” sistemi araçılığı ilə məlumat verilməməsi hansı qanunda, hansı məcəllədə yazılıb? Hanı “elektron məhkəmə” informasiya sistemində vəkillə dövlət hesabına təmin olunma barədə ərizəyə baxış iclasının təyin edilməsi haqqında  xəbərdarlıq,  məlumat,  sms-bildiriş? Öncədən iclas təyin etmədən, xəbər vermədən necə iclas keçirilə bilər? Hələ vəkildən imtinanın vicdansız əsaslandırılmasını demirik. Hakim Bəhlul Cəlalov öncədən iddianın mümkün sayılmayacağı “əsası” ilə 1-ci dərəcəli Qarabağ əlilinin dövlət hesabına vəkillə təminatından imtina edib, Ombudsman (Aparatı) isə bu imtinanı “şəxsi kabinet” “əsası” ilə haqlı sayır. 

“Stop”u götürüb, Ombudsman Aparatının Bakı İnzibati Məhkəməsinə “xəstəxanada da “əmioğluluq” etməsinə şahid olaq: “.. xəstəxanada yatdığınız halda məhkəmə iclasının keçirilməsi ilə bağlı qeyd edilir ki, əvvəla, Siz məhkəmənin 02.05.2023-cü il tarixli iclasında iştirak etmiş, Sizə qanunvericliyin tələbləri izah edilsə də, göstərilən nöqsanlar aradan qaldırılmamışdır”. Burada balaca “stop” qoyub , soruşaq, “asqırmağın qulunca nə aidliyi var”, bəyəm 02.05.2023-cü ildə iclasda iştirak etmək 4 ay 10 gün sonra xəstəxanada yatanda iclas keçirməyə haqq verir? Eyni zamanda , bəyəm məhkəmənin özü “elektron məhkəmə” sistemindən yararlanmır, video görüntü yoxdur, yalandan hansı izahdan danışılır, hanı sistemdə, kameranın yaddaşında yerləşdirilən izah, hanı yardım haqqında elektron sistemdə , şəxsi kabinetdə yerləşdirilən məktub, yazışma və s.?

Keçək növbəti “sayıqlamaya”: “ Xəstəxanada müalicə almağınız barədə sənədlərinizi elektron kabinet vasitəsilə TƏQDİM EDƏ BİLƏCƏYİNİZ HALDA, bu barədə hər hansı sübut təqdim etməmisiniz”. “Bərəkallah”, “əmioğlu”, sən kimin əmisioğlusan, xəstəxanada sistem alında “internetsiz müalicə olunan” Qarabağ əlilinin, yoxsa “elektron məhkəmə” sisteminə heç bir məlumat daxil etməyən məhkəmə dələduzlarının? 1-ci dərəcəli əlilə dövlət hesabına vəkil ayrılmasından imtina edən məhkəmə qarşı tərəfi- DSMF-in 39 saylı vəkil bürosunun vəkili, böyük mütəxəssisi Emil İsgəndərlini  hüquqverici sənəd olmadan işə necə buraxıb? Onu da vurğulayaq ki, VK da 1-ci dərəcəli Qarabağ əlilinə vəkil ayrılmasını təmin etməyib, Hüquqi Yardım və Tədris Mərkəzi 5 saylı hüquq məsləhətxanasından vəkil (Nurəddin Kantayev) ayırsa da, sonuncu ödənişsiz olduğundan xidmətdən imtina edib.

Üç tərəflə savaşan 1-ci dərəcəli Qarabağ əlilinin müdafiə, hüquqi yardım hüququna qadağa qoyan dördüncü tərəfin – Ombudsmanın, Aparatının “müvəkkillik  diqqəti”nə xəstəxanadan çatdırırıq ki, dövlət hesabına vəkillə təminatla  bağlı ərizənin təmin edilməməsi haqqında qərardaddan şikayət müddəti bitməmiş iş üzrə yekun məhkəmə aktı çıxarıla bilməz. Sözügedən qərardaddan şikayət isə hələ də İPM-in tələbinə uyğun apellyasiya instansiyasına göndərilmir. Bu göndərilməmənin də suçu xəstəxanadakı müalicə sistemindədir, yoxsa,  “elektron məhkəmə” sistemində? 


Məğrur Bədəlsoy

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ombudsman məhkəməyə verildi

    Ombudsman məhkəməyə verildi ...

    24-01-2013, 11:13

  • 
  • Rüstəm Kərimli Bakı İnzibati Məhkəməsinə “rüşvət təcrübəsi”ni öyrətməyə ezam olunub?

    Rüstəm Kərimli Bakı İnzibati Məhkəməsinə “rüşvət ...

    31-05-2022, 15:44

  • 
  • Rüstəm Kərimli Bakı İnzibati Məhkəməsinə “rüşvət təcrübəsi”ni öyrətməyə ezam olunub?

    Rüstəm Kərimli Bakı İnzibati Məhkəməsinə “rüşvət ...

    11-06-2022, 12:12

  • 
  • İnsan hüquqları üzrə müvəkkili müvəkkillikdən imtina edir

    İnsan hüquqları üzrə müvəkkili müvəkkillikdən ...

    19-12-2021, 22:08

  • 
  • Bakı İnzibati Məhkəməsi 5 ildir qəbul etdiyi qərarın icrasını təmin etməkdən imtina edir

    Bakı İnzibati Məhkəməsi 5 ildir qəbul etdiyi ...

    19-08-2020, 10:35


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu