Noyabrın 12-də saat 16 radələrində Yevlax rayonunda 1991-ci il təvəllüdlü Nəsibov Əhməd Əhəd oğluna odlu silahla xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan GundemXeber.Az-a daxil olan məlumata görə cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini 1989-cu il təvəllüdlü Əliyev Saleh Azər oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Cinayət aləti olan odlu silah ondan götürülüb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəmnində baş verib.
Araşdırma aparılır.
Qeyd edək ki, öldürülən şəxs Tik-Tok-un aktiv istifadəçisi olub.
O, həmin sosial şəbəkədə daha çox "azəri canavar” adı ilə tanınıb.
Mərhumun anası Simuzər Nəsibova report-a bildirib ki, oğlunu bir gün öncə tanımadıqları şəxs evdən bayıra çağırmışdı:
"Mən həmin vaxt oğlumun arxasınca çıxdım. Həmin adam mənim oğlumun arxasınca gəldiyimi görüb çıxıb getdi. Bu gün də oğlum çörək almaq üçün marketə getmişdi, sonra eşitdim ki, oğlumu güllələyiblər” - deyə mərhumun anası bildirib.
Qeyd edək ki, Ə.Nəsibov küçədə onu öldürməyə cəhd edən şəxsdən qaçmağa çalışsa da buna nail ola bilməyib və "Makarov” tipli tapançadan alın nahiyəsinə açılan atəş nəticəsində dünyasını dəyişib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?