Gundemxeber.az » GündəmXəbər » Sabirabaddakı məktəbdə “zavuç” olmazın hoqqalardan çıxır? - İDDİA
Bu günlərdə gundemxeber.az xəbər portalının redaksiyasına Sabirabad Rayon Balakənd kənd ümumi orta məktəbin müəlliməsi Qəfərova Zibeydə Cabbar qızının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Baş Prokurorluğa, Elm və Təhsil Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, İnsan Hüquqları üzrə Müvəkkilə və digər dövlət qurumlarına yazdığı şikayət ərizəsinin surəti daxil olub. Zibeydə Qəfərova qeyd edir ki, “Mən 2020-ci ildə MİQ-in imtahanlarında iştirak etdim və Sabirabad Rayon Balakənd kənd ümumi orta məktəbinə müddətsiz müqavilə sənədi əsasında müəllimə təyin olundum. Həmin vaxtdan bu günə kimi direktor müavini Vüsalə Əlimusa qızı Umudova tərəfindən qərəzə və olmazın təzyiqlərə məruz qalmaqdayam. Düzdür, əvvəllər bu barədə məktəbin direktoru Ramin Əliyevə müraciət etmirdim. Çünki, məndə belə bir fikir formalaşmışdı ki, Vüsalə Umudovanın əməllərindən direktorun məlumatı var. Belə bir səbəbdən də, dəfələrlə öz ərizəm əsasında işdən uzaqlaşmaq qərarına gəlmişdim. Elə ki, 2022-2023- cü tədris ili başladı, o halda Vüsalə Umudovanın olmazın təhqirlərinə, hədələrinə, mənə qarşı etdiyi rəftara və s. heç cür dözə bilmədim.16-09-2019, 10:50
5-11-2020, 12:09
8-11-2018, 13:27
1-02-2019, 12:18
24-09-2019, 15:45
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?