Gundemxeber.az » GündəmXəbər » BU NƏ SƏADƏT... BU NƏ İMKAN? -İLGİNC İDDİALAR...
Mətbuatda 48 saylı notariat ofisinin xüsusi notariusu Səadət Hüseynovun Bakı şəhərində fərqli üç ünvanda, o cümlədən Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin həyətində, bundan başqa “Meyvəli” deyilən yerdə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Qeydiyyat İmtahan İdarəsinin həyətində və eləcə də Binəqədi şossesində də fəaliyyət göstərməsi barədə təəccüb doğuran informasiyalar dolaşır. Məsələ burasıdır ki, Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əsasən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Sual olunur: Əgər Səadət Hüseynov bir ofisdə əyləşirsə, digər ofislərdə sadalanan qaydalara necə əməl olunur?”
Təbiidir ki, 48 saylı notariat ofisinin rəhbərinin bunca geniş səlahiyyəti Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi, bu idarənin notariat sahəsinə nəzarət edən rəis müavini Mehman Soltanov verib. Diqqətəlayiq haldır ki, Səadət Hüseynovun ofisinin məhz BDYPİ-nin strukturlarının həndəvərində fəaliyyət göstərməsi əsasən avtomobillə, sahiblik, etibarnamə və s. ilə bağlı əməliyyatların təsdiqi məsələlərinin cazibədar olması ilə əlaqədardır.
KİV həmçinin yazır ki, Səadət Hüseynov BDYPİ-nin siqnal idarəsinin rəisi Müşfiq Rəhimovun yeznəsidir. Müşfiq Rəhimov isə uzun illər BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini işləyib. Belə çıxır ki, eyni müştərilər yeznə və qayının xidmətindən istifadə ediblər.
Bu və digər məsələlərlə bağlı suallarımızı cavablandırması üçün Səadət Hüseynova zəng vursaq da, telefonun dəstəyini qaldırmadı. Salamlaşma və ilk suallarımızı mesaj formasında göndərəndən sonra cavab əvəzinə ondan hədələyici mesaj aldıq: “Xahiş edirəm artıq dərəcədə narahat eləməyin. Mən sizi tanımıram, qoy bizdə sizə nəzarət edən ağsaqqaları narahat etməyək»
Qərara gəldik ki, Səadət Hüseynovla söhbətimizin davamını örtülü mesaj statusundan ictimai müstəviyə keçirək. Əlbəttə, S.Hüseynov jurnalistlərlə söhbət etməyi nəinki özünə, heç 50 min manat qiyməti olan telefon nömrəsinə sığışdırmır. Malik olduğu başqa daşınar və daşınmaz əmlakları, nəhayətsiz kapitalı demirik, təkcə o telefon nömrəsini quru maaşla alması üçün orta statistik məmur yarım ömür xərcləməlidir.
Mövzuya qayıdacağıq./dəryaz.az/
18-02-2021, 17:47
10-08-2018, 22:53
6-09-2018, 16:11
29-09-2016, 23:40
16-12-2015, 00:54
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?