GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “SİZİNLƏ SÖHBƏTDƏN SONRA MÖVQEYİ DƏYİŞDİ” - Prokuror oliqarx oğlunun müdafiəsində niyə bu qədər maraqlıdır?

“SİZİNLƏ SÖHBƏTDƏN SONRA MÖVQEYİ DƏYİŞDİ” - Prokuror oliqarx oğlunun müdafiəsində niyə bu qədər maraqlıdır?

Tarix: 20-12-2023, 12:02 Bölmə :GündəmXəbər / Manşet Baxış: 766

“Sea Breeze”dəki kütləvi dava ilə bağlı Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə növbəti məhkəmə prosesi keçirilib.

GundemXeber.Az azpolitika.info-ya istinadən xəbər verir ki, bu ilin iyununda "Sea Breeze"də baş verən kütləvi dava ilə bağlı 3 cinayət işi başlanıb və sözügedən hadisənin iştirakçıları bir cinayət işi üzrə zərərçəkən, digər cinayət işi üzrə isə təqsirləndirilən şəxs qismində çıxış edirlər.

"Sea Breeze" işi üzrə dekabrın 19-da baş tutan məhkəmə prosesinin cinayət materiallarına görə, Elnur Məmmədov tərəfindən təhqir edilən, avtomobili əzilən Elmir Üzeyir oğlu İsmayılov, Peyman Rəhman oğlu Vəlizadə, Məhəmməd Natiq oğlu Həsənzadə və Sumqayıt məktəblərindən birinin 10-cu sinif şagirdi M.Ə təqsirləndirilən şəxs, Elnur Leysan oğlu Məmmədov və dostu Cavad Vahid oğlu Muradov isə zərərçəkən kimi tanınıblar.

Qeyd edək ki, "Sea Breeze"dəki kütləvi davanın iştirakçlarından olan, sözügedən cinayət işində zərərçəkən şəxs kimi tanınan Elnur Məmmədov bu dəfə də məhkəmə prosesində iştirak etməyib.

Hakim əvvəlki iclasda dövlət ittihamçısı Amil Şəkərəliyevin müstəntiqin dindirilməsi ilə bağlı qaldırdığı vəsatəti təmin etməyin mümkün olmadığını deyib. O, Bakı Şəhər Baş Polis İdarəsinə Əlibala Hacıyevin məhkəməyə dəvət olunmasıyla bağlı məktub göndərildiyini, lakin müstəntiqin prosesdə iştirak etmədiyini bildirib.

Prosesin davamında hakim "Sea Breeze"dəki kütləvi dava ilə bağlı videogörüntülərin tədqiq edilməsini istəyib. Məhkəmə zalında quraşdırılan ekranda "Sea Breeze"dəki kütləvi davanın baş verdiyi ərəfələrə dair bir neçə video göstərilib.

Bu zaman təqsirləndirilən Məhəmməd Həsənzadənin vəkili Vüsal Orucov etiraz edib. O, bu görüntülərdə təqsirləndirilən və zərərçəkən şəxslərin olmadığını bildirib.

"Bu video da nə var axı? Təqsirləndirilən və zərəçəkənlər görünmür bu videoda. 40 dəqiqəlik videonu niyə izlətdirirsiniz bizə?",- deyə vəkil etiraz edib.

Hakim vəkildən səbrli olmasını, prosesi pozmamasını tələb edib və növbəti videonun göstərilməsini istəyib. Hakimin bu tələbindən sonra "Vhite villa"da lentə alınan kadrlar ekrana gətirilib.

Bu zaman isə Elmir İsmayılovun vəkili Abbas Kərimbəyli etiraz edib. O da digər həmkarının fikirləri ilə razı olduğunu, bu görüntülər əsasında tərəfləri ittiham etməyin doğru olmadığını deyərək, öz etirazını bildirib.

Dövlət ittihamçısı A.Şəkərəliyev vəkillərin bu etirazından sonra tələb edib ki, görüntülər izlənilsin və daha sonra təqsirləndirilən və zərərçəkən şəxslərin hadisə ilə bağlı fikirləri öyrənilsin.

Hakim tərəflərin diqqətinə çatdırıb ki, məhkəmə ilə bağlı təqdim olunan sənədlər tədqiq olunmalıdır. O, bu səbəbdən növbəti dəfə tərəflərin görüntüləri izləmələrini istəyib.

Məhkəmədə göstərilən növbəti video isə ümumiyyətlə "See Breeze" işinə aid olmayıb. Həmin videoda bu iş üzrə zərərçəkən statusunda olan Cavad Muradovun hadisə günü "See Breeze"də naməlum bir maşından düşən şəxslərlə dalaşdığı, onları döydüyü görünüb.

Ardınca C. Muradovdan görüntülərlə bağlı izahat tələb olunub. O, əvvəl göstərilən mübahisə və dava görüntülərində tərəflərdən heç birinin iştirak etmədiyini, sonuncu videonun isə bu cinayət işi ilə bağlığının olmadığını deyib.

"Burada nə Elmirgil var, nə də başqaları. Bu videoları niyə göstərirsiniz? Orada heç kim yoxdur axı. Əgər istəyirsinizsə, mənim rinqdə vuruşduğum videoları da qoyun baxaq… Sonuncu video isə ümumiyyətlə bu cinayət işinə aid deyil və məlum davadan sonra baş verib. Həmin vaxt avtomobildə əyləşən şəxslər söyüş söydükləri üçün onlarla dalaşmışam. Bunun bura nə aidiyyatı var? Heç onları tanımıram da",- deyə Muradov bildirib.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri növbəti dəfə etiraz edərək, bir daha görüntülərin əhəmiyyətsiz olduğunu bildiriblər.

Prokuror A.Şəkərəliyev vəkillərin əksinə israrla vurğulayıb ki, görüntülərdə hər şey açıq-aydın görünür və tərəflər faktiki olaraq orada olublar. Bu zaman təqsirləndirilən şəxslərin vəkilləri ilə prokuror arasında mübahisə baş verib. Hakim onları sakitləşdirib.

Prosesin davamında vəkil Abbas Kərimbəyli göstərilən videoların heç birində Elmir İsmayılovun olmadığını və prokurordan bu məsələdə qərəzsiz davranmamasını xahiş edib: "Baxın, bu videoların heç birində Elmir yoxdur. İndi belə çıxır ki, Elmir ümumiyyətlə orada olmayıb da? Zərərçəkən deyir ki, videoda avtomobillə keçən şəxslər söyüş söyüblər və dava baş verib. Həmin davanın da saatını müəyyən edib əlavə edək istintaqa. Düşünürəm ki, prokuror burada qərəzli olmamalıdır. Bu, hamımızın başına gələ bilər. Xahiş edirəm ki, məsələyə düzgün yanaşaq",-deyə vəkil fikirlərini yekunlaşdırıb.

Vəkil Vüsal Orucov isə bildirib ki, göstərilən videolar ittihamın sübutunda istifadə oluna bilməz.

Sonra prokuror vəsatətlə çıxış edib. O, sözügedən görüntülərin Elnur Məmmədovun qohumu Vüqar Tağıyev tərəfindən təqdim edildiyini və videoda baş verənləri izah etdiyini bildirib. A.Şəkərəliyev tələb edib ki, Vüqar şahid qismində məhkəməyə dəvət olunsun və videoda baş verənləri hər kəsə özü izah etsin.

Daha sonra hakim təqsirləndirilən şəxslərin görüntülərlə bağlı fikirlərini soruşub. Əvvəlcə Peyman Vəlizadə çıxış edib və deyib ki, o, hadisə yerinə sonradan, Elmiri xəstəxanaya aparamq üçün gəlib. Peyman ilk davada iştirak etmədiyini deyib.

Bu zaman dövlət ittihamçısı müdaxilə edərək, onun əvvəlki məhkəmə iclasında ümumiyyətlə orada olmadığını dediyini xatırladıb. Peyman bunu inkar edərək, bir daha belə bir şey demədiyini bildirib. Prokurorun növbəti dəfə eyni şeyi israrla vurğulamasından sonra vəkillər müdaxilə edib və Məhəmmədlə Peymanın o görüntülərdə olmadığını bildirərək, Şəkərəliyevə etiraz ediblər. Hakim tərəfləri sakit olmağa çağırıb.

Digər vəkillərdə dövlət ittihamçısına etiraz edib, onun yanaşmasını "səhv" adlandırıblar.

"Burada yanaşma səhvdir. Həmin kadrlarda 30 nəfərdən artıq şəxs var. Prokurorun sözündən belə çıxır ki, onların hamısını istintaqa cəlb etməliyik. Əgər elədirsə, niyə cəlb olunmayıblar onlar? Niyə bu cinayət işi üzrə cəmi 2 zərərçəkən, 4 təqsirləndirilən şəxs var?", - deyə digər vəkil bildirib.

Prosesin davamında Məhəmməd və Elmir də videogörüntülər də olmadıqlarını bildiriblər.

Daha sonra məktəbli M.Ə-nin (azyaşlı olduğundan adını açıqlamırıq-red.) vəkili hakimin diqqətinə çatdırıb ki, M.Ə hadisədə iştirak etmədiyi, məhkəmə proseslərində belə təqsirləndirilənlərlə adınının eyni anda çəkilmədiyi, heç bir videoada olmadığı halda artıq 10-a yaxın iclasdır ki, məhkəməyə dəvət olunur və proseslərdə iştirak edir. Vəkil həmçinin M.Ə-nin hadisə zamanı harada olmasını müəyyən etmək üçün telefon-anten məlumatlarıyla bağlı "Azercell"-ə sorğu göndərilməsi ilə bağlı vəsatət qaldırıb.

Hakim daha sonra M.Ə-yə söz verib və məktəbli vəkilinin fikirlərini təsdiqləyib. O, univseristetə hazırlaşdığını, hər dəfə məhkəməyə gəlib-getməyin dərslərində problem yaratdığını deyib.

Ardınca Peyman Vəlizadənin vəkili də müdafiə etdiyi şəxsin dava anında harada olmasını müəyyən etmək üçün "Azərcell"ə sorğu gödərilməsi ilə bağlı vəsatət qaldırıb.

Prokuror çıxış edərək, bu vəsatətin təmin olunmasının zəruri olmadığını bildirib. Bundan sonra Elmir İsmayılovun vəkili Abbas Kərimbəyli məhkəmə zamanı maraqlı bir iddia səsləndirib.


Kərimbəyli üzünü dövlət ittihamçısı Amil Şəkərəliyevə tutaraq deyib ki, Elnur Məmmədovun mövqeyində onların aralarında olan söhbətdən sonra dəyişiklik baş verib: "Elnur ilk məhkəmədə çox ürəkli idi. Dava anıyla bağlı hər şeyi etiraf edir, danışırdı. Lakin qatıldığı ikinci məhkəmədən öncə məhkəmə koridorunda sizinlə söhbət etdikdən sonra nədənsə bu mövqeyini dəyişdi…".

Vəkilin bu sözlərindən sonra Şəkərəliyevin bərk həyəcan keçirdiyi zalda əyləşənlərin belə diqqətindən yayınmayıb. Prokuror dərhal cavabında bildirb ki, o, Elnurla məhkəmədən əvvəl yox, sonra söhbət edib.

Vəkil söhbət anının hansı saatda baş tutduğuyla bağlı videogörüntülərin təqdim edilməsini istəyib. Vəkilin tələbindən sonra mübahisə qızışıb və hakim növbəti dəfə onları sakitləşdirmək məcburiyyətində qalıb. Hakim daha sonra bildirib ki, məhkəmə müdafiəçilərin telefon-anten məlumatlarıyla bağlı vəsatətini qəbul edir və sorğunun nəticəsi növbəti məhkəmədə elan olunacaq. Prokurorun Vüqar Tağızadənin məhkəməyə dəvət olunmasıyla bağlı vəsatəti isə təmin olunmayıb. Hakim V.Tağıyevin əvvəl bir dəfə şahid qismində ifadə verdiyini, onun yenidən məhkəməyə dəvət olunmasında lüzum görülmədiyini bildirib.

Növbəti məhkəmə prosesi 26 dekabr tarixinə təyin olunub.


GundemXeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Oliqarx övladlarının “Sea Breeze”dəki kütləvi davasında kimlər iştirak edib – CİNAYƏT DOSYESİ, ADLAR

    Oliqarx övladlarının “Sea Breeze”dəki kütləvi ...

    21-11-2023, 21:00

  • 
  • “Sea Breeze”dəki kütləvi davasında kimlər iştirak edib - BU NƏDİ BELƏ?!

    “Sea Breeze”dəki kütləvi davasında kimlər iştirak ...

    23-11-2023, 23:35

  • 
  • Britaniya Muzeyi Roma imperatoru Helioqabalı qadın kimi tanımaq qərarına gəlib

    Britaniya Muzeyi Roma imperatoru Helioqabalı ...

    24-11-2023, 23:18

  • 
  • “Sea Breeze”dəki davadan sonra 4 nəfər də döyülüb - Adları bilinmir

    “Sea Breeze”dəki davadan sonra 4 nəfər də döyülüb ...

    13-12-2023, 14:56

  • 
  • Araz Ağalarov Bakıda tütün fabriki açır

    Araz Ağalarov Bakıda tütün fabriki açır ...

    10-01-2014, 16:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (163)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu