GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Baba Rzayevi seçkidən sonra gözləyən KRİTİK aqibət -milyonluq tenderlər, tayfa biznesi və...

Baba Rzayevi seçkidən sonra gözləyən KRİTİK aqibət -milyonluq tenderlər, tayfa biznesi və...

Tarix: 9-01-2024, 16:48 Bölmə :GündəmXəbər / Manşet Baxış: 257
Baba Rzayevi seçkidən sonra gözləyən KRİTİK aqibət - milyonluq tenderlər, tayfa biznesi və...


Baba Rzayev Azərbaycanda keçmiş AZAL şefi Cahangir Əsgərov qədər varlı, dövlətin pulları heaabına milyardlara sahiblənmiş, əslində prokurorluq tərəfindən yoxlamalar aparılarsa, korrupsiya, mənimsəmə, tender maxinasiyaları faktı ilə məsuliyyətə cəlb edilə biləcək potensial korrupsioner məmurlardan biridir. Anaxeber.info yazır ki, mediada illərlə onun biznes kəhkəşanı, milyonluq obyektləri, qohum-əqrəbası, kürəkəni, övladlarının şirkətlərinin necə qurulması, milyonlar qazanması haqda faktlar tirajlanıb. Amma Baba Rzayev Cahangir Əsgərov kimi müdafiə olunub. Bunun səbəbi məlum olmasa da, əslində, 7 fevral seçkisindən sonra ciddi kadr dəyişiklikləri olacaqsa, biri elə Baba Rzayevin vəzifədən kənarlaşdırılması ola bilər. Çünki o da köhnə qvardiyaya aiddir, uzun illər Azərişıq ASC sədri kimi büdcəni talan edib, indi Azərenerji ASC sədri olaraq milyonlar silir. Ümumiyyətlə, Rzayev odioz fiqur olaraq görünməkdədir. Bu sektorda Etibar Pirverdiyev hansı yeyintilərə yol vermişdisə, Baba Rzayev ondan betər əməllərin sahibi oldu. Ona görə 7 fevraldan sonra növbəsini gözləyən məmurlardan biri də Rzayevdir. O da Cahangir Əsgərovun aqibətini yaşaya bilər. Çünki Azərenerji ASC sədri vəzifəsinə yeni, gənc, qismən şəffaflıq gətirəcək bir şəxs təyin olunmalıdır. Misal üçün enerji sektoruna da iqtisadiyyat naziri Mikayıl Cabbarova yaxın bir kadr təyin edilə bilər.
İslahatçı komanda Azərişıq və Azərenerji sahələrinə öz adamlarını yerləşdirməyə hazırlaşır. Bu səbəbdən Baba Rzayev barəsində ortaya çıxan yeni sübutlar da dosye kimi toplanaraq siyasi rəhbərliyə təqdim ediləcəyi iddia olunur.
Belə ki, ötən ilin son günlərində Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin elan etdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi məlum oldu. “Azərenerji” ASC tərəfindən müxtəlif növ elektrik mallarının satın alınması məqəsədilə keçirilən tender müsabiqəsinin qalibi “Electro Service” QSC (VÖEN – 1504224741) imiş.
“Azərenerji” müxtəlif növ elektrik mallarının satın alınması üçün “Electro Service” QSC-yə 897 min 476 manat 47 qəpik ödəyəcək. Məlumat üçün bildirək ki, “Electro Service” QSC 8 oktyabr 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 min manat olan QSC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev prospekti, ev 187B-də yerləşir. “Electro Service” QSC-nin qanuni təmsilçisi Babayev Tural Əli oğludur.
Maraqlı məqamlardan biri odur ki, dövlət qurumlarının keçirdiyi milyonluq tenderlərin qalibi olan “Electro Service” QSC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. Şirkətin nə rəsmi saytı, nə də sosial şəbəkə hesabları var. 2018-ci ilin oktyabr ayında dövlət qeydiyyatına alınan şirkət cəmi 8-9 ay sonra “Azərişıq” ASC-nin keçirdiyi 787 min manatlıq tenderi udub. “Electro Service” QSC təkcə 2022-ci ildə 8, 2023-cü ildə isə 9 tender müsabiqəsində qalib olub.
Bu il şirkətin qalib olduğu 9 tender müsabiqəsindən 6-sı “Azərenerji” ASC və “Azərişıq” ASC tərəfindən keçirilib. Diqqət çəkən digər bir maraqlı məqam isə odur ki, “Electro Service” QSC dövlət qeydiyyatına alınan zaman şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhəllədə yerləşib. Şirkətin qanuni təmsilçisi isə Məmmədov Fuad Alxaz oğlu olub.
Qeyd edək ki, Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhəllədə “Azərenerji” ASC-nin prezienti Balababa (Baba) Rzayevin ailə üzvlərinə məxsus şirkətlər yerləşir. Məsələn, 1 mart 2016-cı il tarixində dövlət qeydiyyatına alınan və hüquqi ünvanı Ziya Bünyadov, ev 2071-ci məhəllədə yerləşən “Zirə Aqropark” MMC-nin (VÖEN – 1503134451) qanuni təmsilçisi Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə olub.
Fərid Fərhadzadə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi olan general-mayor Rüfət Fərhadovun oğludur. Baba Rzayevin kürəkəni mətbuatda “Göknur Bakı Ltd” MMC-nin (VÖEN – 1500023181) müdiri kimi təqdim olunur. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qardaşı Rahib Rzayevdir.
Bundan başqa “Zirə Aqropark” MMC-nin qeydiyyatada olduğu hüquqi ünvanda – Ziya Bünyadov, ev 2071-ci məhəllədə “GBS” QSC adlı (VÖEN-1500855231) şirkət də yerləşir. Bu şirkətə məxsus obyektlər də Zirədəki zeytun zavodu ilə eyni ərazidədir. Həmçinin “GBS” adı ilə başlayan başqa bir şirkətə – “GBS Constrasion Electro Mechanical Systems” MMC-yə (VÖEN – 1501472741 ) Baba Rzayevin digər qardaşı Emin Rzayev rəhbərlik edir. Ölkənin aparıcı şirkətlərindən biri olan “Santral Elektrik LTD” MMC-nin (VÖEN – 1500023051) yerləşdiyi ünvan kimi də Ziya Bünyadov, ev 2071-ci məhəllə göstərilib. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qaynı Həsənov İlham Ağaməsim oğludur.
897 minlik tenderin qalibi olan “Electro Service” QSC-nin hazırki qanuni təmsilçisi Tural Babayevin kim olduğu bilinmir. Lakin açıq internet resurslarda Zirə qəsəbəsinin sakini olan Tural Babayev adlı şəxsin “Santral Elektrik LTD” MMC-də işlədiyi qeyd olunub. Bütün bu iddialara dair qarşı tərəfi dinləməyə hazırıq./anaxeber.info/
Gundemxeber.az olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.


Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zaur Hüseynova “Azərişıq” qapıları açılır: Baba Rzayev isə narazıdır – Özəl

    Zaur Hüseynova “Azərişıq” qapıları açılır: Baba ...

    5-09-2018, 15:26

  • 
  • "Azərenerji” ASC sədrinin qardaşı icra başçısı gətirilir - ŞOK İDDİA

    "Azərenerji” ASC sədrinin qardaşı icra ...

    1-07-2019, 15:15

  • 
  • BABA RZAYEVIN VƏZIFƏDƏN QOVDURDUĞU RƏIS BIR GÜN SONRA IŞƏ BƏRPA EDILDI

    BABA RZAYEVIN VƏZIFƏDƏN QOVDURDUĞU RƏIS BIR GÜN ...

    3-06-2019, 17:20

  • 
  • Baba Rzayev və Etibar Pirverdiyev işdən çıxarıldı - PREZİDENTDƏN SƏRƏNCAM

    Baba Rzayev və Etibar Pirverdiyev işdən çıxarıldı ...

    4-09-2018, 16:32

  • 
  • “Azərişıq”da milyonluq maxinasiya: Baba Rzayev daha kimləri qovub ?

    “Azərişıq”da milyonluq maxinasiya: Baba Rzayev ...

    22-05-2017, 00:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (472)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu