Deputatlardan biri açıq deyir ki, Azərbaycanda bu cür oyunlara yer verilməsi, insanların zəhmətsiz gəlir əldə etməyə alışdırılılması və milli psixologiyada dərin çatlar yaradan qumar oyunları dərhal küçələrdən yığışdırılmalıdır: “İnsanlar bu kimi oyunlar nəticəsində var-yoxdan çıxaraq evini, maşınını, həyatını qurban verir və hətta öz ailə üzvünü belə gözə almayaraq qumarda uduzurlar, faciələr baş verir”.
Diqqət yetirəndə, görürük ki, “Azerlotereya” rəsmi səhifəsində udulan böyük məbləğlər barədə məlumatlar versə də, qalib olan şəxslərin adlarını açıqlamır. Qurumun belə qaranlıqdan xəbər verən hərəkətləri isə əksər insanlarda ciddi şübhələr yaradır. Azərbaycanda kazino və qumar çoxdan qadağan olunub. Qumarın ölkədə təşkili ciddi məsuliyyət yaradır. Lakin “Azərlotereya” ASC Bakı küçələrini qumarxanaya çevirib. Şəhərdə total şəkildə “Poz qazan” qumarı gedir. Paytaxtın hansı nöqtəsinə getsən, qumarla qarşılaşırsan. Küçə ticarətinin, səyyar satışın qadağan edildiyi ölkədə “Azərlotereya” rahatlıqla qumar nöqtələrini qurub. Beləcə, “Azərlotereya” kasıb əhalini qumarla soyub talamaq və evini yıxır. Bəziləri deyilə bilər ki, “Misli” leqal lotereyadır, dövlət icazə verib, heç kəs də oynamağa məcbur edilmir. Lakin bir məsələ unudulur ki, ASC şəhərin bir çox ünvanlarında bu biznesi təşkil etməklə insanları oynamağa təşviq edir, şirnikləndirir. Halbuki küçədə meyvə-tərəvəz satmağa icazə verilmir, amma “Poz qazan” qumarı oynamaq olar?! Buna baxmayaraq, küçələrdə qumar şiddətlə gedir, əksəriyyət də bu tələyə düşür, hər gün milyonlar dövr edir və qazanan məhz “Poz qazan” təşkil edənlər olur. Ağıllı adamlar bir şey çox düşündürür, görəsən, küçələrdə kasıb təbəqəni qumara cəlb etmək kimlərə lazımdır?! Ölkədə hərə bir lotereya düzəldir, “Poz Qazan”, “Misli.az” yalandanlar deyirlər ki, adını çəkmədiyi qonşusu 20 min udub, xalasıoğlu 40 min udub və sairə.
Lotereya oyunları güclü inkişaf etmiş, əhalisi varlı və zəngin yaşayan Amerikadan tumuş Avropa ölkələrinə qədər dünyanın hər yerində oynanır. Amma əhalisinin 80 faizi kasıb həddə yaşayan Azərbaycanda qumar oyunları təşkil etmək xalqı məhv etməyə xidmət edir. Lotoreya oyunlarının prinsipinə görə, qazancın 70-80% uduşa vurulur, yığılan pulun vergisi verilir, 20 faiz qazanc qazanır. “Azərloteriya” ASC isə qazancın 10 faizini uduşa buraxırlar, qalanını isə özü mənimsəyir. “Azərlotoreya”nın “Poz Qazan” lotoreyalarında kuponların arxasında rəqəmlər var, onlar bir-birindən fəqlənir, nəticə öncədən məlumdur./lim10.az/
Sorğu
Yeni dizaynımız necədir?