Gundemxeber.az » GündəmXəbər » Naxçıvanda prava üçün "haqq hesab" ikiqat artırılıb
Naxçıvan DYPİ-də şərtlərin dəyişdirilməsi sürücülük vəsiqəsi üçün qanunsuz alınan məbləğin min manata qalxmasına səbəb olub. Bu haqda „Gündəlik Naxçıvan“a yerli sakinlər məlumat veriblər. Onlar deyirlər ki, əvvəl sürücülük məktəbində oxumaq məcburi idi və imtahanı öz biliyi ilə keçənlərdən 200-300 manat „şirinlik“ alıb, sürücülük vəsiqəsini verirdilər. İmtahanlardan keçə bilməyənlər isə, bunun iki qatını ödəyib, vəsiqələrini ala bilirdilər.
Lakin, bir neçə aydır ki sürücülük məktəbində oxumağın məcburi olması aradan qaldırılıb, bunun əvəzində isə, 300 manat rüşvət istənilir. Yəni, məktəbi oxusan da oxumasan da bu pulu ödəməlisən. Bundan əlavə, imtahandakı nəticədən asılı olmayaraq, 700 manat da imtahanpulu alınır. Beləliklə, bir sürücülük vəsiqəsi alternativsiz 1.000 manata başa gəlir. Bu qayda tətbiq olunduqdan sonra sürücülük məktəbləri əhəmiyyətini itirdiyindən, fəaliyyət göstərmirlər.
Naxçıvan şəhər sakini N. Babayev bildirir ki, son vaxtlar qayda tətbiq olunan qayda Naxçıvanda avtomobil qəzalarının sayı xeyli artıb:
„Ötən ay övladıma sürücülük vəsiqəsi almaq istəyirdim. Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbinə getdim. Dedilər ki, oxusa da, oxumsa da 300 manat verməlisiniz, dərsə gəlməyə ehtiyac yoxdur. Məcbur qalıb, 300 manatı verdim, uşağı özüm evdə hazırladım. İmtahan verməyə gedəndə, 700 manat rüşvət istədilər. Dedilər ki, bizə dəxli yoxdur, imtahandan keçsə də, keçməsə də o pulu alacağıq, yoxsa, vəsiqə verilməyəcək. Təsəvvür edin ki, heç bir yol hərəkəti qaydasından xəbəri olmayanlar vəsiqə alıb, yollarda maşın sürürlər. Elə, bu səbəbdən də son vaxtlar Naxçıvanda qəzaların sayı artıb”.
Naxçıvandakı siyasi dəyişikliklərdən sonra sürücülük vəsiqəsinin qiyməti 1.200 manata qaldılımşıdı. Bu məsələ ictimailəşdikdən sonra isə, Vasif Talıbovun zamanından qalma, yuxarıda qeyd etdiyimiz daha yumşaq qayda tətbiq olunmağa başlamışdı./teref.az/
14-11-2016, 17:33
18-02-2020, 14:24
22-07-2013, 11:42
10-02-2016, 14:26
8-11-2013, 13:01
Sorğu
Yeni dizaynımız necədir?