Antalyada bir neçə il öncə kriminal avtoritet “Lotu Quli”nin (Nadir Səlifov) öldürüldüyü “Alva Donna Exclusive Hotel Spa” beşulduzlu otelin satışa çıxarıldığı bildirilir.
Gundemxeber.az arqument.az-a istinadla bildirir ki, otelin satışa çıxarılmasının səbəbi bilinmir.
Antalyada yerləşən “Alva Donna Exclusive Hotel Spa” oteli azərbaycanlı iş adamı Sərxan Babayevə məxsusdur. Dövlət müəsissəsi olan "DetAl Holdinq"in baş direktoru vəzifəsində çalışmış Sərxan Babyev isə Kərəm Həsənovun yaxın adamı kimi tanınır.
İndiyə qədər isə həmin məlumatlar təkzib olunmayıb.
Xatırladaq ki, “Lotu Quli”kimi tanınan Nadir Səlifov 2020-ci ildə Antalyada qərargah kimi istifadə etdiyi və dincəldiyi “Alva Donna Exclusive Hotel Spa” beşulduzlu otelinin restoranında kart oynayarkən yaxın ətrafına daxil olan “Xan Bakinski” ləqəbli Xaqan Zeynalov tərəfindən güllələnib.
Kərəm Həsənova gəlincə, ölkənin uğursuz məmurlarından biri kimi xarakterizə edilən bu şəxs tez-tez qalmaqallarla gündəmə gəlir.
Bildirilir ki, bundan əvvəl adı falçıya 1 milyon manat verilməsi ilə gündəmə gələn Həsənovla bağlı birmənalı fikir yoxdur. Belə ki, Kərəm Həsənovun bacısı 1 milyon manata yaxın dələduzluğun qurbanı olub. O, falçıya 1 milyon manat pul verib və aldadıldığını bilib. Bu iş isə məhkəməyə qədər uzanıb.
Ona görə də 7 fevral prezident seçkilərindən sonra Kərəm Həsənovun hakimiyyətdə yeni komandada təmsil olunmayacağı barədə də məlumatlar yayılır. Görünür, Həsənov bütün bunları nəzərə alıb özünü "təmizləmək" prosesinə start verib.
Sorğu
Yeni dizaynımız necədir?