GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Balakəndə DYP-nin əməkdaşı İsmayıl Mehdiyev sürücünü 500 manata görə “çəkçevir”ə salıb- VİDEO/FAKT -FOTOLAR

Balakəndə DYP-nin əməkdaşı İsmayıl Mehdiyev sürücünü 500 manata görə “çəkçevir”ə salıb- VİDEO/FAKT -FOTOLAR

Tarix: 19-02-2024, 15:06 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 290

Məlumdur ki, son illər Daxili İşlər Nazirliyinin tabeli dövlət qurumlarında həyata keçirilən islahatlar geniş ictimaiyyətin diqqətini olduqca cəlb etməkdədir. Çünki, bu qurum müstəqil Azərbaycan Respublikasının əsas dövlət sütunlarından biri hesab olunur və belə bir səbəbdən də, hər kəs daxili işlər orqanı əməkdaşlarının atdıqları addımlara, ortaya qoyduqları yanaşmalara və s. lazımınca diqqət yetirir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 20 iyun 2019-cu il tarixdə imzaladığı Sərəncam əsasında, cənab Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olundu. Belə bir təyinatdan sonra Nazirliyin bütün tabeli qurumlarında fərqli ab-hava formalaşmağa başladı. Faktdır ki,  ötən 4 il 8 ay ərzində  bu yöndə lazımi addımlar atıldı və hal-hazırda da atılmaqda davam edir. 

Çox təəssüf hissi ilə qeyd edək ki, bu günə kimi cənab Nazirin rəhbərliyi altında lazımi addımların atılmasına baxmayaraq, hələ də yol polisi əməkdaşlarından bəziləri rəhbərlikdən verilən tapşırıqlara məhəl qoymurlar, necə deyərlər çoxsaylı qanunsuzluqlara imza atmaqda davam edirlər. Bu kimi səbəblər üzündəndir ki, ayrı-ayrı sürücülər bəzi yol polisi əməkdaşlarının müəyyən hoqqaları ilə üz-üzə qalırlar, bəzən də əsassız şəkildə getgələ salınırlar. Belə şəxslərdən biri də Balakən rayonu, Talalar kənd sakini Süleymanov Cavid Şəhmir oğludur.

 Adı çəkilən bu şəxs  gundemxeber.az xəbər portalının redaksiyasına ünvanladığı video- müraciətində bildirir ki, “Mən 27 yanvar 2024-cü il tarixdə şəxsi avtomobilim ilə Balakən rayonuna getməli oldum. 29 yanvarda, saat təqribən 11:45 radələrində Balakən rayonunun Tülü kəndində və hər kəsin “Tülü kruqu” adı ilə tanıdığı ərazidə 99-YP-593 dövlət nömrə nişanlı avtomobili idarə edən Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşı Mehdiyev İsmayıl Nadir oğlu arxamca gəldi və o, mənə “saxla” əmri verdi. Qeyd edim ki, həmin vaxt İsmayıl Mehdiyev idarə etdiyi avtomobildən yerə düşmədi, özünü mənə təqdim etmədi və o, əl işarəsi edərək məni idarə etdiyi avtomobilə əyləşməyə vadar etdi. Az sonra o, mənə “Sən avtomobili sərxoş vəziyyətdə idarə edirsən” dedi. 

YPX əməkdaşının bu cür yanaşması əsasında ona bildirdim ki, mən içkili deyiləm. Həmin vaxt İsmayıl Mehdiyev mənə “Sən içkili olmadığını sübut edə bilərsənmi?” deyə sual verdi. Cavabımda, bəli mən içkili olmadığımı sübut edə bilərəm dedim. O halda o, avtomobildə olan alkatestr aparatını çıxartdı və mənim içkili olub-olmadığımı yoxlamağa başladı. Yoxlama zamanı o, mənə “sən içkilisən” dedi. Belə olan halda onunla razılaşmadım və mənim içkili olub-olmadığımı dəqiqləşdirmək məqsədilə biz Balakən MRX-na getməli olduq. MRX-da olarkən Əsgər həkim məni özünün istifadə etdiyi alkatestr aparatı ilə deyil, məhz yol polisi əməkdaşı İsmayıl Mehdiyevin istifadə etdiyi alkatestr aparatı ilə yoxlamağa başladı. 

Belə olan halda Əsgər həkimə etirazımı bildirdim və ondan xahiş etdim ki, özünün istifadə etdiyin alkatestr aparatı ilə yoxla, daha sonra mənim içkili olub-olmamağımla bağlı analiz nümunələri də götürün dedim. Həkimdən bu yöndə xahiş etsəm də,  o, məni YPX-nə məxsus alkatestr aparatı ilə yoxladı və mənə içkili olduğumu da bildirdi. Belə olan halda Əsgər həkimin yazdığı protokola etirazımı bildirdim və ləngimədən Şəki MRX-na gedib içkili olub-olmadığımı aşkara çıxarmaq üçün analiz verdim. Bəli, bu səhiyyə müəssisəsində verdiyim analiz əsasında müəyyən olundu ki, həmin gün içkili olmamışam və mənə bu MRX-dan ayıq olmağımla bağlı təsdiq olunmuş sənəd də verdilər. 

Qeyd edim ki, Şəki MRX-dan aldığım həmin sənədi Balakən DYP bölməsinin əməkdaşı Elçin Yolçuyevə təqdim etdim və o, həmin sənəd əsasında duracaqdakı avtomobilimi özümə verdi. Belə bir haqsız olayla üz-üzə qaldığımdan, baş verənlərlə bağlı Baş Prokurorluğa, DİN-nin 102 xidmətinə və bir çox dövlət qurumlarına məlumat da vermişəm.

Onu da bildirim ki, 29 yanvar 2024-cü il tarixdə yol polisi əməkdaşı İsmayıl Mehdiyev məni “Tülü kruqu” adı ilə tanınan ərazidə saxladıqdan sonra, guya ki, həmin vaxtlarda içkili olmuşam və o, bununla bağlı barəmdə əsasız protokol da yazır. Eyni zamanda tərtib olunan protokol və müəyyən sənədlər Balakən DYP bölməsindən Balakən Rayon Məhkəməsinə göndərilir. Qeyd edim ki, Şəki MRX-na getmək istədiyim vaxt İsmayıl Mehdiyev qaynım Vüsal Şendiyevə “Siz hara getsəniz yenə də mənim qapımı döyəcəksiniz, yaxşı olar ki, 500 manat pul verin, mən bu söhbəti birdəfəlik bağlayım” deyir. 13 fevral 2024-cü il tarixdə Balakən Rayon Məhkəməsində keçirilən məhkəmə prosesi zamanı, hakim İXM-nin müvafiq maddəsi ilə, guya ki, təkrar sərxoşluğa yolverdiyimə görə sürücülük vəsiqəmin məhdudlaşdırılması haqda qərar çıxarmaq istədikdə, hakimin çıxaracağı qərara etiraz etdim. Yəni, hakimə bildirdim ki, mən 29 fevralda içkili olmamağımla bağlı Şəki MRX-dan rəsmi sənəd almışam. Belə bir səbəbdən də, hakim həmin gün qərar çıxarmadı və lazımi araşdırmaların aparılması üçün, növbəti məhkəmə prosesinin 21 fevral 2024-cü il tarixdə, saat 15:35-də keçiriləcəyini elan etdi. Mən Balakən DYP bölməsinin əməkdaşı İsmayıl Mehdiyevin bu cür əməllərindən heç cür baş aça bilmirəm. Ümid edirəm ki, heç bir əsas olmadan bu şəxsin bizdən 500 manat pul tələb etməsi gectez bir çox rəhbər şəxslərin, ələlxüsus DİN-i cənab Vilayət Eyvazovun diqqətini cəlb edəcək. Yəqin ki, o halda İsmayıl Mehdiyevin atdığı addımlara lazımi qiyməti vermək mümkün olacaq”.

   Qeyd edək ki, möhtərəm Prezident İlham Əliyev cənabları neçə illərdir ki, cəmiyyətimizi eybəcərləşdirən hər cür amillərə, əyintilərə, rüşvətxorluğa və s. qarşı ardıcıl mübarizə tədbirlərini gücləndirir. Buna baxmayaraq, Balakən DYP bölməsinin əməkdaşı İsmayıl Mehdiyev isə, bu yöndə verilmiş tapşırıqları saya salmır. Unutmaq olmaz ki, bir tərəfdən ölkə rəhbəri İlham Əliyev cənabları, digər tərəfdən cənab Vilayət Eyvazov lazımi  addımlarını atırlar ki, yol polisi sahəsində lazımi dönüş əldə etmək mümkün olsun. O halda ortaya belə bir sual çıxır ki, bu cür əməl və amal sahibi olan İsmayıl Mehdiyev, görəsən belə bir əməlləri ilə hara gedir, yaxud da hara qədər gedə biləcək?.Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.

Mövzuya qayıdacağıq.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şirvan ŞPŞ-də 16 min manatlıq oğurluq faktı niyə araşdırılmır?- SƏBƏB

    Şirvan ŞPŞ-də 16 min manatlıq oğurluq faktı niyə ...

    8-04-2022, 16:57

  • 
  • Ramil Usubov kollektivlə sağollaşıb, Vilayət Eyvazov nazir qismində təqdim edilir

    Ramil Usubov kollektivlə sağollaşıb, Vilayət ...

    21-06-2019, 12:13

  • 
  • Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə təyin edilib - TƏRCÜMEYİ-HAL

    Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə ...

    21-06-2019, 03:06

  • 
  • Vilayət Eyvazov DYP-yə yeni rəis təyin etdi - ƏMR

    Vilayət Eyvazov DYP-yə yeni rəis təyin etdi - ƏMR ...

    4-09-2020, 13:33

  • 
  • Vilayət Eyvazovun yerinə kim təyin olunacaq? — Namizədlər

    Vilayət Eyvazovun yerinə kim təyin olunacaq? — ...

    21-06-2019, 14:35


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu