Dünən Nəsimi rayonunun “Əcəmi parkı” ərazisində, hansı ki, “Shaurma 1”-in qarşısında fəaliyyət göstərən, həmçinin kişilərin və qadınların istifadə etdikləri hər iki ayaqyolu üzərinə yazılmış “KİŞİ-30 qəpik”, “QADIN-30 qəpik” elan xarakterli yazıları oxuduqca çox götürqoy etməli olduq. Çünki, belə bir qaydada yazılmış elanlar oxunduqca, sanki düşüncələrdə müxtəlif fikirlər də formalaşır.
Bir sözlə, həm kişilərin, həm də qadınların istifadə etdikləri hər iki ayaqyolu üzərinə bu qaydada elan xarakterli yazıların yazılması, yəqin ki, ilk öncə hər kəsin düşüncəsində Azərbaycan kişisinə, yaxud da qadınına verilən dəyərin 30 qəpik olması anlamını formalaşdırır. O halda sual oluna bilər ki, görəsən çoxsaylı insanların ötüb-keçdikləri parkın ərazisində, yaxud da kişi və qadınların istifadə etdikləri hər iki ayaqyolu üzərinə belə bir məzmunda elan xarakterli yazıları yazıb asanlar, nədən düşüncələrdə hansı fikirlərin formalaşa biləcəyini götürqoy etməyiblər? Tutaq ki, ayaqyolu işlədənlər savadsız şəxsdirlər, yaxud da onlar bu haqda düşünməyiblər.
Bəs, “Əcəmi parkı”na rəhbərlik edən, yaxudda atılan hər addıma cavabdehlik daşıyanların yanaşmalarına nə ad vermək olar? Məgər, hər iki ayaqyolu üzərinə belə bir məzmunda elan xarakterli yazı yazıb asmaq düzgündürmü? Əlbəttə ki, yox! Bəli, ilk baxışda bu elan xarakterli yazılar kimlər üçün əhəmiyyətsiz hesab oluna bilər. Amma, o halın varlığına diqqət yetirmək lazımdır ki, bu cür məzmunda elan xarakterli yazıları yazıb asmaq, Azərbaycan kişisinə və qadınına qarşı təhqir də hesab oluna bilər. Yaxşı olmazmı ki, hər iki ayaqyolu üzərinə “GİRİŞ-30 qəpikdir” sözləri yazılsın və bu qayda da, məhz düşüncələrdə hansı fikirlərin formalaşmasına imkan verməsin.
Bundan əlavə, həmin parkın ərazisindən ötüb-keçən, yaxud da hər iki ayaqyolundan istifadə edən hansısa əcnəbi vətəndaş da, hər iki ayaqyolu üzərinə yazılmış “KİŞİ-30 qəpik”, “QADIN-30 qəpik” elan xarakterli yazıları oxuduqdan sonra, ola bilər ki, onların da düşüncələrində özümüzün özümüzə verdiyimiz dəyər haqda hansısa fikir formalaşsın. Deməli, “Əcəmi parkı”na rəhbərlik edən və atılan hər bir addıma cavabdehlik daşıyan vəzifə sahibləri, bu problemin incəliyini götürqoy edə bilmədiklərindən, yaxud da götürqoy etmək istəmədiklərindən, hər iki ayaqyolu üzərinə bu cür elan xarakterli yazılar yazılır və düşüncələrdə xoşagəlməyən fikirlərin də formalaşmasına da səbəb olurlar. Qarşı tərəfində mövqeyini dinləyə bilərik.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?