Onun sayəsində baş verənləri mütəmadi olaraq izləyirdik, lazımi məlumatları əldə edirdik. Bir sözlə, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində bombardman olunan şəhər və qəsəbələrdə yaşananların canlı şahidi olurduq. Bundan əlavə, İdrak Camalbəyli Azərbaycan xalqının mərdliyini ukraynalıların yaddaşına həkk etdirmək üçün əlindən gələni də edirdi.
Birmənalı olaraq o, "Ukrayna, Azərbaycan sənin yanındadır!" şüarını dost ukraynalılara çatdırmağı bacardı. İdrak sakit dayanmırdı və o, Rusiya raketləri ilə dağıdılan Ukrayna ərazilərində baş verən vəhşilikləri, amansız hücumları və s. bütün dünyaya nümayiş etdirirdi. Nəhayət, onun ürəyi belə bir iztirablara, baş verən haqsızlıqlara tab gətirmədi və sonda dayandı. Dünən İdrak Camalbəyli doğma vətəninə gətirildi və o, bu gün Abşeron rayonunun Masazır qəsəbə qəbristanlığında dəfn olundu.
Allah rəhmət eləsin!
Bu yerdə Taras Şevçenkonun müəllifi olduğu və uşaqlıq illərində əzbərlədiyimiz şerini İdrakın ruhuna ithaf edirəm:
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?