GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

Tarix: 23-04-2024, 11:08 Bölmə :GündəmXəbər / Manşet Baxış: 416

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 21 may 2020-ci il tarixdə imzaladığı Sərəncam əsasında, 1967-ci il təvəllüdlü Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunur. Qeyd edək ki, Elçin Rzayev bu təyinata qədər Əmlak Məsələləri Dövlət Komitəsində çalışıb, Yasamal RİH-nin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və s. kimi vəzifələri də daşımışdır. Belə bir səbəbdən də, Elçin Rzayevin İmişli rayon rəhbərliyinə təyin olunması ilk vaxtlar tam əksəriyyətin nəzər-diqqətində müəyyən inam hissinin formalaşmasına səbəb olmuşdu, amma aylar, illər keçdikcə isə, məhz formalaşan inam hissi əməlli-başlıca  inamsızlığa çevrildi. Bəli, ilk vaxtlarda hər kəs elə düşünürdü ki, İmişli RİH-nin başçısı mühüm strateji vəzifələri daşıdığından o, yetkin idarəçilik qabiliyyətinə malik olan vəzifə sahibidir. Amma, vaxt keçdikcə düşüncələrdə formalaşan inam hissinin boş olması hər kəsə bəlli oldu. Yəni, atalar demişkən “sən saydığını say, gör fələk nə sayır” zərb-məsəli özünü doğrultdu. Məsələnin diqqəti cəlb edən tərəfi odur ki, bu günə kimi Prezident İlham Əliyevin məmurlardan əsas tələbi, vətəndaşlara qarşı münasibətdə onların siyasi mədəniyyət nümayiş etdirmələrini, insanlara qarşı hörmətlə yanaşma hissi ortaya qoymalarını, sakinlərə məxsus sosial problemlərin aradan qaldırılmasına dəstək olmalarını və s. tələb etməsi olmuşdur. Unutmaq olmaz ki, ölkə rəhbəri əksər çıxışlarında “Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır” deyə qeyd edir. Bundan əlavə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 1.2-ci hissəsində qeyd olunub ki, hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutmalı və bu Qanunun müddəalarına əməl etməyə də borcludurlar. Qəbul olunmuş Qanunda belə bir tələblərin olmasına baxmayaraq, İmişli RİH-nin başçısı üzərinə düşən vəzifə borcunu lazımi səviyyədə yerinə yetirmək əvəzinə, bu gün də o, bir növ “sabotaj”lıqla məşğul olur. Çünki, Elçin Rzayev rayonun Muradxanlı kənd sakinlərinin üzüzə qaldıqları sosial problemlərin həllinə dəstək olmur, əksinə bu şəxs özü üçün var-dövlət toplamaqla məşğul olur.

   Qeyd edək ki, bir neçə gün bundan öncə İmişli RİH-nin başçısı Elçin Rzayev, rayonun bəzi kəndlərində səyyar-qəbul görüşlər keçirir. Elə ki, icra başçısı Muradxanlı kəndində olur, o halda kənd sakinlər çox ciddi su problemi ilə üzüzə qaldıqlarını və buna görə də susuzluqdan olduqca əziyyət çəkdiklərini rəhbərliyin diqqətinə çatdırıırlar. Sakinlər bildirdikləri şikayətlərində “Elə şəxslər var ki, onlar Muradxanlı kəndində torpaq sahələri alıb təsərrüfatla məşğul olurlar və həmin şəxslərin su ilə təmin olunmaları da ödənilir.  Uzun illər ərzində bu kənddə yaşayan yerli sakinlər isə, bu gün də susuzluqdan əziyyət çəkirlər” deyə qeyd edirlər. Elə ki, günlər keçir və kənd sakinləri görürlər ki, onların etdikləri şikayətlə bağlı heç bir tədbir görən yoxdur. Belə olan halda sakinlər RİH başçısının qəbulunda olmaq və bir daha narazılıqlarını icra başçısı Elçin Rzayevin diqqətinə çatdırmaq qərarına gəlirlər. Təəssüf doğuran hal o olur ki, həmin vaxt rayon rəhbərliyi sakinləri qəbul edib dinləmək, yaxud da onların üzüzə qaldıqları problemin həllinə dəstək göstərmək əvəzinə, qəbula gələn və su çatışmazlığından əziyyət çəkən sakinlərin həbs olunmaları ilə bağlı tapşırığını verir. Bu da onu göstərir ki,  Elçin Rzayev sakinlərin problemlərinə əhəmiyyət vermir və onları saya da salmır. Bir sözlə, bu şəxs sakinlərə qarşı qənim kəsilir. Redaksiyamıza daxil olan məlumatlara görə, indiyə kimi rayon sakinlərindən bir çoxu İmişli RİH-nin başçısının “əndazəni aşan” addımları ilə üzüzə qalıblar. O halda sual oluna bilər ki, nəyə görə Elçin Rzayev bugünkü vəzifəsinə təyin olunub? Məgər bu şəxs sakinlərə məxsus problemlərin həlli ilə, yoxsa onları “dama soxdurmaq”la məşğul olmalıdır? Deməli, RİH-nin başçısı özünü İmişlinin “əlçatmaz, ünyetməz firon”u hesab edir ki, bu gün o, belə bir addımlarını atır. O halda sual oluna bilər ki, bu şəxs icra başçısı vəzifəsinə təyin olunarkən möhtərəm Prezidentin ona verdiyi tapşırıqlar əhəmiyyətini itirdimi? Yoxsa, İmişlidə dərəbəylikdir? Yəqin ki, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyyələrə əməl etməyən Elçin Rzayevlə bağlı yaxın vaxtlarda lazımi addınmlar atılacaq. O halda hər kəs şahidi olacaq ki, İmişli RİH-nin başçısı sələfinin aqibətini yaşamalı olan şəxsdir. Nəysə, yaşayarıq, görərik! Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra başçısı şöbə müdirini işdən çıxardı

    İcra başçısı şöbə müdirini işdən çıxardı ...

    4-10-2018, 15:21

  • 
  • Bağdadda kor xəlifə İmişlidə Rzayevlər

    Bağdadda kor xəlifə İmişlidə Rzayevlər ...

    7-08-2021, 15:56

  • 
  • Cəlilabad rayonuna yeni icra başçısı təyin edilib - Prezidentdən SƏRƏNCAM

    Cəlilabad rayonuna yeni icra başçısı təyin edilib ...

    6-02-2018, 17:23

  • 
  • Yasamal rayonuna yeni icra başçısı təyin olunub

    Yasamal rayonuna yeni icra başçısı təyin olunub ...

    2-02-2018, 16:00

  • 
  • Gəncənin icra başçısı postunda dəyişiklik GÖZLƏNİLİR

    Gəncənin icra başçısı postunda dəyişiklik ...

    29-06-2018, 14:39


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (356)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu