GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » MƏLEYKƏ ABBASZADƏ KİMƏ “ƏZƏLƏ NÜMAYİŞ ETDİRİR”? - Abituriyentlər DİM-Təhsil Nazirliyi qarşıdurmasının girovuna çevrilib

MƏLEYKƏ ABBASZADƏ KİMƏ “ƏZƏLƏ NÜMAYİŞ ETDİRİR”? - Abituriyentlər DİM-Təhsil Nazirliyi qarşıdurmasının girovuna çevrilib

Tarix: 27-05-2024, 23:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 369

MƏLEYKƏ ABBASZADƏ KİMƏ “ƏZƏLƏ NÜMAYİŞ ETDİRİR”? -

Dünən Dövlət İmtahan Mərkəzinin(DİM) keçirdiyi Ali Təhsil məktəblərinə qəbul imtahanında abituriyentlərə verilən suallar kütləvi narazılığa səbəb olub. Abituriyentlər və müəllimlər sualların həddindən artıq çətin, bəzilərininsə hətta “anormal dərəcədə” çətin və anlaşılmaz olmasından gileylənirlər.

Bu mənzərə ilk dəfə deyil ki, müşahidə olunur, əvvəlki illərdə də buna rast gəlinib. Lakin mütəxəssislərin də dediyi kimi, bu dəfə “əndazələr lap aşılıb”...
Məsələn, sosial şəbəkədə coğrafiya müəllimlərinin və bu elm üzrə mütəxəssislərin toplaşdığı “Coğrafiya kabineti” adlı qrupdakı narazılıq dolu paylaşımlardan birində deyilir: “Bir sualda beş sual, doğru sıra, doğru uyğunluq, doğru olan, doğru olmayan... Nə idi bu? Nə suallar idi? Coğrafiyanın başına oyun aça-aça gedirlər. Kimə deyək? Nə edək?”


Digər bir mütəxəssis isə yazır: “Bugünkü “əzələ nümayişi” kimə lazım? Bu imtahan millətin övladları üçündür, sənin “əzələ nümayişin” üçün yox. Bunun adı eqodur, ya nədir? Səriştəsizliyin niyə fənnə olan hörmətin azalmasına xidmət etməli idi?”
Bütün bu iradlar sualları hazırlayan quruma – DİM-ə, onun rəhbərliyinə, “bunker müəllimlərinə” şamil edilir. Coğrafiya fənni üzrə müşahidə edilən mənzərə 2-ci və 3-cü qrupa aid imtahandakı digər fənlərə də aiddir. Yuxarıda qeyd edilən kimi, imtahana salınan suallar sanki DİM sədri Məleykə Abbaszadənin kimlərəsə əzələ nümayişidir.
Mart və aprel aylarında keçirilən buraxılış imtahanında abituriyentlər yüksək nəticələr göstərib və təkcə maksimum göstəricini - 300 balı toplayanların sayı 53 nəfər olub. Görünür, bu nəticə DİM rəhbərliyini qane etməyib. Çünki bu halda Təhsil Nazirliyi sınaqdan uduşlu çıxmış kimi görünür.
Görünür, bu səbəbdən M.Abbaszadənin komandası “düyməni basmaq” və növbəti mərhələdə sualları anormal dərəcədə çətinləşdirmək qərarına gəlib. Ümumiyyətlə, Abbaszadənin uzun illərdən bəri Təhsil Nazirliyi ilə apardığı “intriqanın” səbəb və mahiyyəti barədə bir şey demək çətin olsa da, ötən illərdə bir neçə Təhsil nazirinin dəyişməsinə baxmayaraq, bu münasibətin dəyişməz olaraq qaldığı danılmazdır. Bundan ən çox əziyyət çəkən isə zatən tərifə layiq olmayan Təhsil Nazirliyi yox, abituriyentlərimiz, övladlarımızdır.
Təəssüf ki, onlara gerçək təhsili Təhsil Nazirliyinin tabeliyindəki məktəblərdən daha çox repetitorlar, özəl kurslar verir və bunu DİM-in başında duranlar da gözəl bilirlər. Buna baxmayaraq, öz heyflərini aylarla, illərlə çəkdikləri zəhmət qarşılığında bu cür anormal imtahanla qarşı-qarşıya qalan və nəticədə xəyal qırıqlığı, stres yaşayan abituriyentlərdən çıxırlar.
DİM-ə bu səlahiyyəti kim verib və bu qurum öz ağlına, kefinə uyğun imtahan sualları salmaqda hansı həddə qədər sərbəstdir? Bu qurumun qeyri-adekvat addımları nə vaxta qədər davam edəcək? Bunun hansısa hüquqi, inzibati tənzimlənməsi varmı və varsa, necə həyata keçirilməlidir? Bütün bunlara təkcə hüquqşünaslar deyil, DİM-in işinə nəzarət edən orqanlar da aydınlıq gətirməlidirlər.../“AzPolitika.info”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DİM: "Yanğın olan binadakı abituriyentlər yenidən imtahan verəcəklər"

    DİM: "Yanğın olan binadakı abituriyentlər ...

    22-07-2017, 15:43

  • 
  • DİM iyulun 14-də II və III qruplar üzrə qəbul imtahanları keçirəcək

    DİM iyulun 14-də II və III qruplar üzrə qəbul ...

    8-07-2017, 12:08

  • 
  • I və IV ixtisas qruplarının imtahanında qaydaları pozan abituriyentlər xaric olunublar

    I və IV ixtisas qruplarının imtahanında qaydaları ...

    7-05-2017, 21:11

  • 
  • DİM: Yanğınla əlaqədar imtahanı təxirə salınmış abituriyentlərə güzəşt olmayacaq

    DİM: Yanğınla əlaqədar imtahanı təxirə salınmış ...

    24-07-2017, 10:51

  • 
  • DİM abituriyentlərə müraciət etdi

    DİM abituriyentlərə müraciət etdi ...

    6-10-2020, 14:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu