GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Dövlət Dəniz və Liman Agentliyi məsuliyyəti niyə boynundan atır? – FOTOFAKT

Dövlət Dəniz və Liman Agentliyi məsuliyyəti niyə boynundan atır? – FOTOFAKT

Tarix: 15-07-2024, 15:23 Bölmə :GündəmXəbər / Manşet Baxış: 239

Dövlət Dəniz və Liman Agentliyi məsuliyyəti niyə boynundan atır? – FOTOFAKT

Bugünlərdə Böyük Britaniyanın paytaxtı Londonda mənzil qərargahı olan və mülki gəmiçilik məsələlərini tənzimləyən əsas beynəlxalq təşkilat sayılan Beynəlxalq Dəniz Təşkilatının (IMO) Azərbaycanı “qara” siyahıya salması ilə bağlı məlumat vermişdik. Hətta bu barədə müvafiq bildirişin cari ilin may ayının sonunda dərc edildiyini də xatırlatmışdıq.
Məlumatdan görünür ki, ölkələr siyahı üzrə 3 qrup üzrə təsnifatlandırılır: “ağ ”, “boz” və “qara” siyahıda olanlar. Təəssüflə qeyd etməliyik ki, Beynəlxalq Dəniz Təşkilatının qərarı ilə Azərbaycan - Palau, Beliz, Tanzaniya və Toqo kimi 12 ölkə ilə birlikdə təşkilatın “qara” siyahısına salınıb.
Maraqlıdır ki, bu müddət ərzində beynəlxalq qadağanı tətbiq edən qurumla münasibətlərə və oradakı bayrağımızın statusuna cavabdeh olan Dövlət Dəniz və Liman Agentliyi bu xoşagəlməz hadisənin səbəb və nəticələrini, eləcə də bu vəziyyətdən necə çıxacağımızın yolları barədə ictimaiyyətə heç bir məlumat və izahat verməyib.
Bu məlumat tərəfimizdən tirajlanandan sonra, sözügedən qurumun Mətbuat xidmətinin rəhbəri Pərvanə İmanova Azinforum.az-a açıqlamasında bildirdi ki, sorğu etdiyimiz mövzu ilə bağlı onlar heç bir məsuliyyət daşımır, çünki bu məsələ onların yox, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin səlahiyyətinə aid olan məsələdir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin alt qurumu kimi fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyi Beynəlxalq Dəniz Təşkilatında dövlətimizi təmsil edən qurum olduğunu nə tez unudub? Qurumun rəsmi saytında onların Beynəlxalq Dəniz Təşkilatının 11-ci sessiyasında ölkəmizi təmsil etməsi fəxrlə tirajlanıb. Hətta bu məlumatı əks etdirən fotolar qurumun rəsmi saytında ən görünən yerdə yerləşdirilib. Belə çıxır ki, yaxşı nəticələr olanda bu qurum beynəlxalq təşkilatla əməkdaşlığından fəxarətlə danışır, ancaq mənfi nəticələrlə bağlı bütün məsuliyyətdən boyun qaçırır?
Çox maraqlıdır ki, bizim Dövlət Dəniz və Liman Agentliyinə onların birbaşa səlahiyyətlərinə aid olan məsələ ilə bağlı ünvanladığımız sorğuya cavabı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC verib. Biz bu cavabı bizim ilkin məlumatımızı tirajlayan başqa bir saytda gördük. Qurumun bizə ünvanladığı mövqeyində ölkəmizin adının “qara” siyahıya salınması təkzib edilməyə çalışılır.
Göründüyü kimi, təqdim olunan və dövlətimiz üçün xüsusi əhəmiyyət kəsb edən bu dəqiq fakta qəribə münasibət sərgilənir. Cavab verməli olan əsas qurum məsuliyyəti boynundan atır. Biz isə yazdığımızın tam həqiqət olduğunu sözügedən qurumların diqqətinə daha aydın çatdırmaq üçün, daha bir mötəbər dəlil ortaya qoyuruq. Təqdim olunan sənədlərdən bir daha aydın olur ki, siyahı məhz Beynəlxalq Dəniz Təşkilatı tərəfindən açıqlanıb.
Təəssüflər olsun ki, ikinci şəkildə biz Azərbaycanın adını “qara” siyahıda görürük. Çox yaxşı olardı ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi özünün alt qurumu kimi tabeçiliyində olan Dövlət Dəniz və Liman Agentliyinə öz səlahiyyət sferalarını bir qədər ətraflı izah edərdi…
Azinforum.az


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mehriban Zəki Türkiyədə "Çırpınırdı Qara dəniz" oxudu - Video

    Mehriban Zəki Türkiyədə "Çırpınırdı Qara ...

    31-05-2017, 22:37

  • 
  • XİN: Avropa İttifaqı Qara dəniz-Xəzər dənizi nəqliyyat dəhlizinin inkişafına cəlb olunacaq

    XİN: Avropa İttifaqı Qara dəniz-Xəzər dənizi ...

    4-03-2019, 11:50

  • 
  • Beynəlxalq  Dəniz Ticarət Liman  Kompleksi virusdan qorunmaq üçün qabaqlayıcı tədbirlər görürmü?

    Beynəlxalq Dəniz Ticarət Liman Kompleksi virusdan ...

    3-04-2020, 12:30

  • 
  • NATO gəmiləri Qara dənizə daxil oldu

    NATO gəmiləri Qara dənizə daxil oldu ...

    2-05-2018, 18:17

  • 
  • Sabah Azərbaycanda “Beynəlxalq Ordu Oyunları – 2019” yarışları başlayır

    Sabah Azərbaycanda “Beynəlxalq Ordu Oyunları – ...

    2-08-2019, 12:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu