GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Elnur Əliyevlə Vüsal Xanlarovun təsisçisi olduğu MMC-lər Təhsil İnstitutunun təlimlərini keçir, yoxsa…

Elnur Əliyevlə Vüsal Xanlarovun təsisçisi olduğu MMC-lər Təhsil İnstitutunun təlimlərini keçir, yoxsa…

Tarix: 19-07-2024, 23:51 Bölmə :GündəmXəbər / Manşet Baxış: 376

Elnur Əliyevlə Vüsal Xanlarovun təsisçisi olduğu MMC-lər Təhsil İnstitutunun təlimlərini keçir, yoxsa…

Azərbaycan Respublikası Təhsil İnstitutu ötən gün dövlət satınalmalarının vahid internet portalında bir neçə lot üzrə yekunlaşdırdığı açıq tenderlərin nəticələrini elan edib. İnstitut “Ümumi təhsil müəssisələrində təhsilalanların bacarıqəsaslı öyrənmə vərdişlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin keçirilməsi” üzrə “Marshall Cavendish Education” MMC ilə 550.900 manat dəyərində, “Dərsin planlaşdırılması üzrə ixtisasartırma təlimlərinin keçirilməsi” üzrə “Azərbaycan Müəllim İnkişaf Mərkəzi” MMC ilə 72.000 manat dəyərində, ““Qərbi Azərbaycana qayıdış” olimpiadasının təşkili və keçirilməsi” üzrə “İnnovative Bussiness Products” MMC ilə 88.597,94 manat dəyərində satınalma müqavilələri bağlayıb. İki satınalma prosedurunda maraqlı məlumatlar əldə etdiyimizdən daha ətraflı araşdırma apardıq.

Azərbaycan Respublikası Təhsil İnstitutu “Məktəblərdə müasir metodik xidmətin təşkili üzrə ixtisasartırma təlimlərinin keçirilməsi” üzrə bir mənbədən satınalma metodu ilə keçirdiyi açıq tenderə yekun vurub və 16.07.2024-cü ildə “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” MMC ilə 479.000 manat məbləğində satınalma müqaviləsi bağladığını açıqlayıb.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TƏHSİLDƏ İNNOVATİV TEXNOLOGİYALAR ƏLAVƏ TƏHSİL MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 30.08.2012-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, HÜSEYNBALA ƏLİYEV, ev 4, m. 105, qanuni təmsilçisi kimi isə Axundov Emin Əlövsət oğlu qeyd olunub.
Qeyd edək ki, reyestrinə daxil edilmiş məlumatlarda dəyişikliklərin tarixçəsində MMC-nin Xanlarov Vüsal Tərlan oğlu tərəfindən təsis edildiyi göstərilir. Bəs Vüsal Xanlarov kimdir? Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi. Qeyd edək ki, o bu vəzifəyə 2018-ci iln fevralından təyin edilib.
Qeyd edək ki, Vüsal Xanlarovun təsisçisi olduğu MMC elə rəhbəri olduğu Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin iyun ayında keçirdiyi bir tendetin də qalibi olub. İdarə İKT üzrə ixtisasartırma və stajkeçmə təlimləri xidmətlərinin satınalması üzrə idarə rəisinə məxsus MMC ilə 1.200.201,18 manat məbləğində satınalma müqaviləsi bağladığını 06.06.2024-cü ildə açıqlayıb.
Azərbaycan Respublikası Təhsil İnstitutunun daha mir maraqlı tenderi də İstedadlı şagirdlərlə işin təşkili üzrə ixtisasartırma təlimlərinin keçirilməsi üzrə açıqlanıb. 16.07.2024-cü ildə açıqlanan məlumata görə İnstitut “Peşəkar Təlim və İnkişaf Mərkəzi Əlavə Təhsil Müəssisəsi” MMC ilə 100.000 mamat məbləğində satınalma müqaviləsi bağlayıb. Bəs bi MMC haqqında nə kimi məlumatlar var?
Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PEŞƏKAR TƏLİM VƏ İNKİŞAF MƏRKƏZİ” ƏLAVƏ TƏHSİL MÜƏSSİSƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 21.04.2016-cı il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, XOCALI, ev 64, qanuni təmsilçisi kimi isə Mehtiyev Nəcməddin Saday oğlu qeyd olunub.
Qeyd edək ki, reyestrinə daxil edilmiş məlumatlarda dəyişikliklərin tarixçəsində MMC-nin Əliyev Elnur Qəzənfər oğlu tərəfindən təsis edildiyi göstərilir.
Qeyd edək ki, 2023-cü ilin dekabrında Təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrlə Əliyev Elnur Qəzənfər oğlu Elm və təhsil nazirinə müşavir təyin edilib. O, həmçinin Təhsil İnstitutunun direktoru vəzifəsini icra edir. Qeyd edək ki, Elnur Əliyev Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri vəzifəsində də çalışır.
Xüsusilə diqqətinizə çatdırmaq istərdik ki, Elnur Əliyevin təsisçisi olduğu MMC 2024-cü ilin iyun ayında Elm və Təhsil Nazirliyinin “Ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət üzrə xidmətlər” üzrə 1.328.633,51 manat və “21-ci əsrdə səmərəli məktəb idarəçiliyi üzrə ixtisasartırma təlimlərinin keçirilməsi” üzrə 460.800 manat dəyəri olan iki tenderinin də qalibi olub.
Göründüyü kimi Elm və Təhsil Nazirliyinin bu vəzifəli şəxsləri elə həmin nazirliyə tabeli qurumların satınalmalarında özlərinə məxsus şirkətləri qalib çıxarırılar. Yəni özləri satır, özləri də alırlar.
Burada qanun nə tələb edir? “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunu isə aşağıdakıları tələb edir.
Maddə 6. Satınalmalarda maraqlar toqquşması

6.1. Təchizatçıların aşağıdakı hallarda (satınalma predmetinin yalnız hər hansı konkret təchizatçıda olduğu, yaxud satınalma predmetinin əvəzedicisi və alternativi olmadığı hallar istisna olmaqla) satınalmalarda iştirakına yol verilmir: 6.1.1. təchizatçının satınalan təşkilatdan və ya satınalan təşkilatla təchizatçının eyni qurumdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olduqda; 6.1.2. təchizatçılardan biri digərinin benefisiar mülkiyyətçisi olduqda, yaxud təchizatçıların azı ikisi eyni benefisiar mülkiyyətçinin nəzarətində olduqda; 6.1.3. təchizatçılardan biri digərinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı olduqda, yaxud təchizatçıların azı ikisinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı eyni şəxs olduqda; 6.1.4. satınalmada təchizatçı qismində çıxış edən fiziki şəxs və ya hüquqi şəxsin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsinə əsasən aidiyyəti şəxsi satınalan təşkilatın rəhbəri ilə qohumluq (ər-arvadlar, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülmüş şəxslər, babalar, nənələr, nəvələr, doğma (ögey) bacılar və qardaşlar, bacı və qardaşların övladları, bacıların ərləri, qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, ər-arvadların valideynləri, bacıları və qardaşları) münasibətində olduqda.

Göründüyü kimi Azərbaycan Respublikası Təhsil İnstitutunun keçirdiyi tendrlərin qalibi Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarovun təsisçisi olduğu MMC ilə Elm və Təhsil nazirinin müşaviri, Təhsil İnstitutunda direktor səlahiyyətlərini icra edən Elnur Əliyevin təsisçisi olduğu MMC olub. Bu heç də təsadüf deyil. Və burada məktəblərdə müasir metodik xidmətin təşkili üzrə ixtisasartırma təlimlərinin keçirilməsi, istedadlı şagirdlərlə işin təşkili üzrə ixtisasartırma təlimlərinin keçirilməsi, ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət üzrə xidmətlər, İKT üzrə ixtisasartırma və stajkeçmə təlimləri kimi xidmətlərdən söhbət belə gedə bilməz. Olsa-olsa görk üçün bir iki təlim keçirilə bilər. Qalanı dövlət vəsaitlərinin bu adlarla silinməsindən başqa bir şey deyildir./aktualinfo.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təhsil Nazirliyinin "yandırdığı" milyonlar – FAKTLAR

    Təhsil Nazirliyinin "yandırdığı" ...

    3-06-2021, 11:55

  • 
  • Təhsil Nazirliyinin “sevimli” şirkəti - İcazə verin, şübhələnək...

    Təhsil Nazirliyinin “sevimli” şirkəti - İcazə ...

    8-09-2020, 12:12

  • 
  • Təhsil Nazirliyinin "yandırdığı" milyonlar - FAKTLAR

    Təhsil Nazirliyinin "yandırdığı" ...

    7-06-2021, 14:58

  • 
  • Daha bir müəmmalı TENDER HOQQABAZLIĞI... - Büdcə pulları belə xırıd edilir...

    Daha bir müəmmalı TENDER HOQQABAZLIĞI... - Büdcə ...

    28-12-2020, 13:05

  • 
  • Təhsil Nazirliyinin tender müəmması – 10 manatlıq yeni yaradılan şirkətlə şübhəli müqavilə

    Təhsil Nazirliyinin tender müəmması – 10 manatlıq ...

    1-03-2021, 11:45


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (99)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu