GundemXeber.Az-a daxil olan məlumata görə Seçki təbliğatı başlamamış Ağdamda Bəxtiyar Əliyevin seçiləcəyi tapşırığının verildiyi deyilir.
Artıq seçki kampaniyasına start verilib. Namizədlərin sayı durmadan artır. Ölkə başçısı İlham Əliyev siyasi iradəni ortaya qoyub ki, özünü buraxmış parlamentə seçkilər ədalətli və azad şəraitdə keçiriləcək. Lakin hələ seçki təbliğatı başlamamış Ramiz Mehdiyevin ssenarisi işə keçməkdədir. Belə ki, Ağdam 119 saylı Dairədən namizədliyini vermiş Bəxtiyar Əliyevin qutudan deputat kimi çıxacağı barədə əcaib tapşırıqların verildiyi deyilir. Məsələyə aydınlıq gətirilməsi üçün həmin dairədən namizədlərdən biri olan Asif Mərzili ilə əlaqə saxladıq. O belə bir məlumatı eşitdiyini təsdiqlədi: "Hazırda rayondayam, dəqiqləşdirib ətraflı məlumat verərəm..."
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?