GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qanla azad olunan torpaqlarda “Azərişığın” tender qanunsuzluqları - ŞOK FAKTLAR

Qanla azad olunan torpaqlarda “Azərişığın” tender qanunsuzluqları - ŞOK FAKTLAR

Tarix: 27-07-2024, 13:54 Bölmə :GündəmXəbər / Manşet Baxış: 493

“İşğaldan azad olunan ərazilərdə dövlət qurumlarının tender qanunsuzluqları” silsilə araşdırmamızın növbəti mərhələsində “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin gördüyü işlərlə bağlı ortaya xeyli suallar çıxıb Təəssüf ki, sözügedən dövlət qurumu bu sualları cavablandırmaqdan imtina edir. Halbuki söhbət Azərbaycan əsgərinin canı və qanı hesabına azad etdiyi ərazilərdə vətəndaşın puluyla formalaşan büdcənin talanından gedir.


1. “Vedi construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nurəddin Sadıqov tərəfindən “Azərişıq” ASC-nin keçirilməsini planlaşdırdığı açıq tenderdən hansı səbəbdən kənarlaşdırılıb?


2. “Azərişıq” ASC tərəfindən “Elektrik xəttlərinin daşınması və bütövlüyünü təmin etmək üçün zəruri mal-materialların satın alınması üzrə” 06 fevral 2023-cü il tarixdə 55685 nömrəli müsabiqə elan edilmiş, tələb olunan sənədlərin təqdim olunmasının son tarixi 27 fevral 2023-cü il, təkliflərin son təqdim olunma tarixi 07 mart 2023-cü il, zərflərin açılış tarixi isə 09 mart 2023-cü il tarixi kimi müəyyən edilmişdir.


 “Azərişıq” ASC tərəfindən 2023-cü ildə 7 açıq tenderin nəticələri açıqlanıb ki, onların arasında “Vedi construction” MMC-nin nümayəndəsinin qeyd etdiyi “Elektrik xəttlərinin daşınması və bütövlüyünü təmin etmək üçün zəruri mal-materialların satın alınması üzrə” 06 fevral 2023-cü il tarixdə başlanılmış 55685 nömrəli açıq tender müsabiqəsinin nəticələri dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməyib.


Müsabiqədə iddiaçı kimi iştirak edənin verdiyi məlumatda göstərilir ki, təkliflərin son təqdim olunma tarixi 07 mart 2023-cü il, zərflərin açılış tarixi isə 09 mart 2023-cü il tarixi kimi müəyyən edilmişdir. Belə olan təqdirdə 09 mart 2023-cü il tarixdə zərflər paketi açılmış açıq tenderin nəticəsi 5 iyun 2023-cü il tarixə qədər nə üçün açıqlanmayıb. Qanunvericilikdə əgər tender baş tutmayıbsa, onun baş tutmama səbəbləri göstərilməklə 30 bank günü ərzində yenidən tender elan olunmalıdır. Bu şərtə əməl olunmamasının səbəbi nədir? Dövlət satınalmalarının vahid internet portalında “Azərişıq” ASC-nin Satınalma Komissiyası tərəfindən sözügedən tenderin keçirilməsi ilə əlaqədar nə iddiaçılara dəvət elanı, nə tender prosedurunun uzadılması barədə bildiriş, nə də tamamlanmış açıq tenderin qalibi barədə heç bir məlumat yerləşdirilməyib. Bu isə tenderin saxtalaşdırıldığını deməyə əsaslar verir.


3. “Azərişıq” ASC-nin qeyri leqal sifarişlərini həyata keçirmiş “Enerji Construction” Qapalı Səhmdar Cəmiyyəti gördüyü işlərə görə “Azərişıq” ASC tərəfindən ona və 250 işçisinə, mal-material, maşın-texnika sahiblərinə külli miqdarda – 5 milyon manatdan yuxarı pulu ödənilməyib. Buna “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun ən yaxın dostu Kamil Hüseynov səbəbkar oldu. Görülən işlərə görə müqavilələr başqa firmalarla bağlanıb. Pul başqa firmalara köçürülüb və oradan da mənimsənilib. Bu məlumatlara aydınlıq gətirilməyib.


4. “Azərişıq” ASC son üç il ərzidə “Enerji Construction” QSC-yə ümumi dəyəri 71 152 563 manat olan 9 dövlət sifarişi verib. ASC bütün bunların hamısını da dövlət satınalmalarını saxtalaşdırmaq yolu, formal keçirilmiş tender vasitəsi ilə edib. 


5. “Azərişıq” ASC Kəlbəcər rayonu Cermux, Laçın rayonu Cağazur, Tərtər rayonu Talış(Ağuçuq), Ağdam rayonu Çullu və Goranboy rayonu ərazisində yerləşən hərbi hissələrin elektrik enerjisi ilə təmin olunması məqsədilə elektrik veriliş xəttinin çəkilməsi və KTM-lərin quraşdılması işlərinin satınalınması üzrə MMC ilə 7.132.240,66 manat məbləğində satınalma müqaviləsi 18.10.2023-cü il tarixdə imzalanıb. Müsabiqə 14.09.2023-cü il tarixdə dərc edilib. Zərflərin açılış tarixi 29.09.2023-cü il tarixə müəyyən edilib. Təsəvvür edin 7 milyon manat dəyəri olan tender 15 günə yekunlaşıb. Müqavilənin şərtlərinə görə MMC yuxarıda qeyd olunan işləri ən geci 3 ay ərzində başa çatırmalıdır.


6. “Azərişıq” ASC tərəfindən Laçın rayonu, Ərdəşəvi yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq ÖİN xətlərinin çəkilməsi və KTM-in quraşdırılması işlərinin satın alınması üzrə MMC ilə 934.796,5 manat məbləğində bir satınalma müqaviləsi 26.12.2022-ci il tarixdə bağlanmışdır. “Azərişıq” ASC bu tenderi isə 20 gün ərzində keçirərək qanun pozuntusuna yol verib.


7. “Azərişıq” ASC tərəfindən Laçın rayonu, Pircahan yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq ÖİN xətlərinin çəkilməsi və KTM-in quraşdırılması işləri üzrə MMC ilə 2.309.877,64 manat məbləğində bir satınalma müqaviləsi 14.11.2022-ci il tarixdə bağlanmışdır. Göründüyü kimi “Azərişıq” ASC 14.11.2022-ci ildən 18.10.2023-cü ilə, yəni 11 ay ərzində “Harmony İndustrial Construction and Engeering Group” MMC-yə ümumi olaraq 10 376 914 manat dəyəri olan dövlət sifarişi verib.

Araşdırmamızın obyektivliyini təmin etmək üçün suallarımızı qısa müddətdə cavablandırmağı xahiş edirik. Öncədən minnətdarıq.


Çingiz İsgəndərli

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azərişıq” ASC-də satınalmalar qanunlarla deyil, maraqlara üyğun təşkil edilir – KİMLƏRİN?

    “Azərişıq” ASC-də satınalmalar qanunlarla deyil, ...

    5-06-2023, 16:38

  • 
  • Baba Rzayevin "Azərişıq"dakı LƏPİRLƏRİ... - Tender-mender oyunu...

    Baba Rzayevin "Azərişıq"dakı ...

    9-06-2021, 14:39

  • 
  • 10 manatlıq “Şans Construction” MMC “Azərişıq”dan 32 milyonluq tenderləri necə uda bilib?

    10 manatlıq “Şans Construction” MMC “Azərişıq”dan ...

    10-06-2024, 20:29

  • 
  • Baba Rzayevin ŞOK TALAN ŞƏBƏKƏSİ... - İTTİHAM

    Baba Rzayevin ŞOK TALAN ŞƏBƏKƏSİ... - İTTİHAM ...

    20-05-2021, 16:07

  • 
  • Zaur Hüseynova “Azərişıq” qapıları açılır: Baba Rzayev isə narazıdır – Özəl

    Zaur Hüseynova “Azərişıq” qapıları açılır: Baba ...

    5-09-2018, 15:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu