Son günlər Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova və onun yaxınlarına məxsus dəyəri milyonlarla ölçülən şirkətlərin sıradan çıxarılması ilə bağlı xəbərlər yayılmaqdadır.
Bu günlərdə Talıbovların daha bir şirkəti çökdürülüb.
GundemXeber.Az bildirir ki, tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli öz Facebook səhifəsində belə bir fakt haqda məlumat yayıb. Jurnalist həmin məlumatda qeyd edir ki, "Talıbovların Londondakı 40 milyonluq bina inşa edən şirkəti iyunun 21-də könüllü iflas qərarı elan edib və ləğvetmə prosesinə başlayıb. Səkkiz milyona tarixi bina almışdılar, kürüyüb otuz milyona yenisini tikdilər, indi isə izini itirirlər".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?