Bir qrup Göyçay Rayon Cəyirli kənd sakinləri adından gundemxeber.az-ın redaksiyasına Mirzəliyev Elman Çingiz oğlu və Feyzullayev Rahim Zülfü oğlu tərəfindən şikayət məktubu daxil olub.
Həmin şikayət məktubunda qeyd olunur ki, "Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun 16 avqust 2024-cü il tarixdə Göyçay rayonunda keçirdiyi vətəndaş qəbulunda özbaşınalıq oldu. Həmin günü heç bir qanuni əsas olmadan bizi qəbula buraxmadılar. Hansı ki, biz 15 gün əvvəl qəbula yazılmışdıq poçt vasitəsi ilə xəbərnaməli teleqram göndərmişdik.
Bizim şikayətimiz Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Orxan Mahmudovun qanunsuz fəaliyyətindən olduğu üçün onun müdaxiləsi nəticəsində qəbula düşə bilmədik.
Ancaq həmin günü bizdən başqa şəxslərdə qəbula düşə bilmədilər.Yağış yağdığı üçün qəbula gələnlər açıq havada dayana bilməyib qəbula girmədən oranı tərk etmək məcburiyyətində qaldılar. Həmin gün Göyçay rayon Suvarma Sistemləri İdarəsinin böyük akt zalını bağlayıblar ki, vətəndaşlar yağışda dayana bilməyib oranı tərk etsinlər.
Bütün bu özbaşınalıqları edən Orxan Mahmudova bir başa yardımçı olan isə Dövlət Su Ehtiyatları Agentliyinin Bakıdan gələn Dilqəm Şükürov adlı əməkdaş oldu.
Hətta qəbul günü növbədənkənar qəbul olunması nəzərdə tutulan Şəhid anaları saatlarla gözləməli oldular.
Orxan Mahmudov təxminən 1 ildən çoxdur ki, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsini icra edir. Bizim yaşadığımız və digər kəndlərdə heç bir lildən təmizləmə, bənd vurma işləri aparılmayıb. Ancaq buna baxmayaraq, Orxan Mahmudov hesabat xarakterli televiziya çıxışında bildirir ki, 2024-cü ilin yanvar ayından Göyçay rayonunun kəndlərində ümüumilikdə 280 km məsafədə su kanallarında lildən təmizləmə işləri aparılıb.
Bu fikirlər tam yalan və şişirdilmiş rəqəmdir. 5-6 km məsafədə lildən təmizləmə işləri aparılsa da rəqəmlər həddən artıq şişirdilərək vəsaiti siliblər. Bu fakt təcili və ciddi yoxlanılmalıdır. Orxan Mahmudov əvvəl bank sektorunda işləsə də oradan işdən çıxarılıb. Onun suvarma sahəsində heç bir təcrübəsi, biliyi və bacarığı olmadığı üçün Göyçay sakinləri əziyyət çəkirlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vətəndaşların yerlərdə qəbulunun səmərəli təşkili üçün sərəncamlar imzalayıb tapşırıqlar verib. Ancaq təssüflər olsun ki, Orxan Mahmudov öz şəxsi maraqlarına görə Prezidentin sərəncamına məhəl qoymur və verdiyi tapşırıqları qulaq ardına vurur.
Cənab Prezident İlham Əliyevdən şikayətimizi obyektiv araşdırılmasını, yarıtmaz fəaliyyəti ilə dövlətə və xalqa ziyanlar vuran Orxan Mahmudovun barəsində ciddi tədbirlər görülməsi haqqında aidiyyəti üzrə müvafiq tapşırıqlar verməsini xahiş edirik."
GundemXeber.az redaksiyası olaraq, yazıda ittiham olunan şəxslərin də mövqeyini dinləməyə hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?