GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Gold Residence“ Nərimanov sakinlərini mühasirədə saxlayır - ŞİKAYƏT

“Gold Residence“ Nərimanov sakinlərini mühasirədə saxlayır - ŞİKAYƏT

Tarix: 26-08-2024, 13:27 Bölmə :GündəmXəbər / Manşet Baxış: 444

bitmap-img6


«GOLD RESİDENCE» MMC Bakı şəhər sakinlərini problemlə üzləşdirib. Bunu Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, ev 28-də yaşayan sakinlər bildirirlər.

Gundemxeber.az bildirir ki, sakinlər “Reytinq” qəzeti vasitəsi ilə aidiyyatı dövlət orqanlarına müraciətlərində yazırlar ki, «GOLD RESİDENCE» MMC Aşıq Molla Cümə küçəsi, 28 ünvanında yerləşən 9 mərtəbəli binanın Fətəli Xan Xoyski prospektinə baxan hissəsini - «Gloriya» gül dükanınadək əsassız və qanunsuz olaraq hasarlayıb. Bu isə bina sakinlərinin və ərazidə yaşayan digər vətəndaşların gediş-gəlişini çətinləşdirir, xüsusən də yaşlı insanlara və uşaqlara ciddi problemlər yaradır.
Sakinlər bildirir ki, son vaxtlar bəzi işbazların yaratdığı süni maneələrə görə gediş-gəlişləri çətinləşib: “Təxminən 20 gündür ki, Fətəli Xan Xoyski prospektinə çıxışımız «GOLD RESİDENCE» MMC tərəfindən qanunsuz olaraq bağlanıb. «GOLD RESİDENCE» MMC tərəfindən istismar vaxtı keçmiş yataqxana binalarının söküntüsü həyata keçirilir. Həmin şirkət yataqxanalar yerləşən əraziləri hasara alaraq söküntü işlərinə başlasa da, hasarı Fətəli Xan Xoyski prospekti, 128 ünvanında yerləşən yataqxanadan əlavə Aşıq Molla Cümə küçəsi, 28 nömrəli binanın Fətəli Xan Xoyski prospektinə baxan hissəsinə də şamil edib. Yəni oradakı yaşıllıq qarışıq «Gloriya» gül dükanınadək qanunsuz hasarlama işləri aparıb. Bununla həmin MMC bina sakinlərinin Fətəli Xan Xoyski prospektinə çıxışını qanunsuz olaraq bağlayıb”.



Sakinlərin sözlərinə görə, «GOLD RESİDENCE» MMC-nin Elnur adlı işçisi şikayətlərinə cavabında bildirib ki, guya ölkədə keçiriləcək COP29 tədbiri ilə bağlı söküntü ərazisinə aid olmayan Aşıq Molla Cümə küçəsi, 28 nömrəli binanın Fətəli Xan Xoyski prospektinə baxan hissəsini də bağlayıblar. Lakin o, izah edə bilməyib ki, nəyə görə Fətəli Xan Xoyski prospekti, 128 ünvanda yerləşən söküləcək yataqxananın sol tərəfi, yani orada fəaliyyət göstərən otelin qarşısı hasarlanmayıb, amma yataqxananın sağ tərəfində yerləşən 9 mərtəbəli binanın qarşısı hasara alınıb. Hansı ki, həmin oteldə heç 3-5 adam qala-qalmaya, amma 9 mərtəbəli binada 84 mənzil var.
Sakinlər «GOLD RESİDENCE» MMC-nin əməlini qanunsuz hesab edirlər:
«GOLD RESİDENCE» MMC-nin işçiləri bizim binanın Fətəli Xan Xoyski prospektinə baxan hissəsinin qarşısını da yaşıllıqla birlikdə qanunsuz olaraq hasara alıblar. Söküntü işlərini aparan şirkətin Elnur adlı işçisi qeyri-rəsmi olaraq bina sakinlərinə deyib ki, guya Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunmuş müvafiq layihədə yaşıllığın da söküləcəyinə qərar verilib”.
Sakinlər problemlə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə də müraciət ediblər. Hər iki qurumdan bildiriblər ki, Aşıq Molla Cümə küçəsində inşa edilmiş 28 nömrəli binanın Fətəli Xan Xoyski prospektinə baxan hissəsi, oradakı yaşıllıq və «Gloriya» gül dükanı söküntü və tikinti ərazisinə düşmür, həmin yaşıllığın və gül dükanının söküləcəyi planlaşdırılmayıb. Buna görə də «GOLD RESİDENCE» MMC tərəfindən söküləcəyi planlaşdırılan Fətəli Xan Xoyski prospekti, 128 ünvanda yerləşən yataqxananın sağ tərəfində yerləşən «Gloriya» gül dükanınadək ərazinin hasarlanması qanunsuzdur. Sakinlərin iddiasına görə, çox güman ki, «GOLD RESİDENCE» MMC-nin rəhbərliyi binalarının yanındakı yaşıllığa da göz dikib.



Sakinlər «GOLD RESİDENCE» MMC-nin hərəktləri barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də məlumat veriblər:
“İmkan vermək lazım deyil ki, bəzi işbazlar COP29 tədbirini bəhanə gətirərək şəhərimizi və onun sakinlərinə qarşı yuxarıda göstərdiyimiz qanunsuz əməllərə yol versinlər, bu dövlət tədbirindən öz çirkin əməlləri üçün istifadə etsinlər”.
Sakinlər müraciətlərinin sonunda aidiyyəti dövlət qurumlarından xahiş edirlər ki, cavabdeh şəxslər cəzalandırılsın, onların qanunsuz çəkdiyi hasar sökülərək yalnız müvafiq plana uyğun olaraq nəzərdə tutulmuş söküntü-tikinti ərazisinə çəkilsin.
Reyting.az «GOLD RESİDENCE» MMC rəhbərliyinin də məsələyə münasibətinə yer ayırmağa hazırdır.
Onu da qeyd edək ki, sökülməsinə başlayan yataqxana sakinləri də sosial şəbəkələrdə «GOLD RESİDENCE» MMC-ni qanunsuzluqda ittiham edirlər.



Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 19 iyun Fətəli xan Xoyskinin qətlə yetirildiyi gündür - ANIM

    19 iyun Fətəli xan Xoyskinin qətlə yetirildiyi ...

    19-06-2018, 13:52

  • 
  • "BakuBus"dan yeni marşrut və sərnişinlər üçün şərtlər

    "BakuBus"dan yeni marşrut və ...

    7-11-2015, 12:58

  • 
  • ”Azadlıq Residence" MMC VƏTƏNDAŞA QARŞI... - “Ədalətin bərpası üçün mənə kömək edin...”

    ”Azadlıq Residence" MMC VƏTƏNDAŞA QARŞI... - ...

    23-10-2021, 10:52

  • 
  • Bakıda 112 ailənin evi sökülür - Sakinlər yolu bağladı

    Bakıda 112 ailənin evi sökülür - Sakinlər yolu ...

    7-07-2017, 19:43

  • 
  • Bakının 90 yaşlı qəzalı binası: Sakinlər qorxu içində yaşayır - FOTO

    Bakının 90 yaşlı qəzalı binası: Sakinlər qorxu ...

    20-04-2021, 14:24


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu