GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » SHXÇDX-də özbaşınalıq səngimir

SHXÇDX-də özbaşınalıq səngimir

Tarix: 19-09-2024, 18:14 Bölmə :GündəmXəbər / Manşet Baxış: 458


2021-ci ildən Bakı şəhərinin Binəqədi qeydiyatına keçmişəm. Əvvəllər Qazax şəhərində qeydiyyatında idim. Bölgə qeydiyyatında olduğum zaman iki dəfə (2014-cü və 2020-cü ildə) rahat, maneəsiz Qazax Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsində (hərbi komissarlıq) hərbiçi olduğum dönəmdəki şəxsi işimlə maraqlanmışam. Qeydiyyat yerimi dəyişdiyimdən sonra (artıq 3 ildən çoxdu) Binəqədi rayondakı hərbi komissarlığa gedib şəxsi işimlə yenidən maraqlanmaq istədim. Mən 6 il 10 gün Azərbaycan Ordusunda qulluq etmiş, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişəm və ehtiyatda olan zabitəm. Şəxsi işimlə də istədiyim vaxt, istənilən şəraitdə maneəsiz tanış olmağa haqqım var. Bunu da  qanunlar deyir, özümdən çıxarmıram. Bu minvalla 03.07.2024-cü il tarixdə saat 17.05 radələrində ( iş vaxtı 18.00 da bitir) Binəqədi Rayon hərbi komissarlığına yaxınlaşdım. Növbətçilik olan və mobil telefonla oynayan bir kapitana yaxınlaşdım. O, çox “məşğul” olduğundan məni yola verərək: “şəxsi işlərə baxan şəxs hazırda məzuniyyətdədi, sabah yaxınlaş”. Mən onun qeyri-etik və yola verdi cavabından sonra “cənab kapitan, qanunda göstərilməyib ki, ehtiyatda olan zabit şəxsi işiylə tanış olmaq üçün kiminsə məzuniyyətdə olub-olmasında asılı olsun”. Bu cavabımdan sonra həmin kapitan Tural müəllimə yaxınlaş dedi. Tural müəllim deyilən şəxsin otağı qarşısında çatanda onun bir mayor olduğunu görüb, nizamnamənin göstərdiyi qaydada özümü təqdim edərək şəxsi işimlə tanış olmaq istəyimi bildirdim. O, isə mənə gedin 2-ci mərtəbədəki Firdovsi müəllimə yaxınlaşın dedi. Adı çəkilən mülki şəxsə yaxınlaşandan sonra o, qısaca mənim kimliyimlə maraqlandı. Qarşı tərəf zabit olmama şübhəli kimi yanaşdı. Bunu anladıqdan sonra ona ehtiyatda olan zabit hərbi vəsiqəmi təqdim etdim. Diqqətlə baxdıqdan sonra vəsiqəmi kserosürətini çıxardı və əlaqə nömrəmi soruşdu. Mən əlaqə nömrəmi deməyə tələsmədən şəxsi işimlə tanış olmaq istədiyimi bir daha (bir neçə dəfə) dedim.

 O, mənə cavab verməyərəq, nömrəmi yenidən soruşdu. Mən ondan bir daha şəxsi işimlə maraqlanmaq istəyimi və niyə bu barədə sualıma cavab vermədiyinizi sual etdim. O, isə hırıldayaraq “qanunda hərbi qulluqçuların şəxsi işiylə maraqlanmasına icazə yoxdu” dedi. Mən ona Qazax  qediyyatında olduğum zaman 2 dəfə şəxsi işimlə tanış olduğumu vurğuladım. Eyni zamanda qanuna görə hərbi qulluqçunun şəxsi işiylə tanış olmasıyla bağlı məhdudiyyət olmadığını, əgər qanuna dəyişiklik olubsa, bu hansı maddə və bənddə göstərildiyini ona deyərək sual etdim. Amma qarşı tərəf yenə gülərək “sənə heç nə göstərə bilmərik, əlaqə nömərini ver, sabah mütləq səninlə əlaqə saxlayacağıq”. Amma nə sabah, nə də digər günlərdə mənimlə əlaqə saxlayan olmadı. Belə olduqda 09.07.2024-cü ildə tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzər Dövlət Xidmətinin Rəisi Mürsəl İbrahimova yazılı şikayətlə müraciət etməklə yanaşı xidmətin “9100 Çağrı mərkəzi”nə də zəng edərək bu barədə bildirdim. Təxminən iki həftə sonra müraciətimə cavab gəldi və məni Zərifə Əliyeva küçəsi 30 ünvanında yerləşən SHXÇDX binasına çağırıb baş vermiş hörmətsizliklə bağlı izahatımı aldılar. Səmimi deyim ki, şikayətimi araşdıran kapitan Sahib Ağa (soydadı Ağadır) məni nəzakət, ehtiramla qarşılayaraq dinlədi və şikayətimin obyektiv araşdırılacağını və nəticəsi barədə mənə yazılı cavab göndərəcəyini bildirdi. Amma şikayətimə cavab bir aydan çox gecikdi. Belə olduqda 11.09.2024-cü il tarixdə yenidə yuxarıda qeyd olunan ünvana yaxınlaşıb mənə niyə cavab məktubunun gəlinməməsiylə maraqlandım. 

Kapitan Sahib Ağa bildirdi ki, 2 həftədən çoxdu ki, qeydiyatda olduğum Binəqədi rayonu Cəfər Cabbarlı küçəsi ev 14 a-ya məktub göndərilib və siz məktub çoxdan çatmalıydı. Mən kapitana xatırlatdım ki, həm Mürsəl İbrahimov adına yazdığımı şikayətimdə, həm də izahatımda faktiki yaşadığım ünvanı göstərmişəm, ora niyə göndərməmisiz? Belə olduqda Sahib Ağa bir neçə saat ərzində 16.08.2024-cü ildə qeydiyatda olduğum ünvana göndərdiyi cavab məktubunu əlbəəl mənə təqdim etdi. Buna görə ona təşəkkür etdim və xudafizləşdik. Bir neçə saat sonra şikayət məktubuma gələn cavabı oxuyandan sonra gözüm kəlləmə çıxdı. Orda qeyd olunur ki: “Xidmətin Binəqədi rayon idarəsinin əməkdaşlarının qanunsuz hərəkətləri barədə SHXÇDX-nə ünvanladığınız müraciətə baxılmış, idarənin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi haqda göstərdiyiniz xüsusatlar təsdiqlənməmişdir”. Şikayətimə cavab mətubunun sonunda Təşkilati nəzarət baş idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Əziz Hidayevin adı və imzası yer alırdı. Bu o deməkdir ki, siz Binəqədidəki əməkdaşlarımıza böhtan atırsız, onlar düzgün xidmət edir. Yaxud da mən ağlımı itirmişəm. Halbu ki, hadisə kamera altında olub. 

Görünən odur ki, SHXÇDX-də harınlıq, özbaşınalıq, qanunsuzluq və ehtiyatda olan zabitlərə və vətəndaşlara qarşı kobudluq halları çox olması bir kənara, bu halları qarşı  göz yummaq və ya qudurğan “əməkdaş”ların əməllərini baş idarədə ört-basdır edənlər də az deyil. Yəni hidayevlər kimi “rəis”lər durduqca bu cür özbaşınalıqlar artmaq şkalası üzrə davam etməsi aksiyomadır. Dediklərimin böhtan, yalan olmamasının sübutu kimi SHXÇDX-in rəsmi saytında yer alan özbaşınalıq, korrupsiya və digər qanunsuzluqlarla bağlı hesabtaları da yer alır. Belə ki, xidmətin saytında 07.03.2024-cü il tarixdə “Dövlət xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib” başlıqlı xəbərində qeyd olunur: 

“Qanunvericilik tələbini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq otən il (2023-cü il – red A.İ) 78, 2024-cü ilin I yarımilliyində isə 140 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülmüşdür. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə isə 25 fakt üzrə 47 nəfər barəsində toplanmış materialları prossesual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir”. Qeyd etdiyim xəbərlə bağlı ətraflı aşağıdalı linkdə daxil olub daha geniş məlumat almaq olar:

https://www.seferberlik.gov.az/az/news/detail/864

Göründüyü kimi SHXÇDX-də qanunsuz əməllərdə 2 dəfə artım olması şübhəsizdir. Bu təbii ki, üzə çıxarılan özbaşınalıqlardır. İndi düşünün gizlədilən, ört-basdır edilən, vətəndaş şikayətlərinə laqeyd, yolaverdi, etinasızlıq nəticəsində yüzlərlə, bəlkə də minlərlə  qanunsuzluqlar, özbaşınalıqlar, cinayətlər gizlədilir. Görünən odur ki, SHXÇDX-in baş idarəsində və yuxarı eşalonunda ciddi yoxlamalar aparılmalı tədbirlər görülməsinə ehtiyac var. Adı çəkilən dövlət qurumunda qanunlara tüpürməklə yanaşı ölkə başçısı İlham Əliyevin “mən daxil, bütün məmurlar xalqın xidmətçisidir”, “məmurlar və dövlət orqanlarında çalışan hər bir kəs vətəndaşların hüquqlarını təmin etməli, onların müraciət, şikayətlərini yüksək səviyyədə təmin etməyə borcludur” və digər bu kimi çağırışlarını qulaq ardına vurub, saymamazlıq edən poqonlu naqislər çoxdur. Demək ki, Arzu Rəhimov ilə Mürsəl İbrahimov dəyişikliyində müsbətə doğru irəliləyiş görünmür. Bir vətəndaş, ehtiyatda olan zabit və jurnalist kimi şikayətimlə bağlı obyektiv araşdırma aparılıb Binəqədidəki özbaşınalıq, harınlıq edən “əməkdaş”larınızla bağlı ciddi ölçü götürülmədiyi və şəxsi işimlə maneəsiz, geniş şəkildə tanış olmağımla bağlı məhdudiyyət aradan qaldırılmayana kimi haqlarım uğrunda inadkarcasına mücadilə aparacam və SHXÇDX-ni məhkəməyə də verəcəm. 


ABDULLA İSMAYILOĞLU

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başladı

    Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin ...

    21-09-2020, 10:24

  • 
  • Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi işdən çıxarılıb

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət ...

    6-10-2018, 15:13

  • 
  • Dövlət xidməti ehtiyatda olan zabitlərin çağırışı barədə

    Dövlət xidməti ehtiyatda olan zabitlərin çağırışı ...

    5-08-2014, 22:02

  • 
  • Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb

    Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış ...

    2-04-2018, 10:21

  • 
  • Dövlət Xidməti hərbi xidmətə çağırışla bağlı MƏLUMAT YAYDI

    Dövlət Xidməti hərbi xidmətə çağırışla bağlı ...

    29-03-2021, 12:23


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu