GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “BOZ KARDİNAL”IN MÜLK DAVASI – Mehdiyev bir zamanlar sifarişlər verdiyi məhkəmələrin ümidinə qalıb

“BOZ KARDİNAL”IN MÜLK DAVASI – Mehdiyev bir zamanlar sifarişlər verdiyi məhkəmələrin ümidinə qalıb

Tarix: 15-10-2024, 13:55 Bölmə :GündəmXəbər / Manşet Baxış: 329

“BOZ KARDİNAL”IN MÜLK DAVASI –

Ramiz Mehdiyevin qızı Kəmalə Əliyeva "Baku Steel Company" MMC Müşahidə Şurasının keçmiş sədri Rasim Məmmədovun işi üzrə məhkəmədə Bakı Oksford Məktəbi binasının müsadirəsinə dair qərardan şikayət verib.

İşi Bakı Ağır Cinayətlər Məhkəməsi araşdırıb. Hökm və əmlakların müsadirəsi haqda qərarı da bu məhkəmə çıxarıb. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişməyib. Bakı Oksford Məktəbində 100 faizlik payın tən yarısının sahibi olan Mehdiyevin qızı bir müddət öncə Bakı Ağır Cinayətlər Məhkəməsinə ərizə göndərərək məktəb binasının müsadirəsinə dair qərarın onun mülkiyyət hüququnu pozduğunu vurğulayıb.

K.Əliyeva məhkəmədə R.Məmmədovun həyat yoldaşına - məktəbin digər payçı və təsisçisi Mehriban Məmmədovaya və Ədliyyə Nazirliyinə qarşı iddia qaldırıb. Ancaq Səbail Rayon Məhkəməsi həmin iddiaya baxmaqdan imtina edib.

Faktiki olaraq, Ramiz Mehdiyev qızının adı ilə Azərbaycan Ədliyyə Nazirliyinə, yəni, dövlətə, hakimiyyətə qarşı məhkəmə iddiası qaldıraraq, mülkiyyət davası aparır, Azərbaycan məhkəməsindən haqq-ədalət istəyir. Bu o deməkdir ki, bir zamanların “boz kardinalı”, “Rusiya canişini”, az qala ölkənin “hakimi-mütləqi” Ramiz Mehdiyev bu gün Azərbaycan məhkəmələrinin ümidinə qalıb. O məhkəmələrin ki, Prezident Administrasiyası rəhbəri olanda onlara yüzlərlə, minlərlə sifarişlər verib, haqsız, ədalətsiz, insafsız qərarlar çıxartdırıb. İndi özü və ailə üzvləri həmin məhkəmələrdən ədalət istəyir...

Azərbaycan hüquq-mühafizə, məhkəmə sisteminin vəziyyətini nəzərə alsaq, sırf hüquqi, qanuni, texniki baxımdan ola bilsin ki, doğrudan da iddia qaldıran mehdiyevlərə qarşı haqsızlıq edilib. Mehdiyevin özü bu cür məsələlərin məhkəmələrdə həll olunmadığını hamıdan yaxşı bilir. Buna baxmayaraq, ümumilikdə ölkədəki ədalət tərəzisinin və onun tərkib hissəsi olan bugünkü məhkəmə sisteminin formalaşmasında “misilsiz xidmətləri” olan sabiq PA rəhbərinin həmin məhkəmələrdən ədalət istəməsi həm ibrətamiz, həm də acınacaqlı mənzərədir. Bu mənzərə hər nə qədər “ürəkdən tikan çıxaran”, “ilahi ədalət” təsiri bağılasa da, eyni zamanda o deməkdir ki, mehdiyevlər, qaralovlar, mahmudovlar və s. getsə də, dövlət institutları, məhkəmələr, həmçinin, ümumilikdə cəmiyyətdəki “ədalət tərəzisi” o qədər də dəyişməyib və yaxın zamanda dəyişənə də bənzəmir...
Beləliklə, mehdiyevlərin adına olan mülklərin cüzi də olsa bir hissəsi əllərindən alınır. Baxmayaraq ki, adətən məmur elitasında əmlak məsələsində bir-birilərinin “ayağını tapdamırlar”. Hətta bir zamanların ən qatı “müxalifət lideri” olan Rəsul Quliyevin belə mülklərinə demək olar, dəymədilər. Sonuncu dəfə onun adına olan böyük və bahalı torpaq sahəsini də özünə qaytardılar. Ona görə də ola bilsin, R.Mehdiyevin “şikayəti” də nəzərə alınacaq...

Əlbəttə ki, Mehdiyevin ailəsi bir bina, yaxud mülk itirməklə kasıb olmayacaq. Zatən bu mülklərin, əmlakların, aktivlərin sayı-hesabı yoxdur. Bu baxımdan anlamaq olmur, bu mülkiyyət davası prinsip məsələsidir, yoxsa adi acgözlük, tamahkarlıq, var-dövlət hərisliyi?...

Əslində, bu əhvalatın başqa bir vacib tərəfi var. Göründüyü kimi, bu gün akademik(!) və filosof(!) Ramiz Mehdiyevin davası cəmiyyəti düşündürən yüksək mədəni, elmi, fəlsəfi, hüquqi, siyasi dəyərlər, dövlətçilik, şəxsiyyət, mənəviyyat və s. davası yox, mülkiyyət davasıdır! Bu baxımdan hazırda onunla məsələn, sabiq deputat Hüseyn Abdullayevin (“Quska”), yaxud mülkləri əlindən alınan hansısa sabiq icra başçısının heç bir fərqi yoxdur. Və bundan böyük özünüifşa da ola bilməz! Bəs vəzifədə olduğu illərdəki millətin, dövlətin bugünü və gələcəyilə bağlı konseptual, elmi-siyasi, akademik çıxışlar, açıqlamalar, məqalələr və s. necə oldu? Nədənsə həmin dövrdəki “mütəfəkkir”, “filosof”, “akademik” statusları ilə bu gün dövlətlə mülkiyyət davası aparan “iş adamı” statusu qətiyyən üst-üstə düşmür. Məntiqlə “akademik və filosof” Mehdiyev bu gün dövlətlə, hakimiyyətlə, millətlə mülk davası yox, tamamilə başqa şeylərin - savadsızlığın, mövhumatın, geriliyin, elmsizliyin, hüquqsuzluğun və s. davasını etməli idi. Xüsusilə də bilə-bilə ki, Azərbaycanda hamı bu mülklərin hansı pullarla, hansı yollarla alındığını, mənimsənildiyini gözəl bilir.
Mehdiyev bu mülk davası və məhkəmələrə şikayətlərilə elə bir mənzərə yaradır ki, onun vaxtilə dərc etdirdiyi palaz-palaz məqalələr, çıxışlar, kitablar hazırda bəlkə də “San-Marino” universitetinin, yaxud Elşad Abdullayevin saxta universitetinin diplomunu almış, minlərlə sifarişli hökmlər çıxarmış hansısa bir hakimin qərarından dəyərsiz olur.
Digər tərəfdən, bütün bu baş verənlərdə təəccüblü bir şey yoxdur - Azərbaycanın köhnə və yeni tarixində “əsərləri”, məqalələri, kitabları sonradan makulaturaya çevrilən azmı saxta alimlər, akademiklər, siyasətçilər, mütəfəkkirlər olub?.../“AzPolitika.info”/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramiz Mehdiyevin qızının müsadirə olunan əmlakı 25 milyona hərraca çıxarılır - TƏFƏRRÜAT

    Ramiz Mehdiyevin qızının müsadirə olunan əmlakı ...

    12-07-2024, 23:24

  • 
  • Rasim Məmmədovun həbsi ilə bağlı İLGİNC İDDİA - Son anda Ramiz Mehdiyev...

    Rasim Məmmədovun həbsi ilə bağlı İLGİNC İDDİA - ...

    2-02-2021, 11:52

  • 
  • Ramiz Mehdiyevin general oğlu da "laxlayır": - Rasim Məmmədovun həbsinin bəzi mübhəmləri

    Ramiz Mehdiyevin general oğlu da ...

    29-01-2021, 17:07

  • 
  • Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir

    Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi ...

    3-09-2024, 16:43

  • 
  • “Baku Steel Company” Ramiz Mehdiyevin əlindən çıxdı

    “Baku Steel Company” Ramiz Mehdiyevin əlindən ...

    12-05-2020, 21:44


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (3)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu