GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər »  “20 min dollarımızı “yedilər”, nəticəsi isə sıfırdır” - Azərbaycan vətəndaşı Türkiyənin “A life Park” hospitalından şikayətçidir

 “20 min dollarımızı “yedilər”, nəticəsi isə sıfırdır” - Azərbaycan vətəndaşı Türkiyənin “A life Park” hospitalından şikayətçidir

Tarix: 22-10-2024, 12:09 Bölmə :GündəmXəbər / Manşet Baxış: 293
 “20 min dollarımızı “yedilər”, nəticəsi isə sıfırdır” -

GUNDEMXEBER.AZ bildirir ki, Azərbaycan vətəndaşı Fətəliyev Ağamirzə Hacıbala oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. O, Türkiyənin “A life Park” hospitalından şikayətçidir. A.Fətəliyevin müraciətini olduğu kimi dərc edirik:

“Mən, Fətəliyev Ağamirzə Hacıbala oğlu, bildirirəm ki, 2022-ci il aprel ayının 14-də həyat yoldaşım Gülgəz Fətəliyevanın sağ dizində olan protez bərpa olundu. 15 aprel tarixində yoldaşımı evə gətirdim.
16 aprel 2022-ci il tarixində insult keçirdi. O vaxtdan bəri daha iki dəfə, 2022-ci ilin dekabr ayında və 2024-cü ilin mart ayında insult keçirib. Bu səbəbdən, hərəkətsiz qaldığı üçün sağ dizində olan protez yararsız hala düşdü, xəstə ayaq üstə dura və hərəkət edə bilmədi. Hal-hazırda xəstə 1-ci qrup əlildir.

Sağ dizindəki protezi dəyişdirmək üçün tanınmış travmotoloq , ortoped həkimlərə müraciət etdik. Onlar dedilər ki, xəstə müəyyən müayinələrdən keçəndən sonra biz qərar verə bilərik. Ən əsas müayinədən biri də boyun damarları oldu. Hansı ki, beyni qanla təmin edirlər.

Kompüter tomoqrafiyası zamanı aşkar olundu ki, sağ tərəfdə damar 100 faiz, sol tərəfdə isə 30 faiz tutulub.
Bakıda olan 4 tanınmış damar cərrahından heç biri bu damarları əməliyyat etməyə razılaşmadılar. Dedilər ki, o damarlara əl vurulsa xəstə öləcək.
2 il 5 aydan sonra qərara aldıq ki, Türkiyənin ya İstanbul, ya da Ankarada olan klinikalarının biri ilə əlaqə saxlayaq, bəlkə bu əməliyyatı apara bilən həkim tapıldı. 17 avqust 2024-cü il tarixində Azərbaycanda uzun müddət çalışmış Avni və Mehmetali Metin adlı tanışlarıma müraciət etdim. İki gün keçmiş Mehmetali Metin mənə zəng edib dedi ki, Türkiyənin Ankara şəhərində yerləşən tanınmış “A life Park” adlı hospital var, sənədləri göndər, baxıb qərar versinlər.
Mən də rentgen və tomoqrafiya çəkilmiş diskləri ona göndərdim. Əlavə olaraq dedim ki, boyun damarları tıxanıqlı olduğuna görə buradakı həkimlər protezi dəyişdirməyin qeyri-mümkün olduğunu dedilər. Bildirdim ki, professorlar göndərdiyim sənədlərə, disklərə diqqətlə baxıb, sonra qərar versinlər. Müsbət qərar verdikləri halda əməliyyatın dəyərini də dəqiqləşdir ki, hazırlıqlı gələk. Onu da xahiş etdim ki, dəqiqləşdirsin, ora gələndən sonra deməsinlər ki, əlavə bu qədər ödəməliyik.

İki gün sonra Mehmetali Metin mənə zəng edib dedi ki, əməliyyatların qiyməti hər şey daxil 22 min dollar olacaq. Bura gələndən 2 gün sonra sol damar, 5 gün sonra sağ boyun damarı, 7 gün sonra protez dəyişdiriləcək. 7 gün sonra durub, ayağı ilə Bakıya gedəcək.
Biz həm kədərləndik, həm də sevindik. Kədərləndik, ona görə ki, 22 min dollar tapılacaqmı?! Qızım birotaqlı evini təcili olaraq 45 min manata satdı. Sentyabrın 8-də Ankaraya getdik. Axşam saat 23-də xəstəxanaya çatdıq. Mehmetali Metinin iştirakı ilə 20 min dolları (depozit yatırımı) köçürdük.
9 sentyabr 2024-cü il tarixindən qan analizləri, dizin rentgeni, baş-boyun tomoqrafiyası və s. müayinələrə başladılar. Bu proses sentyabrın 12-ə kimi davam etdi.
Həkimin 10 dəqiqə konsultasiyasına görə, 13 587.04 TL (399.62 dollar) ödəniş yazıblar. Konsultasiyanın nəticəsi yoxdursa, o ödəniş olunmamalıdır. Yaxud fizioterapiya və reabilitasiya (A qrupu) – 2 683.44TL (79 dollar). Hansı fizioterapiyadan söhbət gedə bilər? Diaqnoz qoyulmadan fizioterapiya və reabilitasiya necə oluna bilər? Bir halda ki, müayinələrin nəticəsi olmadı, biz onlara ödəniş etməməliyik. Nazmiyə xanım (baş müdirin köməkçisi) anladı ki, əməliyyat baş tutmayacaq.

Müxtəlif bəhanələrlə bizi 15 gün orada saxladılar. Ödədiyimiz pulları rahatlıqla həzm etdilər. Mən Mehmetali Metinə dedim ki, bizim bu günə qədər nə qədər xərcimiz çıxıb? Nazmiyə xanım axşam mənə dedi ki, 21 min 730 dollar xərclənib. Lkain heç bir əməliyyat baş tutmadı. Bir sözlə, 20 min dollar pulumuzu “yedilər”, nəticəsi isə sıfırdır”.


GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dövlət başçsının qulağına protez taxıldı

    Dövlət başçsının qulağına protez taxıldı ...

    10-07-2013, 12:54

  • 
  • Aprel döyüşlərində iştirak edən hərbçini işə götürmədilər

    Aprel döyüşlərində iştirak edən hərbçini işə ...

    8-11-2017, 14:27

  • 
  • Xalq artisti insult keçirdi

    Xalq artisti insult keçirdi ...

    24-08-2017, 11:53

  • 
  • Vətəndaş Gəncə DSMF-dən narazılıq edir - Müraciət...

    Vətəndaş Gəncə DSMF-dən narazılıq edir - ...

    23-12-2020, 10:56

  • 
  • “NMR-nın sabiq DİN rəhbərinin qardaşı 140 000 pulumu ələ keçirib”

    “NMR-nın sabiq DİN rəhbərinin qardaşı 140 000 ...

    21-05-2018, 21:58


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu