Ötən həftə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında paytaxtda yağıntının yaratdığı fəsadlara münasibət bildirərkən demişdir: "indi vəziyyəti təhlil etməliyik ki, niyə hansısa ərazidə xoşagəlməz mənzərə yaranıb. Ola bilsin tikinti zamanı bəzi nöqsanlara yol verilib. Hər halda birmənalı qiymət vermək hələ tezdir. Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər strukturların nümayəndələri ilə birlikdə bu gün axşam yığışıb yaranmış vəziyyəti təhlil edəcəyik və ondan sonra müəyyən tədbirlər görüləcək”.
Hətta Eldar Əzizov yağışın normadan artıq yağmasının gözlənilməz olduğunu da demişdir.
Görünən odur ki, bu gün Bakıda heç də normadan artıq yağış yağmayıb. Amma palçıqlı sel-suları Bakının küçələrinə axıb. Əldə etdiyimiz video çəkilişdən məlum olur ki, kanalizasiya sistemləri normal işləmir və Bakı küçələrində heç bir tədbirlər görülmür.
Cüzi yağışın yağmasına baxmayaraq, yollar palçıqlı sel-sularının axması nəticəsində iflic olur. Belə olan halda məsuliyyət kimin və hansı qurumun üzərinə düşür?
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?