GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Bu adam meşədə BAZAR AÇIB...” - NAZİRİN NƏZƏRİNƏ!

“Bu adam meşədə BAZAR AÇIB...” - NAZİRİN NƏZƏRİNƏ!

Tarix: 3-11-2024, 12:22 Bölmə :GündəmXəbər / Manşet Baxış: 281

“Bu adam meşədə BAZAR AÇIB...” - NAZİRİN NƏZƏRİNƏ!

GUNDEMXEBER.AZ bildirir ki, Gədəbəy rayonu, Kələman kənd sakini Hacıyev Rasim Şəmşəd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayeva müraciət ünvanlayıb. Müraciəti olduğu kimi dərc edirik:

“Yazıb bildirmək istəyirəm ki, Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin Saratovka meşəbəyliyinin 7 saylı meşə dolayının gözətçisi İbrahimov Mübariz Qiyas oğlu ciddi qanun pozuntuları həyata keçirir. O, bizim haqlarımızı pozmaqla məşğuldur. Qeyd edim ki, bu adam meşədə “bazar açıb”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “168” çağrı mərkəzinə zəng edib şikayətimizi bildirsək də, heç bir nəticəsi olmayıb. Meşə gözətçisi İbrahimov Mübariz Qiyas oğlu öz çirkin əməlindən əl çəkməyərək, yenə də meşəni qırıb satmaqla və gözəl meşə sahəsini məhv etməklə məşğuldur
2022-ci ilin noyabrından indiyə qədər dəfələrlə Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin Direktoru Vasib Nəbiyeva şikayətimi bildirsəm də, heç bir tədbir görülmədi. Hətta mənə dedi ki, mən o gözətçini işdən azad edə və onun barəsində hansısa tədbir görə bilmərəm.
Məlum oldu ki, meşəni qırıb satan gözətçi İbrahimov Mübariz Qiyas oğlu, elə həmin mərkəzin direktoru Vasib Nəbiyev başda olmaqla, mərkəzin digər vəzifəli işçiləri və eyni zamanda meşəbəyi Əfqan Mustafayevlə əlbir işləyir. Ona görə də, rahatıqla meşəni qırıb satırmış.
Meşə ərazisi bizim evin arxa hissəsindən başlayır. Gözətçi Mübariz İbrahimov 2023-cü ilin yanvar ayında, biz evdə olmadığımız zaman, 19 ədəd fıstıq ağacını müxtəlif diametrlərdə kəsdirib satmışdı. Mən gəlib görəndə dəhşətə gəldim. Bu haqda Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vasib Nəbiyeva şikayət etdim. O, yoxlama göndərdi. Yoxladılar Mübariz İbrahimova 1500 manat cərimə protokolu yazıldı. Həmin akta mən də qol çəkdim. Amma araşdırma üçün hüquq-mühafizə orqanına göndərmədilər. İşi öz aralarında həll etdilər.

O, 2-3 aydan sonra yenə meşəni qırıb talamağa başladı. Mən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayeva yazdım. Nazirlikdən məktub gəldi. Tovuz Regional 2 saylı Ekologiya İdarəsinin və Şəmkir Regional Meşə Təsərrüfatı mərkəzinin əməkdaşları birgə yoxlamaya gəldilər. Mənə bildirildi ki, sizə məktub göndərəcəyik. 1-2 ay keçdi, məktub gəlmədi. Belə olduqda, Meşə İdarəsinə gəldim. Mənə heç bir məlumat verilmədi.

Oğuz, Xanlar və Şəmkir rayonlarında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin qəbulunda olmuşam. Cənab nazir sağ olsun, məni qəbul etdi, şikayətimi dinlədi. Mənim əlimdə olan faktları da götürdü. Tapşırdı ki, bu işlə bağlı yoxlama getsin.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 2 nəfər yoxlamağa gəldi. Yenə də meşə ərazisi yoxlanılmağa başlanıldı. Mən qanunsuz kəsilmiş ağacları göstərdikdə onlar dəhşətə gəldilər. Dedilər ki, cavan ağacı necə kəsiblər?! Lakin gözətçi Mübariz İbrahimov yoxlanışa mane oldu. Meşənin 40 faizi yoxlanılmadı. Məsələni öz aralarında həll etdilər. Yenə də araşdırmanın nəticəsi mənə göndərilmədi. Şəxsi nömrələrinə yığdım ki, siz məni aldatdınız, araşdırmanın cavabı mənə gəlmədi. Dedilər ki, məktubu sizə göndərmişik, yəqin poçtda problem olub. 3 gündən sonra araşdırmanın nəticəsini göndərdilər. Məktubda yazılmışdı ki, meşədə qanunsuz kəsilmə aşkar olunub, bununla bağlı aidiyyatı orqanlara məlumat verilib. Lakin heç bir ciddi tədbir görülmədi.

Cənab nazir Muxtar Babayev Şəmkir rayonunda vətəndaşları qəbul edən zaman yenidən qəbuluna getdim. Məktubu cənab nazirə göstərdim.

Lakin Mübariz İbrahimov yenə də öz işinin başındadır.

Məsələni bağlamaq üçün dedilər ki, ağacları naməlum şəxs kəsib. Belə bir variant işlətdilər.

Qeyd edim ki, bizim ərazidə qaz yoxdur, istilik üçün odundan istifadə edirik. Qırılmış ağac vardı, onu gətirmək istəyəndə gözətçi Mübariz İbrahimov və meşəbəyi Əfqan Mustafayev polis əməkdaşlarına məlumat verdilər, bizi tutdular. Bizə bildirildi ki, əlavə odun oğramışıq. Şəmkir Regional Meşə Təsərrüfatından Rövşən və Tural müəllim gəldi, yoxlama keçirdilər. Mənə dedilər ki, götürdüyün 2 kub metr odunun 480 manat cəriməsi var. Mən də onlara inandım. Məndən Mübariz İbrahimov və Əfqan Mustafayev 1000 manat aldılar. Onlardan çek tələb etdikdə isə bildirildi ki, çekini sənə verəcəyik. Tural və Rövşən müəllim də orada idi. 1 aydan sonra çekimi aldım. Çeki alanda baxıram ki, 48 manat cərimə yazılıb, deməli, məni aldadıblar”.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məumat verilib. Qurumdan əməkdaşımıza bildirildi ki, araşdırılıb məlumat veriləcək.











GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirlik əməkdaşları 14 nəfərlik dəstə tərəfindən döyüldü

    Nazirlik əməkdaşları 14 nəfərlik dəstə tərəfindən ...

    3-07-2017, 19:42

  • 
  • Cəlilabadda güclü meşə yanğını

    Cəlilabadda güclü meşə yanğını ...

    30-07-2015, 23:56

  • 
  • Ayıl, ay Muxtar müəllim, MEŞƏDƏ AĞAC QALMADI EEE... - RƏSMƏN QIRĞINDIR...

    Ayıl, ay Muxtar müəllim, MEŞƏDƏ AĞAC QALMADI ...

    21-09-2022, 10:25

  • 
  • Lerikdə vəzifəli şəxslərə ağır bədən xəsarətləri yetirən ata və iki oğlu həbs olunub

    Lerikdə vəzifəli şəxslərə ağır bədən xəsarətləri ...

    4-07-2017, 11:54

  • 
  • Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzi üzərinə düşən öhdəlikləri pozaraq rayonların meşələrinin dağıdılmasına, meşə zolağına mal-qaranın, hətta donuzların lövbər salmasına şərait yaradıb

    Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzi üzərinə ...

    7-10-2019, 15:40


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu