GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Adil Əliyev Suraxanıda hər şeyi görür, amma “Günəşli İnşaat” MTK-nın apardığı qanunsuz tikilini görmür

Adil Əliyev Suraxanıda hər şeyi görür, amma “Günəşli İnşaat” MTK-nın apardığı qanunsuz tikilini görmür

Tarix: 11-12-2024, 23:34 Bölmə :GündəmXəbər / Manşet Baxış: 265

Son vaxtlar Bakı şəhərində qanunsuz tikililərin, tikililərə artırmaların sayı güni-gündən artmaqdadır. Buna xüsusən də paytaxtın mərkəzi hissələrində, əhalinin daha çox istifadə etdiyi metrostansiyaların yaxınlığında, səkilərdə belə daha çox rast gəlinir ki, bu da sakinlərin haqlı narazılığına səbəb olur. Görsənən odur ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi belə qanunsuz tikililərin aparılmasının qarşısını ya ala bilmir, ya da almaqda maraqlı deyil. Qanunsuz formada tikilən obyekt odur ki, ya torpağın sənədi yoxdur, ya tikilməsi üçün vacib qurumdan icazə alınmayıb və yaxud hansısa torpaq sahəsi zəbt olunub, onun üzərində tikinti işləri aparılır. Əlbəttə ki, belə olan halda müvafiq qurumlar tərəfindən həmin qanunsuz tikintilərlə bağlı tədbirlər görülür. Ya söküntüsü, ya da tikintinin dayandırılması həyata keçirilir. Bundan əlavə, inzibati tədbirlər görülür.
Belə qanunsuz tikintilərdən biri də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, 5 ünvanında “Günəşli İnşaat”MTK tərəfindən aparılır. Verilən məlumata görə sözügedən tikinti işlərinin aparılmasına dair aidiyyəti dövlət qurumlarının lazımi icazəverici sənədləri alınmadığı, inşası həyata keçirilən tikiliyə aid müxtəlif işlər görülərkən normativ tələblərə riayət olunmadığı, yaxın yerlərdə yaşayan sakinlərin yolunun qanunsuz zəbt olunması səbəbindən öz evlərinə çətinliklə getdiklərini bildirirlər. Ətrafda yaşayan sakinlər görülən işlərin tikintiyə icazə alınmadan, şəhərin müvafiq ərazisinin memarlıq, estetik görünüşünə xələl gətirməklə, təhlükəsizliyə, eləcə də qanunvericiliyin digər tələblərinə riayət etmədən həyata keçirildiyini, Ə.Mehralıyev keçəsindəki avtomobil yolunun “Günəşli İnşaat”MTK tərəfindən hasarlandığını vurgulayırlar.Bu suallara aydınlıq gətirmək üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət etdik. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən bildirdilər ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mebralıyev keçəsi,5 ünvanında “Günəşli İnşaat”MTK tərəfindən aparılan tikinti qanunsuzdur, icazəverici sənədləri qaydasında deyil. Eyni zamanda onu da bildirdilər ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Suraxanı rayon icra hakimiyyətinə tikintinin dayandırılması üçün məktubla müraciət etmişik.Amma çox təəsüflər olsun ki heç bir dövlət qurumu bu tikintini saxlatdıra bilmir, yada ki qanunsuz tikintini saxlamaqda maraqlı deyildirlər.Görəsən bu tikintinin arxasında hansı oliqarx dayanıb? Suraxanının icra başçısı Adil Əliyev avtomobil yolunun qanunsuz zəbt olunmasına,qanunsuz tikintiyə niyə biganə yanaşır? Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinə əsasən rayon ərazisində müntəzəm olaraq tikintilərə nəzarət məqsədilə monitorinqlər aparmalı,qanunsuz tikililərin qarşısını almaq üçün lazımi hüquqi tədbirlər görməlidirlər. Eyni zamanda avtomobil yollarının qanunsuz zəbt olunması cinayət məsuliyyəti yaradır.

Amma bunlara baxmayaraq iyun ayında Suraxanı rayon İcra Hakimiyyətinə başçı təyin edilmiş Adil Əliyev olunan bütün şikayətləri görməzdən gəlir. Şikayət ətrafında apardığımız araşdırma zamanı məlum oldu ki, Adil Əliyev yeni icra başçısı təyin olunanda özü ilə yüzə yaxın adam gətirərək Suraxanıda qanunsuz tikililərin aşkar edilməsini tapşırıb. Hətta onlara qeyri rəsmi maaş da verir. Onlar hazırda Suraxanı rayonunun ən ucqar nöqtələrinə belə nəzarət edirlər. Amma Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, 5 ünvanında aparılan qanunsuz tikilini görmürlər. Amma görsənən odur ki, Adil Əliyev Prezident İlham Əliyevin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməni də görməzdən gəlir.

Qeyd edək ki, “Günəşli İnşaat”MTK-nın hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov, ev 68, mənzil 17 -də yerləşir. MTK 8 iyun 2021-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 100 manatdır. MTK Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ev 28, mənzil 23-də qeydiyyata alınıb, təsisçisi Alışov Vahid Əli oğludur. Sonra qanuni təmsilçisi Laçın Mustafayev İsmayıl oğlu olub. Hazırda isə Əliyev Rəsul Vüqar oğludur./aktualinfo.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Abutalıbovun adından “saxta sərəncam” üzə çıxdı, Rufullayevə cinayət işi qaldırıldı

    Abutalıbovun adından “saxta sərəncam” üzə çıxdı, ...

    29-08-2018, 12:03

  • 
  • Vəzifəli şəxslər barəsində cinayət işi başlanıb

    Vəzifəli şəxslər barəsində cinayət işi başlanıb ...

    11-12-2018, 13:57

  • 
  • İcra hakimiyyətlərinə xəbərdarlıq edildi

    İcra hakimiyyətlərinə xəbərdarlıq edildi ...

    6-05-2014, 10:10

  • 
  • İcra başçısı qanunsuz hasarladığı ərazidə pivə zavodu tikdirmək istəyir? – FOTOLAR

    İcra başçısı qanunsuz hasarladığı ərazidə pivə ...

    16-12-2017, 15:20

  • 
  • İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərini əlindən aldı

    İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin ...

    2-08-2018, 12:01


Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

May 2025 (339)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1091)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu