Şəmkir rayon Mahmudlu kəndində daimi pasport qeydiyyatda olan, hazırda Nərimanov rayonu Təbriz kücəsi 60 da işləyən Ismayilov Vəli Abdul oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Birinci vitse – prezidenti Mehriban xanım Əliyevaya, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, Baş prokuror Kamran Əliyevə, Daxili işlər naziri Vilayət Eyvazova, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya, Milli Məclisin Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, insah hüquqları komisiyasının sədri Zahid Orucova üzləşdiyi problemin həll olunmasına köməklik göstərmələri barədə şikayət ərizəsi ünvanlanıb.
GundemXeber.Az bildirir ki, bir nüsxəsi də aktualinfo.org-a daxil olmuş şikayət ərizəsində vətəndaş yazır ki,
Hörmətli Prezidentimiz İlham Əliyev cənabları!
Hörmətli Birinci vitse – prezidentimiz Mehriban xanım Əliyeva!
Sizin Azərbaycan Respublikamızda ardıcıl olaraq apardığınız islahatlar sayəsində ölkəmizdə ciddi hüquqi iqtisadi və sosial layihələr həyata kecirilir. Dövlətimizin və Dövlətciliyimizin qorunmasında, insan hüquq azadlıqlarının, ciayətkarlığa qarşı mübarizənin aparılmasında, vətəndaçların pozulmuş hüquqlarının bərpa olunmasında,vətəndaşlara həmişə arxa dayaq durmağınızı bilərək Sizlərə təşəkkür edirəm.
Sizin Ali baş komandan kimi sayənizdə Qarabağ torpaqları erməni işğalcı ordusundan azad olundu. Ulu Öndərimiz Heydər Əliyev siyasətinin ardıcıl davamçısı kimi Sizlərə ailəmiz adından uzun ömür ailə xoşbəxtliyi,möhkəm can sağlığı işlərinizdə yeni yeni uğurlar müvəffəqiyyətlər arzu edirik.
Sizin hümanist alicənab.İnsan haqlarının ,hüquqların qorunmasında insanlara həmişə arxa dayaq durmağınızı , pozulmuş insan haqlarının bərpa olunmasında zəhmətinizi əməyinizi qiymətləndirərək Sizlərə müraciət edirəm
Sizdən xahiş edərək bildirirəm ki, Bakı şəhəri Nərimanov rayonu Təbriz kücəsi 60 da ata-bala kirayə evində təzə acdığımız telefon komputer təmiri satışı magazasında 05 sentyabr 2024-cü ildə gecə saat saat 2-oo da və 6-oo da 4 nəfər qapını dəmirlə qıraraq mağazaya daxil olub təzə və təmirə verilmiş komputer və telefonları cəmi 11 490 (on bir min dörd yüz doxsan ) manat dəyərində yığaraq cıxıb getmişlər. Səhəri 102 xitmətinə zəng olunub.Mağazada görüntülüər cıxarılıb istintaqa təfil verilmişdir. İstintaqa müstəntiq Eldar Babayev işi aparır.
Müstəntiq və prokuror 4 nəfəri cagırıb izahat alınmış və onlar tam boynuna almışlar. Məndə üzləşmədə istirak etdim. Həmin 4 nəfər oğru qrupun baçcısı mənimlə üzləşmədə birgə ogurladıqlarını və hamısını özü satdığını etiraf etdi. Lakin müstəntiq və prokuror məlum səbəblərə görə 3 nəfəri həbs edib əsas qrup baçcısını buraxıblar. Hansı ki bunlar bir necə yerdə maşın oğurlayıb satmışlar. Bu oğurluğa başcılıq edən də, satıb pulu yeyən də Heydərzadə Asiman Elxan oğludur. Bunu prokror buraxdığını deyir mustəntiq.
Əsas oğurluğa başcılıq edən deyilənlərə görə varlı iş adamının oğlu olduğu üçün Heydərzadə Asiman Elxan oğlunu isə buraxmışlar.18 ci polis bölməsi və istintaq tərəfindən vətəndaşların təmirə verdikləri bahalı mobil telefon və kompüterlərini alıb zərərcəkənə vermiyiblər. Vətəndaşlar məndən komputer və telefonlarını tələb edirlər. Mənə vurulan maddi zərər ödətdimir. Xahiş edirəm bu haqda tədbir görəsiniz.
Sizin humanistliyinizə,alicənablığınıza, hüququ pozulmuş vətəndaşların hüquqlarının bərpa olunmasında imkansız vətəndaşlara, ailələrə . həmişə maddi mənəvi kömək,arxa dayaq durmağınızı bilib Sizlərə güvənib, müraciət edib evsiz eşiksiz qalan ailənin borc xərc edib yığdığı cəmi 11490 (on bir min dörd yüz doxsan )manat qaytarıması ücün cinayətkarın layiqli cəza almasına Ərizəmi şəxsən nəzarətinizə götürüb araşdırılıb tədbir görülməsinə sərənancam verməyinizi xahiş edirəm.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?