Çeçenlərin haqsızlığa qarşı barışmaz, eyni zamanda mübariz, cəsur, döyüşkən olduqlarını dünyada bilməyən yoxdur! Rus imperializminə qarşı ən uzunmüddətli mübarizə aparan da bu xalq olub.
Əgər Qafqazın Şeyx Şamil kimi dünyanın tanıdığı böyük şəxsiyyəti, xalqların mübarizə tarixinə misli görünməyən töhfələr verən bir igidi varsa, olubsa, o Qafqazda mütləq bir namərd, müxənnət də olub. Məsələn, Birinci Rusiya-Çeçen müharibəsində ruslara qarşı müqavimət göstərmiş, İkinci Rus-Çeçen müharibəsində isə rusların tərəfinə keçmiş çeçenlərdən biri Ahmet Kadırovdur. Ramzan Kadırovun atası...
Bu xalqın, ömrünü xalqının azadlığı yolunda şama döndərən Cövhər Dudayevi, Şamil Basayevi, Aslan Mashadovu var, özü də minlərlə, yüz minlərlə. Lap Dudayevin dediyi kimi: "Hər çeçen generaldır. İnanmırsınızsa, qarşınıza çıxan ilk çeçenə "Sən generalsanmı" sualını verin. O zaman anlayacaqsınız. Bəli, hər çeçen generaldır. Mən sadəcə milyon birinciyəm!"
Bir nüansı xatırladım: Azərbaycanı öz ölkəsi qədər sevən general Cövhər Dudayev Zaqatalaya qonaq gələrkən 50 mindən çox azərbaycanlı onu görməyə gəlir. O iki xalqı bir-birinə sevdirmişdi.
“Qafqaz qartalı” Şeyx Şamildən sonra “Qafqazın yeni qartalı” Şamil Basayev 1992-ci ildə inandığı silahdaşları ilə Qarabağda ermənilərə qarşı döyüşüb: " Azərbaycanlılarındöyüşməyi bilmir" adi bir təbliğatdır. Azərbaycanlılar döyüşməyi bilirlər, orda gördüm. O vaxt Azərbaycanda idarəçilik yox idi, məsuliyyəti öz üzərinə götürməyə hazır rəhbərlər yox idi. Amma çox peşəkar zabitlər var idi. Amma Bakıda yüksək vəzifələrdə Rusiyada general olanlar da vardı".
Basayev Azərbaycanın Qarabağ müharibəsində uduzması ilə kökündən razı deyildi: "Yeni yaradılmış Azərbaycan ordusunun sıravi heyətinin vətənpərvərliyini gördüm. Kim deyir ki, azərbaycanlılar uduzdular? Qarabağ 100 faiz işğal edilsədə, siz buna arxayın olmayın! Bu müvəqqətidir, keçicidir! Başa düşdüm ki, gec-tez Azərbaycan ordusu və Azərbaycan xalqı qisas alacaq. Yeni müharibə isə tamam başqa cür olacaq"
Rusiya mediası yazır ki, A. Mashadov guya Azərbaycandan incik olub. 2000-ci illərin əvvəlində Azərbaycana gələn (1999-2007) 12 min çeçen qaçqınlardan bir neçəsinin Bakıda həbs edilərək Rusiyaya verilməsinə Mashadovun reaksiyası: “Biz bunu başa düşmürük və heç vaxt başa düşməyəcəyik. Mücahidlərlə heç bir əlaqəsi olmayan Əhmədov qardaşlarının, xüsusən də onlardan böyüyünün həbsi çeçenlərin hiddətinə səbəb olub"- deyə Mashadov bildirmişdi.
Amma çox uzaq zamanlardan son illərə qədər hər iki xalq bir-birinə çox yaxın və mehriban olublar. Bəli, olub, ermənilər, və yaxud rus KQB-si onları qarşıdurmaya sövq edib, hətta arada böyük gərginlik yarada biliblər. Amma heç vaxt çeçenlərlə azərbaycanlılar bir birinə nifrət etməyiblər.
Son olaraq, dünyada "Putinin iti" kimi ad qazanmış Kadırovun Azərbaycana qarşı nifrəti, təyyarəmizi vurdurması, vuranı mükafatlandırması, təyyarəmizin yaxın aeroporta enməsinə əngəl törətməsi, azərbaycanlılara qarşı nə deməsi sizi incitməsin. Çünki, Kadırov öz sözünü demir. Onun boynuna xalta salıb, özünün istəmədiyi dövlətlərə qarşı, siyasətçilərin üzərinə qısqırdan Putinin xəlvəti verdiyi əmrləri yerinə yetirir. O öz sözünü deməyi bacarsaydı, Birinci çeçen müharibəsində (1994-1996) ruslar tərəfindən öldürülən 100 000-dən, ikinci çeçen müharibəsində yenə də rus ordusu tərəfindən öldürülən (1999- 2009) 25,000-50,000 soydaşının qisasını alardı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?