Bir neçə gün bundan öncə şagirdə qarşı şiddətli hərəkətlə gündəmə gələn Astara şəhər 4 saylı tam orta məktəbin direktoru Rəna Hüseynova bu dəfə inanılmaz bir hərəkətlə diqqət mərkəzinə gəlib! O, bəlkə də, şagirdləri döyməyə, “əsəbiydim deyə özümü saxlaya bilmədim” bəhanəsini gətirə bilər, lakin bu dəfə, heç bir bəhanəsi ola bilməz!
Belə ki, o, bu dəfə, şagirdləri müdafiə edən psixoloqun özünü zorakılığa məruz qoyub!
Bəli, bəli! Qadın direktor, kişi psixoloqa, fiziki hücum edib!
Necə deyərlər, sözün bitdiyi yerdəyik! Bir qadın, özü də yaşlı qadın, kişi xeylağına əl qaldırırsa, hücum edirsə, bunun anlamı, tamam başqa bir məsələdir! Bu, artıq bütün sərhədlərin tapdanması, ağılasığmazlığın nəhayətidir!
Qadınkən, kişiyə əl qaldırırsa, deməli kişi olsaydı, yəqin ki, psixoloq indiyə şəhid olmuşdu!
Məsələnin digər aspekti isə budur: bu, necə bir məktəbdir ki, şagirddə döyülür, psixoloq da?!… Əgər psixoloq şagirdi qoruyursa, bəs psixoloqun özünü kim qoruyacaq?..
Şagirdi döyülən məktəbə çarə var, amma psixoloqu döyülən məktəb isə artıq bitibdir, yoxdur!
Xüsusilə də, əgər döyən, direktordusa…
Direktorun bu əməllərinə, nəhayətsiz davranışlara nə ad verək: özbaşınalıq, qanunsuzluq, “fironlaşma”, ya “arxayınçılıq”?
Şərh sizindir…
Əsas məsələyə gələk: Lənkəran-Astara Regional Təhsil İdarəsindən hələ də səs-səmir yoxdur! Bir həftədir ki, şagirdlərin, direktor və müavini tərəfindən bu linki gündəmə gəlib, amma heç “tık” da yoxdur! Nəinki direktoru və “zavuç”u işdən çıxartmaq!
Elə ona görə də direktor, əməllərinin cəzasız qalacağına arxayındır, çünki cəzasızlıq, suç gətirir.
Beləcə, sıra gəldi psixoloqun özünə çatdı..
Lakin, psixoloq Yunis Dürüst də, sakit dayanmır və adekvat addımlar atır, mediaya və sosial mediaya ciddi arqumentlər gətirərək, sözün həqiqi mənasında, təhsil başbilənlərinin başını ağrıdır. Hər halda, gec-tez ya LARTİ ya da elə nazir Əmrullayev, kəskin qərarı vermək məcburiyyətində qalacaq! R. Hüseynovayla hansı əlaqələr qurmalarından asılı olmayaraq, bu qədər nüfuz itkisinin məqbul olmadığını anlayacaqlar….
GundemXeber.Az
P.S. GundemXeber.Az olaraq, yazıda adıçəkilən və ittiham olunan tərəflərin də mövqeyini dinləməyə hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?