Ruben Vardanyan, Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan və digər giyenlər...
Siz onların maddələrinə baxın: Azərbaycan xalqına qarşı, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən erməni separatçılarının məhkəmə prosesinin yanvarın 27-də davam etdirilən hazırlıq iclası.
Bu məhkəmə bizdən fərqli olaraq Ermənistanda və dünyada sıx-sıx müzakirə olunur.
Ağlını itirmiş bəzi erməni siyasətçiləri hətta bu quldurların Bakıdan qaçırılması üçün Paşinyan hökumətinə xüsusi gizli əməliyyat təşkil etməyi də təklif edirlər.
Bu məhkəmə Paşinyanın özünü də qorxuya salıb.
Bu məhkəmə həqiqətən də tarixi MƏHKƏMƏdir.
Biz bu məhkəmə üçün uğurlu bir ad da fikirləşib tapmalıyıq. "Nürnberq məhkəməsi" artıq istifadə olunmuş və tarixdə qalmış bir addır.
P.S.
Bu məhkəmə separatçılıq iddiası ilə, bölücülük niyyətləri ilə yaşayan bütün şəxslərə dərs olacaq!
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?