GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Abşeron-Xızı Regional Təhsil İdarəsində bitməyən dərəbəylik-TƏFƏRRÜAT/YENİLƏNDİ

Abşeron-Xızı Regional Təhsil İdarəsində bitməyən dərəbəylik-TƏFƏRRÜAT/YENİLƏNDİ

Tarix: 17-02-2025, 16:57 Bölmə :GündəmXəbər / Manşet Baxış: 390

İlhamə Abdullayevanın Xırdalan şəhər 2№-li tam orta məktəbə xüsusi münasibəti niyə araşdırılmır?!


GundemXeber.Az bildirir ki, bu arada Yenixeber.org-a daxil olan məlumata görə maliyyə yoxlaması Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın ciddi narahatlığı ilə müşahidə olunur. Abşeron-Xızı Regional Təhsil İdarəsi eyni funksiyalı strukturlar sırasında medianın ən “sevimlisi”nə çevrilib. Mediada bu idarə ilə bağlı yazılar az qala ədədi silsilə şəkilini alıb. Konkret faktların yer aldığı yazılarda bu idarənin müxtəlif tabeli müəssisələri tənqid olunmaqdadır...

On gün əvvəl isə məlumat yayıldı ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Regional Maliyyə Müfəttişliyi Abşeron-Xizi Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrində maliyyə təsərrüfatının yoxlamasını həyata keçirir. Yoxlama çərçivəsində adıçəkilən regiondakı uşaq bağçaları və məktəblərdə son 5 il üzrə tarifləşmə, invertarların mövcudluğu və silinməsi, ərzaq təminatı, qida qalıqlarının hesablanması, əvəzçilik, xəstəlik bülletenlərinin uçotu, dərs bölgüsü və müəssisələrdə işçilərin, təhsilverənlərin və təhsilalanların davamiyyətinin yoxlanılması həyata keçirilir.

Bu arada Yenixeber.org-a daxil olan məlumata görə maliyyə yoxlaması Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın ciddi narahatlığı ilə müşahidə olunur. Təkcə ona görə yox ki, bu yoxlamanın bütün istiqamətlərdə təhlükəli nəticə ilə sonuclanacağı gözlənilir. Həm də, ona görə ki, budəfəki yoxlamanı “yola vermək” mümkünsüz görünür. Səbəb də, yenicə təyin edilmiş maliyyə naziri Sahil Babayevin kimsəni ”yaxına buraxacağına” ümidin olmamasıdır...

Yumşaq desək bu yoxlama İlhamə Abdullayeva üçün heç də, yerinə düşən olmadı. (Bu haqda qarşıdakı günlərdə geniş yazımız olacaq. Red.)

                                       

                                        Qohumbazlıq nümunəsinin fəsadları


Yuxarıda qeyd etdiyimiz kimi, Abşeron-Xızı Regional Təhsil İdarəsi eyni funksiyalı strukturlar sırasında mediada hər nə qədər haqqında çox yazılandırsa, Xırdalan şəhər 2№-li tam orta məktəb də, bu idarənin əhatə dairəsində olan təhsil müəssisələri sırasında medianın ən “sevimlisi”nə çevrilib. Bu məktəb və məktəbin direktoru Gülnaz Kərimova haqqında google üzərindən bir axtarış yetər ki, “N” sayda yazılarla rastlaşaq. Həm də, qalmaqallı... Elə ötən ilin son ayında Gülnaz xanım rəhbərlik etdiyi məktəbin riyaziyyat müəllimi Vəfa Həziyeva ilə çəkişməsi ilə gündəmə gəlmişdir. İşdən haqsısz yerə, direktorun istəyi ilə çıxarıldığını iddia edən müəllim məsələni məhkəmə müstəvisinə daşıyıb...

Gülnaz Kərimova ilə bağlı Yenixeber.org-a daxil olan məlumatlarda da, yumşaq desək təhsil ocağı ilə uyğun olmayan iddialar yer alır. Biz məlum qanun və prinsiplərə uyğun olaraq bu məlumatların araşdırılıb, redaksiyamızın məlumatlandırılması məqsədi ilə İlhamə Abdullayevaya 15.01.2025-ci il tarixdə 05/025№-li rəsmi məktub ünvanladıq. Təəssüf ki, bir aydan artıq vaxt keçsə də, məktubumuz hələ də, cavabsız qalmaqdadır(?) Baxmayaraq ki, bizimlə telefon əlaqəsində ən qısa zamanda məktubun cavablandırılacağı deyilmişdi.

Məlumatlarda İlhamə Abdullayevanın xalası nəvəsi (Bu məlumat dəfələrlə mediada yayılıb. Red.)  Gülnaz Kərimovanın Pedaqoji Şurada hədə-qorxu gəlməsindən, dərs saatlarını 100 manata satmasından, yeni il bayramı üçün hər sinifdən 100 manat tələb etməsindən və s. bəhs edilir. Hətta bayramla bağlı onu təbrik etməyən müəllimləri təzyiqlə təhrik etməsi də bildirilir. Ki, gəlib, kabinetində onu “təbrik” etsinlər. Məlum təyyarə qəzası ilə bağlı digər təşkilatlar təntənəli bayram şənliyi etməsələr də, Gülnaz xanımın fərqli mövqedə olduğu da deyilir... Bugünlərdə aldığımız məlumata görə, yuxarıda qeyd etdiyimiz maliyyə yoxlamasının Xırdalan şəhər 2№-li tam orta məktəbdən yan keçməsi üçün obrazlı desək, bütün qüvvələr səfərbər olub. Əlbəttə, İlhamə Abdullayevanın rəhbərliyi ilə...Mənbəmizin bildirdiyinə görə Gülnaz Kərimova məhz qohumu İlhamə Abdullayevanın güvənliyi ilə özünü məktəbin direktoru yox, sahibi kimi aparır.

                          ***

Qrşıdakı günlərdə aşağıdakı sualların araşdırılması ilə mövzunu davam etdirəcəyik:

1.Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Abşeron-Xizi Regional Təhsil İdarəsində hazırkı yoxlaması hansı səbəblərdən doğdu?

2.Yoxlamalar daha çox hansı istiqamətlərdə və hansı faktorlar üzərində köklənib?

3.Yoxlamalar İlhamə Abdullayevanı xüsusi ilə hansı səbəblərdən narahat edir?

4.İlhamə Abdullayeva yaxın günlərdə hansı posta transfer etməyi hədəfləyib?

5.Məktəb direktorlarının təyinatında İlhamə xanımın hansı rolları olub və hansı qayda və prinsiplər əsas olub?

6.Uşaq bağçaları və məktəb rəhbərləri ilə xanım müdir hansı qaydalarla işləyir?

7.Bəzi məktəb direktorlarının məlum yaş senzini keçməsinə baxmayaraq, vəzifələrini davam etdirməsinin sirri nədir? Və.s./

                    ***            

         Bu saatlarda ( 1620 radələrində) məktubumuza cavab aldıq:

Xırdalan şəhər 2№-li tam orta ümumtəhsil məktəbinin direktoru Gülnaz Kərimovanın fəaliyyəti ilə bağlı araşdırma aparılmasına dair məktubunuza baxılmışdır. Bildiririk ki, qeyd olunan məsələlərlə bağlı araşdırma aparılmış, məktəb rəhbərliyi, rəhbərləri, müəllimlər və valideyinlərlə söhbətlər aparılmış, müvafiq izahatlar alınmışdır. Alınmış izahatlarda göstərilən faktlar təsdiqini tapmamışdır.Əlavə olaraq bildiririk ki, məktəb rəhbərliyinin verdiyi məlumata əsasən sabiq riyaziyyat müəllimi Vəfa Həziyeva ilə bağlanmış əmək müqaviləsi işdə yol verdiyi ciddi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinin tələblərinə uyğun olaraq 04.11.2024-ci il tarixdən ləğv edilmişdir. Hazırda V. Həziyevanın iddia tələbinə məhkəmə qaydasında baxılır.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Abşeron-Xızı Regional Təhsil İdarəsində ibtidai sinif şagirdlərinə məcburi kitab satılır -FOTOLAR

    Abşeron-Xızı Regional Təhsil İdarəsində ibtidai ...

    13-11-2023, 12:51

  • 
  • Rayon Təhsil Şöbələri ləğv edildi

    Rayon Təhsil Şöbələri ləğv edildi ...

    26-07-2014, 12:54

  • 
  • Prezident BU İDARƏLƏRİ ləğv etdi - SƏRƏNCAM

    Prezident BU İDARƏLƏRİ ləğv etdi - SƏRƏNCAM ...

    30-03-2016, 01:04

  • 
  • Uşaq bağçaları ilə bağlı yeni məlumat yayıldı

    Uşaq bağçaları ilə bağlı yeni məlumat yayıldı ...

    18-11-2013, 15:01

  • 
  • Məktəbəqədər təhsil və uşaq evləri idarəsinin rəhbərliyinə ciddi xəbərdarlıq edildi

    Məktəbəqədər təhsil və uşaq evləri idarəsinin ...

    20-12-2018, 11:13


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu