GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Direktor qaziləri təhqir edir” - Tibbi Bərpa İnstitutunun elmi işçiləri ölkə başçısına şikayət yazdılar

“Direktor qaziləri təhqir edir” - Tibbi Bərpa İnstitutunun elmi işçiləri ölkə başçısına şikayət yazdılar

Tarix: 3-03-2025, 13:24 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 265

“Uzun müddət çalışdığımız İnstitutda illərlə baş verən haqsızlıqlarla qarşılaşib, ümidsizlikdən Sizə müraciət etməyə məcburuq. Yəni bizim Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda illərlə həm keçmiş, həm yeni rəhbərlik tərəfindən qanunların pozulmağına, korrupsiya əməllərinə şərait yaradılıb və davam edir. Biz yorulmuşuq bunlarla mübarizə aparmaqdan, bizə kömək edin!”

Azərbaycan Respublikasının Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu Publik Hüquqi Şəxsin elmi işçilərinin Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Heydər oğlu Əliyevə, Azərbaycan Respublikasının Vitse-Prezidenti xanım Mehriban Əliyevaya, surətini əlaqədar qurumlara - Səhiyyə Nazirliyinə, Baş Prokurorluğa, Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanladıqları şikayət ərizəsi məhz bu sözlərlə başlayır. Alimlər “Gündəm Xəbər Qəzeti Redaksiyası" və eyni adlı gundemxeber.az saytının redaksiyasına müraciət edərək şikayətlərində ehtiva olunan problemin ictimailəşdirilməsini xahiş ediblər.

Yazırlar ki, səhiyyədə geniş şaxəli əlaqələrə ümüd edən, bir ildir İnstituta Baş direktor vəzifəsinə təyin olunan tibb elmləri doktoru Mətanət Əfəndiyeva qarşısına qoyulan vəzifələrin öhdəsindən gələ bilmir: “İnstitutu idarə etməkdə özünə “yaxın” hesab etdiyi şəxslər köməklik edirlər: Baş həkim Nurlana Əliyeva, Artroloqiya bölməsinin rəhbəri Sevinc Kərimova, Stasionar Tibbi reabilitasiya şöbəsinin müdiri Pərviz Axundov, sabiq Baş həkimi Nizami Nəbiyev (dövlət büdcəsini mənimsəməsinə ğörə azad olunmuş), Neyrofiziologiya laboratoriyanın müdiri Elşanə Mustafayeva, icbari sığorta şöbəsinin müdiri Lalə Əliyeva, qəbul şöbəsinin həkimi Samirə Abasova... Hələ bu Direktora yaxın olan işçilərin tam siyahısı deyil, və bu şəxslər direktora arxalanıb, İnstitutumuzun əsl aparıcı həkimlərinin işini məhdudlaşdırmağa çalışırlar”.

Şikayətçilər qeyd edirlıər ki, Mətanət xanım işçiləri yalnız şəxsi münasibətləri əsas tutaraq kabinetinə buraxır: “Dəfələrlə direktora təkliflərimizi, iradlarımızı şifahi və yazılı şəkildə bildirməyə çalışmışıq. Heç bir müraciətimizə baxılmır, - üzərinə “insan resurslarına” yazıb, Əfəndiyeva özündən rədd edir, insan resursları isə günlərlə, aylarla məsələyə “hüquqşünasa yönəltmişəm” deyir, hüqüqşünas isə işdə tapılmır, sərbəst qrafiklə işə gəlir, nəticədə bəzi işçilər aylarla gözləyir məsələnin “qanuni” həllini, bəziləri isə direktorun şəxsi təqdimatı ilə rahat şəkildə qısa müddətdə qeyri-qanuni olaraq işlərini düzəldir. Öz haqlarını tələb edənlərə təzyiq ğöstərilir, işimiz dondurulur. Təbii ki, tabeliyində olan işçilərə qarşı belə nəzakətsiz və qərəzli münasibət bizi fiziki və emosional tükənmə vəziyyətinə gətirir, psixi sağlamlığımız üçün real təhlükə yaranır və təbii olaraq peşə məhsuldarlığının azalmasına gətirib çıxaracaq, xəstələrimizə mənfi təsir göstərəcək”.

Şikayətçilər İnstitutda baş verən pozuntuların qismən siyahısını da təqdim ediblər:

1. Elmi - Tədqiqat Tibbi Bərpa İnstitutu olmasına baxmayaraq, Elmi Katib vəzifəsi 1 ildir ki vakantdır, bu da o deməkdir ki, süni şəkildə elmi fəaliyyətə və gənc elmi kadrların hazırlanmasına məhdudiyyətlər qoyulur;

2. Etik Komitənin fəaliyyətinə də süni məhdudiyyətlər qoyulur, belə ki, üzvlər qeyri-qanuni seçilib, onların şəxsi işləri təqdim edilməyib, onların müvafiq komitəyə üzv olmaq üçün yetərincə sertifikatı və sənədi yoxdur, bəzi üzvlərsə ümumiyyətlə rəhbər vəzifələrdə olduqları üçün üzv seçilə bilməzlər. Bunları mövcud rəhbərliyə və elmi işlər üzrə müavinə dəfələrlə bildirsək də, faydası olmamışdır, onlar, farm-şirkətlərlə iş birliyini davam etdirərək etik komitədən işləri yayındırmışlar, xəstələr üzərində qeyri-qanuni yolla tədqiqat aparmışlar, institutun etik komitəsi olduğu halda o sənədlərin təqdim edilməsindən yayınmışlar.

3. Elmi Tədqqiqat İnstitutunun rəhbəri 1 il institutun mətbəxinə vaxt ayırıb, orda yenidənqurma işləri hesabat və sonunda da yenə də yeyinti ilə üzləşirik. Necə olur ki, düzəltmək əvəzinə daha da çox yeyinti olur, baxmayaraq ki, bu sahəyə, yəni mətbəxə, Elmi Tədqiqat İnstitutunda çox böyük maraq və vaxt sərf olunmuşdur. Nəticə etibarı ilə mətbəxdə normal yemək verilmir. Qazilərimizə ayrılan xüsusi menyu yeməkləri verilmir, onlar acından məcburən gedib ciblərindən pul xərcləyib kafe və restoranlarda yemək yeyirlər və alternativ qidalar axtarır kənarda, sonra da institutda bunu aktlaşdırıb güya “qazilər qaydaları pozur” kimi təqdim edir stasionar şöbə müdiri və rəhbərlik, hətta “biz daha qaziləri və Qarabağ müharibəsi əlillərini instituta buraxmayacayıq, onlar çox problem yaşadır” deyə həkimlərə məlumat verirlər. Necə yəni buraxmayacayıq? Bu necə ola bilər ki, Vətən uğrunda canını, sağlamlığını qoyan qəhrəman ordumuzun qazilərindən ölkənin ən mötəbər müalicə və bərpa müəssisəsi öz xidmətini əsirgəsin? Özü də vəzifəsindən sui-istifadə edən institut rəhbərliyinin qərarı ilə? Cənab Prezidentin fərmanlarına, göstərişlərinə zidd çıxaraq? Buna sübut çoxsaylı qazilərin şikayətləridir. Rəhbərliyin göstərişi ilə bu institutdan olan bütün şikayətlər Səhiyyə Nazirliyində qutuya atıldıqdan sonra cırılır və heç qeydiyyata düşmədən cavabsız qalır. Necə olur ki, institutun direktoru və baş həkimi Səhiyyə Nairliyinin qəbul şöbəsini idarə edir?

4. Elmin durğunluğu yaşanır, yeni heç bir elmi iş, ya da elmi tədqiqat aparılmır, elmi işçilər tərəfindən təqdim olunan yeni elmi işlərin planlarına imtina olunur, büdcə ayrılmır, öz hesabına təqdim olunan tədqiqatlara imtina edilir. Köhnə məqalələrin məzmunu və mətni bir qədər dəyişdirilib, yenidən çapa verilir - plagiata və elmi dələduzluğa yol verilir.

5. Naftalan nefti ilə bağlı tədqiqat aparılır adı ilə bütün digər planlaşdırılan elmi tədqiqatlar və tədqiqatçılar uzaqlaşdırılır, hətta institutun görkəmli alimləri, bu sahənin ustadları və elmi şuranın üzvləri uzaqlaşdırılır (çox həfif söz idi - işdən öz ərizələri yazdırılmaqla çıxarılır). Naftalan nefti haqqında ən çox biliyi olan kadrlar və elmi şurada onun tərkibini öyrənmək üçün müraciət edən elmi işçilər müxtəlif səbəblərlə uzaqlaşdırılır. Naftalan şəhərinə ezamiyyətə isə yalnız rəhbərlik gedir, heç bir hesabat verilmir institutun iclasında, çünki iclas belə aparılmır, sonuncu elmi şurada isə bütün elmi işçiləri verdikləri suallara görə qeyri-etik formada susduran və həmkarları yanında alçaldan rəhbərin görəsən məqsədi nədir?

6. Güya kameralar qoyulub hər yerdə, lakin bu kameralar nədənsə xəstəlik tarixçəsinə edilən müdaxilələri görmür, institutda pullar oğurlanır, xəstə rəhmətə gedir, qazilər alçaldılır, amma ki bunları şəffaf kameralar görməzdən gəlir... Əksinə rəhbərlik institutun işçilərini qəbul edəndə onların sanki prokurorluqdakı kimi telefonlarını alaraq səsyazmadan qorxur, görəsən niyə? Bəs göndərdiyi baş həkim və şöbə müdirləri (Nurlana Əliyeva, Pərviz Axundov, Sevinc Kərimova) isə bütün işçilərə kompromat toplamaq məqsədi ilə səs yazmaları axşamlar saat 4-5 dən sonra kiçik iclaslarda qulaq asıb qərarlar qəbul edirlər işçilərə qarşı, töhmətlər, xəbərdarlıqlar, “inkvizisiya” qayıdıb? Amma nədənsə adı “xəbərdarlıq” olan heç işçiyə xəbər verilmədən şəxsi işinə tikilir... Töhmət verilməsi qaydası həmkarlar komitəsi, intizam komissiyası iştirakı olmadan və kollektiv müqavilənin maddələrinə zidd aparılır.

7. İşçilər daim aşağlanır, alçaldılır, onların şəxsi həyatı ortaya qoyularaq həmkarları gözü önündə ümumi müzakirəyə çıxarılır, onların nüfuzu xəstələrin yanında endirilir, bu da özünə məxsus manipulasiya növüdür, dövlət qulluqçusu və ali həkim peşəsinə zidd olan qeyri-etik davranışlar artıq bizi çox yorub.”

Yazıda adıçəkilən və ittiham olunan şəxslərin də mövqeyini dinləməyə hazırıq. 

Davamı olacaq.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Arxası Rusiyaya bağlı olan İnstitut rəhbərinin idarəçiliyinin bərbad bir ili - ÖZBAŞINALIQ

    Arxası Rusiyaya bağlı olan İnstitut rəhbərinin ...

    3-02-2025, 09:49

  • 
  • İlham Əliyev yeni mərkəz yaratdı - FƏRMAN

    İlham Əliyev yeni mərkəz yaratdı - FƏRMAN ...

    23-12-2019, 19:11

  • 
  • Bir sıra səhiyyə ocaqları Səhiyyə Nazirliyinə verilib - SİYAHI

    Bir sıra səhiyyə ocaqları Səhiyyə Nazirliyinə ...

    13-05-2022, 16:49

  • 
  • İnstitut direktoru ilə bağlı ağlasığmaz İDDİA: - İşdən azad olunanda bütün elektron məlumat bazasını silib?

    İnstitut direktoru ilə bağlı ağlasığmaz İDDİA: - ...

    17-05-2022, 18:44

  • 
  • Ukrayna kökənli Azərbaycan vətəndaşı Prezidentdən KÖMƏK İSTƏDİ - Müraciət

    Ukrayna kökənli Azərbaycan vətəndaşı Prezidentdən ...

    2-10-2020, 16:31


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu