Bu günlərdə gundemxeber.az-ın redaksiyasına Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə təhsil alan şagirdin valideyini Seymur Həsənov yazır ki, "mən günlüyə işləyən 3 uşaq atasıyam. Valideyin komitələri ilə sinif rəhbərləri birləşərək qarşıdan gələn 8 Mart beynəlxalq qadınlar günü münasibətilə pul tələb edirlər. Biz valideyinlərin əksəriyyəti kasıb insanlarıq və məktəb təmirə dayandığına görə her ay yol xərci yığılır. Buna görə də maddi imkanımız çatmır. Valideyn komitəsi, məktəbin direktoru və zavuçları qadın olduğu üçün çox pul tələb edirlər. Bizə deyirlər ki, bu qadın müəllimlərin bayramı mütləq təbrik olunmalıdır. Ama 8 martda pul verməsək övladlarımızı gözümçıxdıya salırlar. Hörmətli redaksiya! Sizdən xahiş edirəm ki, ünvanınıza göndərdiyim məlumatı ictimailəşdirib bizə köməklik edəsiniz."
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?